Məhkəmə qərarları › İş №3(009)-108/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-108/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-108/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3 və 505-ci maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 29 dekabr 2021-ci il tarixli, 00100-2652/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 29 dekabr 2021-ci il tarixli, 00100-2652/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Hüquqi şəxs Şəxs (VÖEN **********) Çin Xalq Respublikasından PARU ******* və MİOU ******* nömrəli konteynerlərdə SM 201 nömrəli 07.09.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə Azərbaycan Respublikasına idxal edilmiş sahəsi 3071 m2 təşkil edən “Platinium” markalı və sahəsi 3192 m2 olan “Heidelberg” markalı ağaclifli plitələr (MDF) yükünü 29 noyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4130 və **********4133 sorğu nömrəli Gömrük bəyannamələri ilə “sərbəst dövriyyə jçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən Xarici İqtisadi -əaliyyətin Mal Nomenklaturası üzrə 4411 13 900 0 alt yarım mövqeyində sinifləşdirilməli olduğu nalda, 4411 12 900 0 alt mövqeyində sinifləşdirərək bəyan etməklə və gömrük dəyərini düzgün qeyd etməməklə **********4130 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 697,08 manat idxal gömrük rüsumu, 961,94 manat Əlavə Dəyər vergisindən ibarət olmaqla 1659,02 manat gömrük ödənişləri, **********4133 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 649.05 manat idxal gömrük rüsumu, 853.26 manat Əlavə Dəyər vergisindən ibarət olmaqla 1502.31 manat gömrük ödənişləri, yəni ümumilikdə az miqdarda, 3161.33 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmış və müvafiq olaraq malların sahəsini qeyd edilən şəkildə gömrük bəyannaməsinin müvafiq qrafalarında faktiki göstəricilərə uyğun doldurmalı olduğu halda, **********4130 sorğu nömrəli Gömrük bəyannaməsində malın sahəsini 3211 m2; **********133 sorğu nömrəli Gömrük bəyannaməsində isə malın sahəsi 3070 m2 bəyan etməklə mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilmişdir. Buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş «5A Construction” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş «5A Construction” MMC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «5A Construction” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.3 və 505-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, “ipək yolu" gömrük postundan daxil olmuş 34/020/032786 və 34/020/032785 nömrəli 21.12.2021 -ci il tarixli raportların icrası ilə əlaqədar hüquqi şəxs Şəxs (VÖEN **********) Çin Xalq Respublikasından PARU ******* və MİOU ******* nömrəli konteynerlərdə SM 201 nömrəli 07.09.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə idxal edilərək Bakı Baş Gömrük İdarəsində 29 noyabr 2021 -ci il tarixdə **********4130 və **********4133 sorğu nömrəli Gömrük bəyannamələri ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edilən 6281 m2 həcmdə nvoys sənədində “laminate floor" təsviri ilə göstərilən mallar “Abşeron” gömrük postunda yoxlanılan zaman bəyannamədə “ağaclifli plitələr (MDF)” kimi təsvir edilsə də, “Platinium” markalı və 'Heidelberg” markalı laminat yükü olduğu müəyyən edilmişdir. Bundan başqa, **********4130 sorğu nömrəli Gömrük bəyannaməsində malın sahəsi 3211 m2 bəyan edildiyi halda, faktiki olaraq 3071 m2 olması, **********4133 sorğu nömrəli Gömrük bəyannaməsində isə malın sahəsi 3070 m2 bəyan edildiyi halda, faktiki olaraq 3192 m2 olduğu aşkar edilmişdir. Dövlət Gömrük Komitəsinin X1 İdarəsinin 2200-013/003- 25/006944 nömrəli 27.12.2021 -ci il gömrük ekspertizası rəyinə əsasən Şəxs ünvanına SM 201 nömrəli 07.09.2021-ci il tarixli invoys gətirilmiş yük səthi melamin (cas 108-78-1) əsaslı təbəqə ilə örtülmüş, kənarları mexaniki işlənmiş, qalınlığı 8 mm və sıxlığı 0,8 q/sm3 olan sellüloza əsaslı hazır ağaclifli plitələr (MDF) olub XİF MN görə 4411 13 900 0 alt yarımmövqeyində sinifləşdirilir. “Azərekspertiza” Birliyin əmtəəşünaslıq ekspertizası tədqiqatlarının nəticələrinə dair 196 nömrəli 24.12.2021-ci il tarixli ekspertiza aktına əsasən qeyd edilən 6281 m2 ağaclifli plitələrin 1 m2-nın orta bazar qiyməti - 11,50 manat olmaqla cəmi 72231,50 manat müəyyən edildi. Gömrük Prosedurları və Ödənişləri şöbəsindən verilən 34/012/033437 nömrəli 28.12.2021ci il tarixli cavab raportuna əsasən ödənilməli olan gömrük ödənişlərinin məbləği aşağədakı kimi təşkil edəcəkdir: **********4133 sorğu nömrəli GB üzrə idxal gömrük rüsumu- 597.05 azn. Əlavə Dəyər vergisi- 853.261 azn; **********4130 sorğu nömrəli GB üzrə idxal gömrük rüsumu- 697.08 azn, Əlavə Dəyər vergisi- 961.94 azn. Həmçinin həmin protokola əsasən Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC -nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, inzibati xətanın törədilməsini etiraf etmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.3 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3 və 505-ci maddələri ilə təqsirli bilinməli, lakin Məcəllənin 505-ci maddəsində nəzərədə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Şəxs MMC həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan 3161,33 manat gömrük ödənişlərinin məbləğinin 70 faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş ödənilməli olan 3161,33 (üç min yüz altmış bir manat otuz üç qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 2213 (iki min iki yüz on üç) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar