Məhkəmə qərarları › İş №3(009)-1078/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1078/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1078/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati qərar qəbul etmiş şəxs Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi, mənə qarşı xx.xx.2025-ci il tarixdə qanunsuz və əsassız olaraq EPQ N:1792668 saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir.Aşağıda qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati qərar qəbul etmiş şəxsin xx.xx.2025-ci il tarixli EPQ N:1792668 saylı İnzibati tənbeh vermə haqqmda Qərarı əsassız olduğundan ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2025-ci il tarixdə təxminən 14:00 radələrində anam Humay Nəbiyevə və evdə təmir işləri aparan şəxslər mənzildə olarkən inzibati qərar qəbul etmiş şəxsin əməkdaşı sahə inspektoru X3 əsassız və qanunsuz olaraq mənim xüsusi mülkiyyətimdə olan Səbail rayonu, Xanlar küçəsi 44, 24 saylı mənzilimə sərxoş vəziyyətdə daxil olaraq, mənzildə foto şəkillər çəkərək, mənzilin mənə aid olduğunu bildiyindən anamdan tələb etmiş ki, oğlun mənimlə təcili əlaqə saxlasın.xx.xx.2025-ci ildə təxminən saat 16:00 radələrində X3 venidən mənim xüsusi mülkiyyətimdə olan mənzilimə qanunsuz daxil olaraq anama bildirmiş ki, oğlun təmir işləri aparan şəxslərin əmək müqavilələrini mənə çatdırsın əks halda dedi ifadələr bunlar olmuşdu onları zorla dediyinə görə basıb polis bölməsinə aparacağı ilə hədələmişdir.xx.xx.2025-ci il X3 təkrar mənim mənzilimə gələrək təmir işləri aparan şəxsləri zorla polis bölməsinə aparmışdır. Məsələ barədə mənə məlumat verildikdən sonra mən polis bölməsinə gedərək hansı əsasla həmin şəxslərin bölməyə gətirdiyini soruşduğum zaman Rəşad Əliyev mənə bildirmiş ki, sən mənzildə təmir işi apanrsan buna görə də ona 300 manat dövlət rüsumu ödəməliyəm. Mən isə ona yalnız 100 manat vermək imkanım olduğunu bildirdiyim zaman Rəşad Əliyev mənə demiş ki, üstünə 150 manat əlavə et məsələni bağlayaq, daha sonra sözünə davam edərək demiş ki, sahə müvəkkillərinin əmək haqqısı hamı bilir ki, həddindən artıq aşağıdır buda ondan irəli gəlir ki, onların əlavə qazancı olur.Mən razı olmadım izahatımı verərək mənzilimə qayıtdım. Təmir işləri görən şəxslərdə sərbəst buraxıldı. Lakin, xx.xx.2024-cü il tarixdə mənim telefonuma Asan pay vasitəsilə mesaj gələrək qeyd edilmiş ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə mən 300 manat cərimə edilmişəm. Sahə inspektoru Rəşad Əliyevlə əlaqə saxlayaraq bunu nə olduğunu bildirdiyim zaman mənə demiş ki, deyilən məfc'əğ yəni 250 manat ona ödəmədiyim üçün guya mən məişət tullantılarını kənar yerə atdığıma görə mənə qarşı cərimə tətbiq edilibdir. Halbuki, belə bir hal mövcud deyil və bunun təsdiq edən sübut yoxdur. Belə olan halda, mən Rəşad Əliyevdən qərarın mənə verilməsi istədim xx.xx.2025-ci il tarixdə l_.C4.2025-ci il tarixli EPQ N:1792668 saylı İnzibati tənbeh vermə haqqında Qərar onun tərəfindən mənə heç bir yerə imza çəkilmədən təqdim olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq, Sizdən xahiş edirəm ki. inzibati qərar qəbul etmiş şəxs Səbail rayon Polis İdarəsinin 8-ci Polis Pəlməsinin xx.xx.2025-ci il tarixli EPQ N:1792668 saylı İnzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsi, inzibati xəta hadisəsi olmadığından icraata xiıam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini müdafiə edərək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsi və qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X3 izahatında göstərmişdir ki, şəxs öz izahatında xətanı etiraf etmişdir. Tullantıları yolun hərəkət hissəsinə atmalı deyil, daşımalıdır. Evinə də şəxsə xəbər versinlər deyə getmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Səbail rayonu, Xanlar küçəsi 44, mənzil 24-də təmir-tikinti işləri aparır. Belə ki, evdə olan hamam otağının yerini dəyişərək təmir işləri aparır. Tullantılar səliqəli formada tullanılmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, tullantılar yolun hərəkət hissəsinə atılmışdır. Məhkəmə şikayətlə bağlı ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, X4 tərəfindən inzibati xəta hadisəsi, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atmadığı halda 300 manat məbləğində cərimə olunması mübahisələndirilir. Məhkəmə hesab edir ki, şikayətdə qeyd edilənlər özü-özlüyündə işin həqiqi hallarını özündə əks etdirmir. Həmçinin şəxs istinad etdiyi halları subuta yetirə bilməmiş və istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə X2 həm şikayətində göstərdiyini, həm də məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri kimi qiymətləndirir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 300 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə- fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar