Məhkəmə qərarları › İş №3(009)-108/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-108/2021

06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-108/2021 06.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 DİN-nin Baş Dövlət X6 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı və xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarından verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 DİN-nin Baş Dövlət X6 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı və xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərarlarından şikayət verərək ləğv edilməsini və ödənilmiş 450 manat pulun geri qaytarılmasını xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərardan görünür ki, “Ravon Nexia R3 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi xx.xx.1972-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə, 46.7 km Quba istiqamətində hərəkətdə olarkən yolda sürət həddini aşdığına görə barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək 250 manat məbləğində cərimə edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərardan görünür ki, “Ravon Nexia R3 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi xx.xx.1972-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə, Bakı-Quba yolunun 17-ci Km Quba istiqamətində hərəkətdə olarkən yolda sürət həddini aşdığına görə barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək 250 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi hər iki inzibati tənbeh vermə haqqında elektron qərar “Ravon Nexia R3 minik” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 barəsində çıxarılmışdır. Hazırki işdə isə həmin qərarlardan şikayət X3 tərəfindən deyil, barəsində heç bir inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilməmiş şəxs X2 tərəfindən verilmişdir. Halbuki, X1 həmin qərarlardan şikayət vermək üçün subyektiv hüququ yoxdur. Yəni həmin qərarlardan yalnız barəsində qərar çıxarılmış şəxsin şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 DİN-nin Baş Dövlət X6 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı və xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermək üçün subyektiv hüququ müəyyən edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 DİN-nin Baş Dövlət X6 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı və xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərarlarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar