Məhkəmə qərarları › İş №3(009)-1094/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1094/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1094/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi ilə, “Şəxs” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən “Şəxs” MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 07 may 2021-ci il tarixli 00100/0908 nömrəli qərardaddan görünür ki, “Şəxs” MMCnin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyatı üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. 00100-0509/21 saylı, 07 may 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Çin Xalq Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan “Şəxs” MMCnin ünvanına 27AA663/27AA664 nömrəli avtomaşının üzərində olan TRDU ******* konteynerin üzərində daxil olmuş və Bakı Baş Gömrük İdarəsində X1 adından **********6679 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 01 mart 2021ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük baxışı keçirilmiş, gömrük baxışı zamanı **********6679 sorğu nömrəli gömrük bəyannaməsi ilə rezin materialdan 3 yer, netto çəkisi 1667 kq və 150 ədəd “traktor ehtiyat hissəsi-patrupka” bəyan olunduğu halda, faktiki olaraq dəmir materialdan 3 yerdən ibarət, netto çəkisi 1667 kq, 150 ədəd üzərində heç bir əmtəə nişanı olmayan “traktor ehtiyat hissəsi-starter” olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası İdarəsindən alınmış 9/1616 nömrəli 30 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş ÇXR-da istehsal olunmuş üzərində heç bir markalanma göstəricisi olmayan, kənd təsərrüfatı texnikası traktora aid olan 1 ədəd starterin 25.02.2021-ci il tarixə orta bazar qiyməti təxminən 60 manat, 150 ədədinin isə cəmi 9000 manat müəyyən edildiyi qeyd edilmişdir. Araşdırma nəticəsində ünvan 2 ünvanında qeydiyyatda olan “Şəxs” MMC Çin Xalq Respublikasından 27AA663/27AA664 qeydiyyat nişanlı avtomaşının üzərində olan TRDU ******* nömrəli konteynerdə idxal etdiyi və Bakı Baş Gömrük İdarəsində **********6679 sorğu nömrəli 25.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə fiziki şəxs X1 adından “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmiş 150 ədəd traktor ehtiyyat hissəsi-starteri “traktor ehtiyyat hissəsi-potrupka bəyan etməklə gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verildiyi müəyyən edilmişdir. Nəticədə, “Şəxs” MMC tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 01 mart 2021-ci il tarixli yoxlama haqqında protokola əsasən “Şəxs” MMC-nin ünvanına 27AA663/27AA664 nömrə nişanlı avtomaşında daxil olmuş yükə aid gömrük orqanına təqdim olunmuş **********6679 saylı GB-də “Traktor ehtiyyat hissəsipotrubka” bəyan edildiyi halda, faktiki “Traktor ehtiyyat hissəsi-starter” aşkar edilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, “Şəxs” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, “Şəxs” MMC tərəfindən Çin Xalq Respublikasından 27AA663/27AA664 qeydiyyat nişanlı avtomaşının üzərində olan TRDU ******* nömrəli konteynerdə idxal etdiyi və Bakı Baş Gömrük İdarəsində **********6679 sorğu nömrəli 25.02.2021-ci il tarixli gömrük bəyannaməsi ilə fiziki şəxs X1 adından “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmiş 150 ədəd traktor ehtiyyat hissəsi-starteri “traktor ehtiyyat hissəsi-potrupka bəyan etməklə gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir. Nəticədə, “Şəxs” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, “Şəxs” MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinin tərkibi var və onun 1000 (min) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “Şəxs” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar