Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1089/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, barəsində protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən sürücü Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan İXP seriyalı, ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2004-cü il tarixdə Lənkəran rayonu, Girdəni kəndində anadan olan, Lənkəran rayonu, Girdəni Ərazi Dairəsi, Girdəni kəndində qeydiyyatda olan Şəxs tərəfindən xx.xx.2025-ci il tarixində, saat 20:30-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Səbail rayonu İçəri Şəhərdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ ayağın əzilməsi və 2004-cü il təvəllüdlü Şəxs döş qəfəsinin əzilməsi xəsarətləri almaları barədə məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş. “Falko” moped markalı mopedin sürücüsü Şəxs barəsində isə həmin Məcəllənin 338.7-ci maddəsi ilə inziabti məsuliyyətə cəlb edilməsi üçün toplanılmış materialın Səbail rayon Məhkəməsinə göndərilməsi qəbul edilmiş qərarın surəti Səbail RPİ-nin DYPŞ-nə təqdim edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs ifadəsində bildirir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 20:30 radələrində özünə məxsus “Falko” moped markalı mopedlə ünvan 1 ünvanında yerləşən restorana gedən zaman qəflətən yolun sol tərəfindən sağ tərəfə keçən bir piyada qadının qarşısına çıxdığını görmüş, həmin qadını vurmamaq üçün mopedi sağ tərəfə çəkmiş,məsafə yaxın olduğundan maneədən yayına bilməmiş, mopedin sol yan hissəsi ilə həmin qadının ayağından vurub yerə yıxaraq xəsarət yetirmiş, sonra isə moped sağ tərəfə yerə yıxəlaraq sağ ayağından xəsarət almışdır. Həmçinin o, izahatında göstərmişdir ki, həmin qadını və onu xəsarət aldıqları üçün xəstəxanaya aparıb yardım göstərmişlər və polis əməkdaşları onun iştirakı ilə hadisə yerini sənədləşdirmişlər. Sonra göstərmişdir ki, 3 nəfər qadının piyada getdiklərini görmüş,onlara çatan anda qadınlardan birinin qəflətən yolun sol tərəfidən sağ tərəfinə keçdiyini görmüş məsafə yaxın olduğundan mopedi saxlaya bilməmiş və qadını vurub xəsarət yetirmişdir, həmin vaxt içkili olmamışdır. O, əməlindən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül tənbeh tətbiq xahiş olunmasını xahiş etdi İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki,xx.xx.2025-ci il tarixində, saat 20:40 radələrində rəfiqələri Hüseynova Zeynəb və Hüseynli Günay ilə birgə Bakı şəhəri, Səbail rayonu İçəri.əhər, Kiçik Qala 88 ünvanında yerləşən Qəbələ restoranına gedən zaman həmin restoranın qarşısında hərəkətdə olan zaman arxadan gələn moped markalı nəqliyyat vasitəsi onu vuraraq yerə yıxmış, nəticədə sağ ayağından və başından zədə almışdır. Hadisə yerinə rəfiqələri həkim briqadasını dəvət etmiş və hadisə yerinə gələn həkimlər onu Təcili Tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. Xəstəxanada onu müayinə etdikdən sonra evə buraxmışlar. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı mopedin sürücüsü Şəxs barəsində heç bir şikayətinin olmadığını, lakin başından və ayağından zərbə aldığı üçün ona dəymiş ziyanı ödəməsini tələb etdi. İş materiallarında olan X2 izahatından görünür ki, saat 20:40 radələrində rəfiqələri Hüseynova Zeynəb və Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Kiçik Qala 88 ünvanında yerləşən Qəbələ restoranına gedən zaman həmin restoranın qarşısında qəflətən bir moped markalı nəqliyyat vaxitəsinin rəfiqəsi Abbasova Ftmanın sağ ayağına dəyərək xəsarət yetirməsini gördüyünü söylədi. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı mopedin sürücüsü Şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan X1 izahatından görünür ki, saat 20:40 radələrində rəfiqələri Hüseynli Günay və Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Kiçik Qala 88 ünvanında yerləşən Qəbələ restoranına gedən zaman həmin restoranın qarşısında qəflətən bir moped markalı nəqliyyat vaxitəsinin rəfiqəsi Abbasova Ftmanın sağ ayağına dəyərək xəsarət yetirməsini gördüyünü söylədi. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı mopedin sürücüsü Şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Hazırki işdən isə müəyyən edilir ki, Şəxs törətdiyi hadisə nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tərkibi var və 100 (yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1089/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1089/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver