Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1091/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 25 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 25 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılrmışdır ki, 25 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov 62 ünvanında mənə məxsus X9 avtomobili ilə dayanma durma yerində dayanarkən saat 12:00 radələrində YPX ona yaxınlaşmış və Bakı şəhəri DYPİ Müşayət - Eskort Bölüyü YPX X4 X5 Qoçaq tərəfindən barəsində İXP4658819 saylı protokol tərtib olunmuşdur. Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 342.3.4 maddəsi ilə törətmiş olduğum xətaya görə məsuliyyət qeyd edilmişdir və 150 manat məbləğində cərimə edilməyimlə bağlı qərar çıxarılmışdır. Bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokola aşağıdakı yazını əlavə etmişdir: “Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tədbiqinə icazə verilməyən örtüklərin çekilməsinə görə.” Belə ki, “X6” AR Qanununun 30-cu maddəsi Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi maddəsidir. Bu maddəyə görə qanuna 1 saylı Əlavə Vİİ bölmənin (Konstruksiyanın digər ünsürləri) 3-cü bəndini əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə. Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Göründüyü kimi bu maddənin tələbləri pozulmuş deyil. Çünki onun avtomobilində isə nə pərdə, nə də plyonka çəkilmişdir. Yəni qadağan olunmuş örtüklərdən istifadə olunmamışdır. Avtomobilin ban şüşəsi çat olduğu üçün tam şəffaf kulonka çəkilib, (inspektorun kobud davranaraq əlindəki açarla kulonkanı cırması nəticəsində cat böyüyüb nəticədə ona ziyan dəyib). Bu isə qanunla qadağa olunmur, çünki hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya ban şüşəyə şəffaf kulonka çəkməyə yol verilir. Qeyd etmək istəyir ki, ban şüşəyə şəffaf kulonka örtüklərdən fərqi elə qeyddəcə aydın olur. Örtük dedikdə məhz pərdə və plyonkaların nəzərdə tutulduğu açıq-aşkar qeyd olunmuşdur. Lakin İXMnin 342.2.4 maddəsi nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə təyin edir. Jalüz bu örtükə aid olmadığına görə cərimənin tətbiq edilməsi də düzgün deyildir. Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 25 may 2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə şikayətə etiraz təqdim edərək bildirmişdir ki, barəsində qərar qəbul edilmiş fiziki şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXP ******* saylı protokola Bakı şəhəri BPİ tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində qərar qəbul edilmiş fiziki şəxs X2 şikayət ərizəsində göstərmişdir ki, 25 may 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu, Ü.Hacıbəyov 62 ünvanında ona məxsus X9 avtomobillə dayanma durma yerində dayanarkən saat 12:00 radələrində YPX ona yaxınlaşmış və Bakı şəhəri DYPİ MEB-nin YPX X4 X5 Qoçaq tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuş, protokolda onun İXM-nin 342.2.4cü maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmiş və 150 manat cərimə edilməsi ilə bağlı qərar çıxarılmışdır. F.F.Paşayev hesab edir ki, YHHQ AR Qanununun 30-cu maddəsi nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi maddəsi bu maddəyə görə Qanuna 1 saylı əlavə Vİİ bölmənin (Konstruksiyanın digər ünsürləri) 3-cü bəndinə əsasən Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflılığını korlayan yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə. Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Əlavə olaraq bildirir ki, bu maddənin tələblərini pozmamış, çünki avtomobilndə nə pərdə nə də plyonka çəkilmişdir yəni qadağan olunmuş örtüklərdən istifadə olunmamışdır. Avtomobilin ban şüşəsi çat olduğu üçün tam şəffaf plyonka vurulmuşdur. Bununla da hesab edir ki İXP ******* saylı protokola Bakı şəhəri BPİ tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmalıdır. Aşağıdakı əsaslara görə F.F.Paşayevin şikayət ərizəsində göstərdikləri ilə razılaşmayaraq hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunidir qüvvədə saxlanılmalıdır. İşin faktiki hallarından göründüyü kimi sürücü X2 25 may 2022-ci il tarixdə saat 13:12 radələrində Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi 62-də “KİA PRİDE” minik markalı **-FY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə idarə etdiyinə görə YPX əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol onun əsasında isə TP ******* nömrəli tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X6 Azərbaycan Respublikasının Qanununun 1 saylı əlavəsinin Vİİ-ci hissəsinin Qeydində göstərilmişdir ki, Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Belə ki, 23 fevral 2021-ci il tarixə qədər minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənayə üsulu ilə hazırlanan jalüz asmağa yol verilirdi, lakin 23 fevral 2021-ci il tarixli 269- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 aprel 2021-ci il, № 75) ilə 1 saylı Əlavə - “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın Vİİ hissəsinin 3-cü bəndinin “Qeyd” hissəsinin birinci və üçüncü cümlələri çıxarılmışdır. Beləliklə də göründüyü kimi X2 25 may 2022-ci il tarixdə YHHQ-nın 1 saylı Əlavəsinin Vİİ-ci hissəsinin Qeydinin tələbini pozaraq inzibati xəta törətmişdir. Eyni zamanda işin faktiki hallarından məlum olur ki, F.F.Paşayevin barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərar həmin gün ona təqdim olunduğundan şikayət vermə müddətinin axımı başlamış və iyin ayının 5 bitməsinə baxmayaraq şikayət ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Buraxılmış müddətin bərpası ilə bağlı vəsatət verməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. X6 Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Şərh olunanlara əsasən hesab edir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X1 şikayəti əsassızdır onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan onun ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Barəsində qərar çıxarılmış fiziki şəxs X1 şikayəti əsassız olduğundan onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan şikayət ərizəsini təmin etmədən barəsində TP ******* nömrəli tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayəti müdafiə edərək bildirmişdir ki, qanunvericiliyin tələblərini pozmamışdır. Çünki avtomobilində nə pərdə, nə də plyonka çəkilmişdir. Yəni qadağan olunmuş örtüklərdən istifadə olunmamışdır. Avtomobilin ban şüşəsi çat olduğu üçün tam şəffaf plyonka vurulmuşdur. Bununla da hesab edir ki İXP ******* saylı protokola əsasən Bakı şəhəri BPİ tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta hadisəsi faktının qeydə alınması barədə videogörüntülərə, həmçinin barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərə baxış keçirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 25 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 25 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində Kia pride markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomaşına ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində Kia pride markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomaşına ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X2 barəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. X6 qanunun 1 saylı əlavəsinin Vİİ bölməsində Konstruksiyanın digər ünsürləri dedikdə: 1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə olmadıqda. 2) Səs siqnalı işləmədikdə. 3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkildikdə. Həmin bəndin qeyd hissəsinə əsasən işığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Göründüyü kimi inzibati tənbehvermə barədə qərar qəbul edilərkən işə inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əhəmiyyət kəsb edən mühüm hal – avtomobilin qabaq ban şüşəsində olan çat səbəbindən X2 tərəfindən şəffaf plyonkadan istifadə edilməsi nəzərə alınmadan və qiymət verilmədən inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 25 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 25 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 25 may 2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1091/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1091/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver