Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1082/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 iştirakı ilə, Səbail rayon DYPŞ-nin TP ******* saylı, 25 aprel 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Səbail rayon DYPŞ-nin TP ******* saylı, 25 aprel 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat təxminən 23:15 radələrində Səbail rayonu ərazisində yerləşən Atelier radələrində Səbail rayonu ərazisində yerləşən Atelier 61 restoranının mühafizə olunan ödənişli dayanacağında mənim mülkiyyətimdə olan **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arvadım X3 tərəfindən idarə olunan zaman Səbail RPİ-nin DYPŞ-nin əməkdaşları, avtomobilшn qarşısında saxlayaraq hərəkətinə maneə yaratmışlar. Bu zaman o, sərnişin tərəfindən düşərək polis əməkdaşlarına nə baş verdiyini aydınlaşdırmaq üçün onlara yaxınlaşmışdır. Bundan sonra polis əməkdaşları ona onların xidməti avtomobilinə əyləşməyi təklif etmişlər. O, onların idarə etdiyi xidməti avtomobildə arxa oturacaqda əyləşmişdir. YPX əməkdaşları ona nəqliyyat vasitəsini oun idarə etdiyini bildirmişlər. O isə onlara sərnişin tərəfdən düşərək yaxınlaşmağım barədə məlumat versə də onlar buna heç bir məhəl qoymadılar. Sükan arxasında isə arvadının əyləşdiyi açıq aşkar görmüşlər və bununla bağlı onlarda videogörüntü də mövcuddur. YPX əməkdaşı Tural Nəsirov bunların heç birinə məhəl qoymayaraq xidməti avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Onun mobil telefonu avtomobildə qaldığı üçün hara aparılmağı barədə arvadı X2 heç bir məlumat verə bilməmişdir. Yolda hərəkətdə olan zaman YPX əməkdaşı ona bildirmişdir ki, onu sərxoşluq müayinəsindən keçirtmək üçün aparır. O, ona etirazını bildirmişdir. O, sərnişin qismində əyləşdiyi avtomobildə hansı səbəbə onu sərxoşluq müayinəsindən keçirməyə apardığını soruşsa da ona heçnə bildirmədən təkidlə xidməti avtomobili idarə etməyə davam etmişdir. YPX əməkdaşı ilə sərxoşluq müayinəsi olunan inzibati binaya daxil olduğu orada sərxoşluq dərəcəsinin ölçülməsi məqdədi ilə həkim nəzarətindən keçdim lakin sərxoşluq dərəcəsinin təyini ilə bağlı ona hər hansı bir sənəd təqdim edilmədi. Onlar oradan uzaqlaşdıqdan sonra YPX-nin digər əməkdaşı Müşfiq Quluzadə qanunsuz olaraq Səbinə Cəfərovaya yaxınlaşaraq özünü təqdim etmədən avtomobili tərk etməsini tələb edərək nəqliyyat vasitəsinin Siqnal İdarəsinin mühafizə olunan duracağına yerləşdirilməli olduğunu bildirmişdir. Müşfiq Quluzadə avtomobili idarə edərək Səbail rayonu ərazisində yerləşən Siqnal idarəsinə məxsus duracağa aparmış, Səbinə Cəfərova ora getməklərinin səbəbini soruşduqda o bildirmişdir ki, o, müayinə nəticəsində qanında spirtli içki aşkar edildiyi üçün avtomobil duracağa yerləşdirilmlidir. Qeyd edilən avtomobil onun mülkiyyətində olsa da YPX əməkdaşları avtomobili saxlatdıqları zaman sürücülük hüququ olan arvadı Səbinə Cəfərova idarə etmişdir. Həmin vaxt onun barəsində heç bir protokol tərtib edilməmiş, müayinənin nəticəsi barədə sənəd təqdim edilməmişdir. Eyni zamanda avtomobil cərimə meydançasına yerləşdirilən zaman heç bir akt tərtib edilməmiş, ona avtomobilin duracağa qoyulması barədə heç bir sənəd təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixində o, baş verən özbaşınalıq haqqında məlumat almaq üçün Səbail RPİ-nin DYPŞnə getmiş. Səbail RPİ-nin adını bilmədiyi əməkdaşı ona spirtli içki qəbul etdiyi üçün avtomobiimin cərimə meydançasına yerləşdirildiyini bildirmişdir. Həmin vaxt sükan arxasında onun olmadığı və bununla bağlı YPX-nin əməkdaşlarının xidməti avtomobilində olan kamera vasitəsi ilə qeydə alındığını bildirsə də buna məhəl qoymadı. Polisin xidməti otağında ona barəsində tərtib edilmiş İXP ******* saylı protokolun surətini təqdim edildi lakin o, protokola imza atmamışdır. Bütün bunlara baxmayaraq ona həmin vaxt heç bir akt, protokol, sərxoşluq müayinəsinin nəticəsi barədə sənəd təqdim edilməmişdir. Bununla da onun qanunla qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Səbail RPİ-ni DYPŞ tərəfindən tərtib edilmiş protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmiş, lakin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən barəsində tərtib olunmuş İXP seriyalı, ******* saylı 12 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Polis İdarəsinə geri qaytarılmışdır. Bundan sonra Səbail RPİ-nin DYPŞ-si tərəfindən heç bir araşdırılma aparılmadan barəsində yazılmış protokol ilə bağlı qərar qəbul edilərək barəsində İXM-nə əsasən 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Qeyd edilən qərar ona xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Bu vaxta qədər qərar ona rəsmi qaydada göndərilməli olduğu halda göndərilməmişdir. Bununla da Səbail RPİ-nin DYPŞ-si onun hüquqlarını bir daha kobud şəkildə pozmuşdur. Səbail RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş qərar tamamən qanunsuz və əsassızdır. Belə ki, o, həmin vaxt qeyd eilən nəqliyyat vasitəsində sərnişin kimi əyləşmişdir. Odur ki, yuxanda qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin tələblərinə əsasən məhkəmədən, Səbail RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4, şikayətin təmin edilməsini, Səbail rayon DYPŞ-nin 25 aprel 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Səbail rayon DYPŞ-nin TP ******* saylı, 25 aprel 2023-cü il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Səbail rayon DYPŞ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı, 25 aprel 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 19 mart 1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X4, ünvan 2inik markalı 10CA105 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə müvafiq icra hakimiyyəti orqanının əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə növü haqqında tənbeh növü tətbiq edilmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə görə İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 şikayət ərizəsi qismən təmin edilməli, Səbail rayon DYPŞ-nin TP ******* saylı, 25 aprel 2023cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Səbail rayon DYPŞ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 şikayət ərizəsi qismən təmin edilsin. Səbail rayon DYPŞ-nin TP ******* saylı, 25 aprel 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Səbail rayon DYPŞ-nə göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1082/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1082/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver