Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-109/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədirliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Vəkil, X2 iştirakları ilə, 21 iyun 1999-cu il tarixdə İran İslam Respublikasında anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən X8 barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 qanunsuz olaraq narkotik vasitə marixuanadan istifadə etdiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan BNMİ-nin baş təhqiqatçısı, polis kapitanı Nəcəf Aburşu tərəfindən qəbul edilmiş 25 yanvar 2023-cü il tarixli qərarla fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, X8 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmişdir. İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X7 bub barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra X8 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 bükümdə, açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra Reza Ataenin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd iphone markalı mobil telefon, 154 manat məbləğində pul, tələbə bileti, xarici pasport, həmin gödəkçənin sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu və 1 ədəd alışqan aşkar olunmuşdur. Sonra həmin kütlə qablaşdılrılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi, və axtarış aparan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı X6 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 bildirmişdir ki, o, heç vaxt narkotik maddələrdən istifadə etməmişdir. Üzərindən çıxarıb təqdim etdiyi narkotik vasitələr onun deyildir, ona o vasitələri polis əməkdaşları vermiş və ondan tələb olunmuşdur ki, narkotik vasitələri onun özünə aidmiş kimi göstərsin. Evdə xəstə olan arvadı vardır. 26 yanvar tarixdə imtahanı olduğunun, o, bu imtahanda iştirak edə bilməz isə, bir il daha oxumaq məcburiyyətində qalacağını bildirmişdir. Bütün bu göstərilən halları nəzərə alaraq, ona həbs ilə bağlı olmayan inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin evində xəstə arvadı vardır, ona baxacaq başqa heç kəs yoxdur. Həmçinin sabah barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin imtahanı vardır, orada mütləq iştirak etməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitələri könüllü təqdim etdiyi üçün, AR İXM-nin 206-cı maddəsinin “Qeyd” hissəsində göstərildiyi kimi satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs həmin maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitələrin onun olmadığının iddia etsə də, iş materiallarında olan 24 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X7 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra X8 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 bükümdə, açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra bu protokolu həm barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, həm də barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi imzalamış və onlardan heç biri protokola etiraz və yaxud qeyd verməmişdir. Bu fakt həmçinin məhkəmə iclasında tədqiq olunmuş videogürüntü olan disk ilə də təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, X8 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmişdir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X1 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. X8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma mərkəzində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-109/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-109/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver