Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1088/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxsin nümayəndə və vəkili X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 29 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 29 iyun 2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs Səbail rayon Məhkəməsinin MTT(009)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı möhürlənmiş qeyri-yaşayış sahəsini üzrlü səbəb olmadan açmışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-MTT(009)-83/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 74,2 kv.m olan qeyri-yaşayış sahəsindən, ünvan 3 ünvanında 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 144.6 kv.m olan qeyri-yaşayış sahəsindən və ünvan 4 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 165.7 kv.m olan qeyri-yaşayış sahəsindən hər hansı şəkildə və məqsədlə istifadə edilməsi və həmin qeyri-yaşayış sahələrində fəaliyyət göstərilməsi cavabdeh X5 və başqa şəxslərə qadağan edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Səbail rayon İcra şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar fəaliyyəti qadağan olunmuş iaşə obyektinin yerləşdiyi T.Əliyarbəyov küçəsi 3 ünvanında olarkən obyektin bağlı olduğu tərəfindən müəyyən olunmuş və obyektin giriş qapısı möhürlənmişdir. Bununla bağlı tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. İş üzrə tələbkar X1 xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, obyektin giriş qapısına vurulmuş möhürlərin qoparılıb atıldığını və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə obyektin qeyri-qanuni fəaliyyət göstərdiyini bildirmişdir. Bu səbəbdən icra sənədində tərəf olan X5 məxsus olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılmış və o, obyektə vurulmuş möhürün kim tərəfindən açılması və fəaliyyət göstərməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə şöbəyə yaxınlaşaraq məhkəmə qərarından xəbəri olmadığı halda obyektin giriş qapısını açdığını etiraf etmiş və verdiyi izahatında obyekti işlədən şəxsin o olmadığını, həmin obyektə ona məxsus olan qəlyan aparatlarını götürməyə girdiyini bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb etmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, həmin obyektin Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən möhürləndiyini bilməmiş, obtektdə ona aid olan qəlyan aparatı, meyvələr və tabakalar olduğu üçün obyektin qapısında olan möhrü qıraraq özündə olan açarla qapını açıb içəri daxil olmuş və ona məxsus əşyaları oradan götürmüş, qapını bağlayıb getmişdir. Bu hadisəni törətməkdə səbəb yaranacaq ziyanın ödənilməsini heç bir tərəfin öz üzərinə götürməməsi olmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili X7 barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu, onun müvafiq qaydada cəzalanmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun 2-ci qrup əlil olmasını, onun əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1088/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1088/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver