Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1083/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 16 iyun 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından “X3 Co.LTD” Şirkətindən SD808LQ/BS929B nömrə nişanlı nəqliyyat vasitəsinin üzərindəki MMAU1102779 nömrəli konteynerlə SP2156BK nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********2997 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə yer sayı 2400, netto çəkisi 24000,00 kq bəyan edilən “qabığı sovulmuş dondurulmuş şabalıd” yükünə xx.xx.2022-ci il tarixdə “Meyvəli” bazarının anbarında yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilmiş **********2997 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından sözügedən yükün netto çəkisinin 24000,00 kq deyil, 24650,00 kq olduğu, yəni yükün netto çəkisinin 650,00 kq artıq olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 fevral 2015-ci il tarixli 100/026 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasının Metodologiyası"na əsasən malların miqdar uçotu beynəlxalq ticarət statistikasının əsas göstəricilərindən biridir və onların fiziki xarakteristikasını əks etdirir. Əsas miqdar ölçüsü malın çəkisi hesab olunur və gömrük bəyannaməsində göstərilən netto çəki əsasında kiloqramla ifadə olunur. Gömrük statistikasında malların miqdar uçotunun aparılması üçün XİFMN-də göstərilən standart miqdar uçotu vahidləri tətbig olunur. Bu Metodologiyanın tələblərinin 13.4-cü bəndinə əsasən malın netto çəkisi dedikdə qablaşdırılmış halda daşınan mallar üçün ilkin qablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına gədər onun ayrılmaz hissəsi olan gablaşdırma, məsələn, şüşə gablarda içkilər, ətir, dərman vasitələri, gutuda siqaret, çay və s.) nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə qablaşdırma nəzərə alınmadan malın çəkisi nəzərdə tutulur. Aparılan araşdırma zamanı Şəxs MMC tərəfindən **********2997 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən “qabığı soyulmuş dondurulmuş şabalıd” yükünün netto çəkisinin 24000,00 kq deyil, 24650,00 kq olduğu, yəni 650,00 kq artıq olduğu (malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alındığından) təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edibetməməsi, təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/011583 saylı xx.xx.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq şöbəyə daxil olmuş 34/012/012536 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən **********2997 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 629,85 manat, ƏDV üzrə 867,39 manat olmaqla ümumilikdə 1497,24 manat təşkil edəcəkdir. Beləliklə də, Şəxs MMC **********2997 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 1497,24 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “Xocasən” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Çin Xalq Respublikasından AZ1040, ünvan 3 ünvanında qediyyatda olan Şəxs adına daxil olmuş **********2997 nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə xx.xx.2022-ci il tarixində Meyvəli bazarındakı anbarda gömrük baxışı həyata keçirilmişdir. "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X2 tərəfindən gömrük orqanına təqdim olunmuş **********2997 nömrəli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından ““qabığı soyulmuş dondurulmuş şabalıd’’ yükünün netto çəkisinin 650 kq artıq olduğu aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********2997 nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X2 tərəfindən gömrük orqanına təqdim olunmuş **********2997 nömrəli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından “qabığı soyulmuş dondurulmuş şabalıd” yükünün netto çəkisinin 650 kq artıq olduğu aşkar edilmişdir. **********2997 nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində düzgün bəyan edilməyən yüklər Meyvəli bazarındakı anbarda ayrıca təyin edilmiş yerə yığılıb polietilen örtüklə sarılaraq AA914896, AA914897 nömrəli stikerlərlə gömrük təminatına alındı. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəis tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC tərəfindən MMAU1102779 nömrə konteynerlə SP2156BK nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi üzrə idxal edilmiş “qabığı soyulmuş dondurulmuş şabalıd” yükünün netto çəkisinin 24000 kq deyil, 24650 kq olduğu təqdirdə ”SHAKH CHEREZ” MMC tərəfindən gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərini məbləği idxal gömrük rüsumu – 629.85 AZN, əlavə dəyər vergisi-867.39 AZN, cəmi -1497.24 AZN təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 izahatı alınmış, o, izahatında direktoru olduğu MMC müxtəlif ölkələrdən qida məhsullarının idxalını, sonradan həmin malların daxili bazarda topdan və pərakəndə satışını həyata keçirir. xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından “X5 Co.LTD” şirkətindən SD808LO/BS929B nömrə nişanlı nəqliyyat vasitəsinin üzərində olan MMAU1102779 nömrəli konteynerlə “qabığı soyulmuş dondurulmuş şabalıd” yükü daxil olmuşdur. Sözügedən mallar Bakı Baş Gömrük İdarəsində dair **********2997 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi gömrük orqanına malların rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün təqdim edilmişdir. Mallara “Meyvəli” bazarında yerləşən anbarda gömrük yoxlaması həyata keçirilərkən 650,00 kq artıq çəki aşkar edilmişdir. Həmin çəki “qabığı soyulmuş dondurulmuş şabalıd”ın netto çəkisi deyil, qablaşdırılmasının çəkisidir, yəni brutto çəkisidir. Artıq aşkar edilən 650,00 kq yükü göndərən şirkət tərəfindən netto çəkidə deyil, brutto çəkidə nəzərə alındığından şirkət tərəfindən gömrük orqanına təqdim edilmiş bəyannamədə həmin çəki netto çəkidə qeyd edilməmiş, Şəxs MMC tərəfindən həmin mallar qutu sayı ilə sifariş edilmiş, SD808LO/BS929B nömrə nişanlı yük avtomaşınının üzərində olan MMAU1102779 nömrəli konteynerdə qabığı soyulmuş dondurulmuş şabalıdın xalis çəkisi, yəni netto çəkisi 24000.00 kq təşkil edir, sözügedən mallara Meyvəli bazarının anbarında gömrük yoxlaması həyata keçirilərkən , SD808LO/BS929B nömrə nişanlı yük avtomaşınının üzərində olan MMAU1102779 nömrəli konteynerdə olan malların həqiqətən də **********2997 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində göstrəilənlərlə uyğunluq təşkil etmişdir. Həmçinin, o izahatında bildirmişdir ki, elektron qaimədən də göründüyü kimi şirkət tərəfindən qabığı soyulmuş dondurulmuş şabalıd yükünün satışı həyata keçirilərkən onların xalis çəkisi nəzərə alınır, yəni qablaşdırılması nəzərə alınmadan satışı həyata keçirilir, Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 1497.24 (bir min dörd yüz doxsan yeddi manat iyirmi dörd qəpik) AZN gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 1048 AZN (bir min qırx səkkiz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1083/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1083/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver