Məhkəmə qərarları › İş №3(009)-1089/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1089/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1089/2022 27.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Nümayəndə1, İnzibati xəta haqqında qərarı qəbul etmiş Mərkəzi Bankın etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Mərkəzi Bankın EP 000837 nömrəli, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X6 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 Bankın EP 000837 nömrəli, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 11 aprel 2022-ci il tarixli, EP №-0030837 saylı qərarına əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2.000 (iki min) ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 11 aprel 2022-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli EP ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxaraq müəyyən etmişdir ki, X9 20.000 (iyirmi min) ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20.000 ABŞ dollar məbləğində vasait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə vəzifəli şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Mərkəzi X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək EP № ******* saylı qərar qəbul edərək 2.000 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq etmişdir. Mərkəzi Bank C.T.Süleymanovun iştirakı olmadan xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati protokol tərtib edərkən C.T.X7 Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Belə ki, inzibati protokol tərtib edilərkən, C.T.Süleymanovu xəbərdar etməmişlər və nəticədə protokolun əsassız olduğu ilə bağlı öz mülahizələrini və izahatlarını təqdim etmək hüququndan məhrum olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokola müvafiq qeyd aparılır. Eyni zamanda, Mərkəzi Bank müvafiq qaydada vəzifəli şəxsi çağrılmaqla iştirakını təmin etmədən, inzibati işə baxaraq həqiqətə nail olmadan ədalətsiz qərar qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsinin 60.1 -ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 61.3cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi, C.T.Süleymanovun ümumiyyətlə bu barədə xəbəri olmadığı üçün Mərkəzi Bank tərəfindən tərtib olunmuş protokolun əsassız olduğunu sübut etmək fürsəti olmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, həqiqətən də, barəsində inzibati xəta haqqında iş aparılan vəzifəli şəxs C.T.Süleymanov xx.xx.2020-ci il tarixdə xaricə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul köçürmüşdür, lakin Mərkəzi Bankın qeyd etdiyi kimi deyil, həmin vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Belə ki, “BMW” markalı nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin Azərbaycan Respublikasına idxalı ilə bağlı “YOUNGJİN TRADİNG” şirkəti və “CHAUDRY TRADİNG İNTERNATİONAL CO” şirkəti ilə X9 arasında xx.xx.2019-cu il tarixli 3 (üç) il müddətinə X8 bağlanılmışdır. Həmin müqaviləyə əsasən, vəzifəli şəxs C.T.Süleymanov tərəfindən xx.xx.2020- ci il tarxidə YapıKredi Bank Azərbaycan QSC vasitəsi ilə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində vəsait “YOUNGJİN TRADİNG” şirkətinin hesabına köçürmüşdür. Bunun müqabilində, xx.xx.2021-ci il tarixli Gömrük bəyannaməsinə əsasən, gömrük dəyəri 35.700 (otuz beş min yeddi yüz) manat təşkil edən digər tərəfdaş “CHAUDRY TRADİNG İNTERNATİONAL CO” şirkəti tərəfindən vəzifəli şəxs C.T.Süleymanova “BMW” markalı nəqliyyat vasitələri üçün hissələr göndərilmişdir. Bu məlumatların Bank tərəfindən vaxtında Mərkəzi Banka çatdırılmamasının səbəbi, malın Gömrük orqanında rəsmiləşdirməsini həvalə edilmiş "xxxx" MMC şirkətinin brokeri X5 olmuşdur. Belə ki, həmin broker tərəfindən X12 (YGB) 20-ci bölməsinin ödənişlə bağlı qeyd hissəsində, 100 kodu əvəzinə səhvən 120 kodu ilə rəsmiləşdirdiyi üçün Bank, malın bəyannamə dəyərinin təşkil edən məbləğlə xaricə köçürülən məbləği əvəzləşdirə bilməmişdir. Bu səbəbdən, Mərkəzi Bank vəzifəli şəxs tərəfindən xaricə köçürülmüş vəsaitin hesabına alınan malların ölkəyə idxal olunmamasını zənn edərək inzibati protokol tərtib etmişdir. Hazırda, barəsində inzibati xətalar haqqında iş aparılan C.T.Süleymanov Bakı Gömrük İdarəsinə ünvanladığı ərizəsi əsasında həmin qüsur aradan qalxdığı üçün bank tərəfindən əvəzləşməsi mümkün olmuş, lakin Mərkəzi Bank inzibati xəta haqqında işə xitam verməmişdir (ərizə işə əlavə olunur). Yuxarıda qeyd olunanlar bir daha sübut edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankın 11 aprel 2022-ci il tarixli, EP №- 0030837 saylı qərarı əsassız olduğundan ləğv edilməlidir. Mərkəzi Bankın 11 aprel 2022-ci il tarixli qərarı C.T.Süleymanovun əvvəlki qeydiyyat ünvanına (ünvan 2bəbdən C.T.Süleymanovun həmin qərardan xəbəri olmamışdır. Yalnız xx.xx.2022-ci il tarixdə Xətai rayon İcra şöbəsi tərəfindən göndərilmiş şöbəyə yaxınlaşma barədə bildirişi əldə etdikdən sonra və icra məmuru ilə görüşdükdən sonra, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması barədə belə bir qərarın olduğunu bilmişdir. Bundan sonra, C.T.X15 yaxınlaşaraq həmin qərarı rəsmi qaydada ona təqdim olunmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixdə hazırda mübahisələndirdiyimiz qərar ona təqdim edilmişdir. Qərarın rəsmi qaydada həmin tarixdə təqdim olunmasına dair bildirişi C.T.Süleymanov imzası ilə təsdiq etmişdir (bu məlumatı Mərkəzi Bankdan əldə etmək mümkündür). Bu səbəbdən, prosessual müddət ötürülməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın 11 aprel 2022-ci il tarixli, EP №-0030837 saylı qərarı əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Nümayəndə1 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Mərkəzi Bankın EP 000837 nömrəli, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Mərkəzi Bankın etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, məhkəməyə təqdim olunmuş bəyənnamədə, müqavilədə və bank ödəniş sənədində qeyd olunan məlumatların arasında yəni bəyənamədə istinad edilən müqavilə məlumatlarında, malın sayında, malı göndərən şəxsin adında ziddiyat olduğundan, bu səbəbdən xx.xx.2020-ci il tarixdə xaricə icra olunan köçürmə üzrə malların ölkəyə idxal olunmasını sübut edən sənəd məhkəməyə təqdim edilmədiyindən qərarın qanuni və əsaslı olduğunu bildirdi və şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Mərkəzi Bankın EP 000837 nömrəli, 11 aprel 2022-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı X9 20.000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20.000 ABŞ dollar məbləğində vasait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə vəzifəli şəxsin ünvanında törədilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2.000 (iki min) ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda qərarın icrasına xitam verir. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə materiallara baxan zaman işin faktiki hallarından müəyyən edilmişdir ki, X9 tərəfindən İXM-nin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, Mərkəzi Bankın EP 000837 nömrəli, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Mərkəzi Bankının EP 000837 nömrəli, 11 aprel 2022-ci il tarixli inzibati tənbeh tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar