Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1087/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru, polis kapitanı Əkbər İbayevin, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olan, ali təhsilli, təqaüdçü, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 5-ci döngə ünvanında yaşayan, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilmiş 29 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilmiş 29 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialdan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə X8 ilə mübahisə zamanı arxadan tutub sinəsini sıxaraq sağlamlığına zərər vurmuşdur. Bununla da onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru Əkbər İbayev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, o, qardaşı Əliəşrəfin yaşadığı ünvanda olarkən, qardaşı Əliəşrəf onunla danışanda səsini qaldıraraq tüpürərəkdən danışanda onu hədələdi, əlini üzünə vurdu. O qardaşından onunla danışan zaman ondan 2 metrə aralıda durmağı tələb edib əli ilə onu özündən kənar etmişdir. O, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməmişdir, belə ki, qardaşına heç bir xəsarət yetirməmişdir, ona görə də, özünü təqsirli bilmir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə onun qardaşı Əliəşrəf onun evinə gəlib onun barəsində polis orqanlarına şikayət etdiyinə görə iradlar bildirməyə başlamışdır, o, qardaşına demişdir ki, nə üçün ondan xəbərsiz evdə olan kitab rəflərini dağıtmılş və onun kitabları yoxa çıxmışdır, onun kitablarını qaytarsın. Bundan sonra onların arasında söz mübahisəsi yaranmışdır, mübaisə nəticəsində qardaşı Əliəşrəf ona arxadan yaxınlaşıb göyə qaldırıb qabırğalarından sıxıb buraxmışdır, qardaşı Əliəşrəf onu buraxandan sonra o, yerə yıxılıb ağrıdan yerdə uzanmışdır. Bundan sonra qardaşı həmin ünvanı tərk etmişdir. Göstərilən halları nəzərə alaraq, o, X6 barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X4 Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Səbail RPİ-nin 41-ci PB-nin təhqiqatçısı polis leytenantı Ənvər Məlikovun cinayət işinin başlanılmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb olunması barədə 06 may 2022-ci il tarixli qərardan görünür ki, təhqiqat zamanı X3 almış olduğu xəsarətlərin ağırlıq dərəcəsi və digər xüsusatların aydınlaşdırılması məqsədilə məhkəmə tibb ekspertizası təyin olunaraq, o, ekspertizadan keçirilmiş, ekspertizanın xx.xx.2022-ci il tarixli 270 nömrəli rəyinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, HK-1-322 nömrəli araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi, material üzrə Əliəşrəf adlı şəxsin şəxsiyyəti gələcəkdə müəyyən edilərsə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirinin görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin icra edilməsi üçün Səbail RPİ-nin 41-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, barəsində protokol tərtib edilmiş X1 izahatı, protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxsin və zərərçəkmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə X1 zərərçəkmiş şəxs X5 döyərək qəsdən ona fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən X2 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1087/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1087/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver