Məhkəmə qərarları › İş №3(009)-1095/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1095/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1095/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 06 may 2021-ci il tarixli 00100-0894/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “İpək Yolu” gömrük postundan daxil olmuş 34/024/008423 saylı 31 mart 2021-ci il tarixli raportda Türkiyə Respublikasından Şəxs MMC-nin ünvanına 08K6921/08K6922 nömrə nişanlı yük avtomaşınında Uİ**********0742 nömrəli 05 mart 2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********2851 sorğu nömrəli 11 mart 2021-ci il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. 15 mart 2021-ci il tarixdə 08K6921/08K6922 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara “İpək Yolu" gömrük postunda gömrük yoxlaması həyata keçirilərkən, mənşə ölkəsi Türkiyə bəyan edilən **********2851 sorğu nömrəli 11 mart 2021-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən (Uİ**********0742 nömrəli 05 mart 2021-ci il tarixli invoys sənədinin 1-ci mal mövqeyi) “EMT2130GK” markalı 8 ədəd “soyuducu avadanlıqda istifadə olunan kompressorlar” üzərindəki yazılara əsasən Türkiyə deyil, Braziliya olduğu və qeyd olunan bəyannamənin 3-cü mal mövqeyi ilə bəyan edilən (Uİ**********0742 nömrəli 05 mart 2021-ci il tarixli invoys sənədinin 3-cü mal mövqeyi) “EMLY90LA” markalı 8 ədəd “soyuducu avadanlıqda istifadə olunan kompressorlar” üzərindəki yazılara əsasən İspaniya deyil, Avstriya olduğu müəyyən edilmişdir. Mallar və ona dair sənədlər arasında uyğunsuzluqları və faktiki olaraq malların qutularının üzərində qeyd olunan yazıları və barkodları nəzərə alaraq **********2851 sorğu nömrəli 11 mart 2021-ci il tarixli gömrük bəyannaməsinin 1-ci və 3-cü mal mövqeyində bəyan edilən (Uİ**********0742 nömrəli 05 mart 2021-ci il tarixli invoys sənədinin 1-ci və 3-cü mal mövqeyi) cəmi 16 ədəd “soyuducu avadanlıqda istifadə olunan kompressorlar” yükünün mənşə ölkəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertiza tədqiqatlarının aparılmasına zərurət yarandığından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası idarəsinə 1400-013/006-25/002117 nömrəli 01 aprel 2021-ci il tarixli məktubla müraciət olunmuş, alınmış 2200-016/003-25/001699 nömrəli 05 aprel 2021-ci il tarixli cavab rəyinə əsasən Embraco Şirkətinə məxsus EMT2130GK nişanlı soyuducu avadanlıqda istifadə kompressorların istehsalı Türkiyə Respublikasında həyata keçirilmir mənşə ölkəsi Braziliyadır və X3, S.L. şirkətinə məxsus EMLY90LA markalı soyuducu avadanlıqda istifadə olunan kompressorların mənşə ölkəsi İspaniyadır. Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsində araşdırılması aparılan 34/024/008423 nömrəli material üzrə, Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanında qeydiyyatda olan "Şəxs” MMC-nin ünvanına 11 mart 2021-ci il tarixdə Türkiyə Respublikasından 08K6921/08K6922 nömrə nişanlı yük avtomaşınında daxil olmuş 8 ədəd “EMT2130GK” markalı, mənşə ölkəsi Braziliya olan “soyuducu avadanlıqda istifadə olunan kompressorlar” yükünün 11 mart 2021-ci il tarixə orta bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/006-22/002258 saylı 06 aprel 2021-ci il tarixli məktubla müraciət edilmiş, alınmış 9/2071 nömrəli 04 may 2021-ci il tarixli ekspert arayışına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş Braziliyada istehsal olunmuş, 1 ədəd “EMT2130GK” markalanma göstəricisi olan soyuducu avadanlıqda istifadə olunan kompressorların 11 mart 2021ci il tarixə orta bazar qiyməti təxminən 80 manat, 8 ədədinin isə cəmi 640 manat müəyyən edildiyi qeyd edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq Şəxs MMC tərəfindən gömrük orqanına **********2851 sorğu nömrəli 11 mart 2021-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində mənşə ölkəsi Türkiyə kimi bəyan edilən, lakin Braziliya müəyyən edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən 8 ədəd “EMT2130GK” markalanma göstəricisi olan soyuducu avadanlıqda istifadə olunan kompressorların orta bazar qiyməti 640,00 manat müəyyən edildiyi halda, qeyd olunan bəyannamənin 1-ci mal mövqeyi üzrə əlavə gömrük ödənişlərinin yaranıb-yaranmaması barədə Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/012231 saylı 05 may 2021-ci il tarixli raportla sorğu verilmiş, adı qeyd olunan şöbədən daxil olmuş 34/012/012347 sorğu nömrəli 06 may 2021-ci il tarixli cavab sənədində Şəxs MMC tərəfindən gömrük orqanına **********2851 sorğu nömrəli 11 mart 2021-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində mənşə ölkəsi Türkiyə kimi bəyan edilən, lakin Braziliya müəyyən edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən 8 ədəd “EMT2130GK" markalanma göstəricisi olan soyuducu avadanlıqda istifadə olunan kompressorların orta bazar qiyməti 640,00 manat müəyyən edildiyi halda, qeyd olunan bəyannamənin 1-ci mal mövqeyi üzrə əlavə gömrük ödənişlərinin yaranmayacağı qeyd edilmişdir. Araşdırma nəticəsində, Abşeron rayonu Mehdibad qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC Türkiyə Respublikasından 08K6921/08K6922 qeydiyyat nişanlı avtomaşınla idxal etdiyi və Bakı Baş Gömrük idarəsində **********2851 sorğu nömrəli 11 mart 2021-ci il tarixli gömrük bəyannaməsi ilə "sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmiş 8 ədəd “EMT2130GK” markalanma göstəricisi olan soyuducu avadanlığda istifadə olunan kompressorların mənşə ölkəsini “Braziliya” deyil, “Türkiyə” bəyan etməklə gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verildiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "Şəxs" MMC-nin ünvanına Türkiyə Respublikasından 08K6921/08K6922 nömrə nişanlı avtomaşında daxil olmuş və **********51 saylı GB ilə bəyan edilmiş yük gömrük yoxlaması zaman, GB-nin 1-ci mal mövqeyində EMT2130GK markalı Soyuducu avadanlıqda istifadə olunan kompressorların mənşə ölkəsi bəyan edildiyi kimi Türkiyə deyil, üstündəki yazılara əsasən Braziliya olduğu, 3-cü mal mövqeyində MLY90LA markalı Soyuducu avadanlıqda istifadə olunan kompressorların mənşə ölkəsi İspaniya bəyan edildiyi halda, üstündəki yazıya əsasən Avstriya olduğu müəyyən edilmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarına əlavə edilmiş 15 mart 2021-ci il tarixli Yoxlama protokolundan görünür ki, Abşeron ray., Mehdiabad qəsəbəsində qeydiyyatda olan "Şəxs" MMC-nin ünvanına 08K6921/08K6922 nömrə nişanlı yük avtomaşında daxıl olmuş və Bakı Baş Gömrük İdarəsində **********2851 saylı GB ilə bəyan edilmiş yer sayı 86, çəkisi 8640 kq olan yükə gömrük yoxlaması keçirildi. Yoxlama zamanı, 08K6921/08K6922 nömrə nişanlı yük avtomaşında daxil olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********2851 saylı GB-nin 1-ci mal mövqeyində EMT2130GK markalı Soyuducu avadanlıqda istifadə olunan kompressorların mənşə ölkəsi bəyan edildiyi kimi Türkiyə deyil, üstündəki yazıya görə Braziliya olduğu, 3-cü mal mövqeyində MLY90LA markalı Soyuducu avadanlıqda istifadə olunan kompressorların mənşə ölkəsi bəyan edildiyi kimi İspaniya deyil, üstündəki yazıya görə Avstriya olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021-ci il tarixli 9/2071 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Braziliyada istehsal olunmuş, 1 ədəd "EMT2130GK" markalanma göstəricisi olan soyuducu avadanlıqda istifadə olunan kompressorlarin 11 mart 2021ci il tarixə orta qiyməti təxminən 80,00 manat, 8 ədədinin qiyməti isə 640,00 manat müəyyən edilir. Ekspetiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. İş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC tərəfindən gömrük orqanına **********2851 sorğu nömrəli, 11 mart 2021 -ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində mənşə ölkəsi Türkiyə kimi bəyan edilən, lakin Braziliya müəyyən edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən 8 ədəd “EMT2130GK” markalanma göstəricisi olan soyuducu avadanlıqda istifadə olunan kompressorların orta bazar qiyməti 640,00 manat müəyyən edildiyi halda, qeyd olunan bəyannamənin 1-ci mal mövqeyi üzrə əlavə gömrük ödənişləri yaranmayacaqdır. c “xxxx” MMC-nin nümayəndəsi X2 izahatından görünür ki, “xxxx” MMC-nin ünvanına daxil olan malları birmənalı olaraq gömrük rəsmiləşdirilməsi ona həvalə olunmuşdur. Sonuncu dəfə Türkiyədən 01/2020 nömrəli 14 dekabr 2020-ci iİ tarixli mügavilə əsasında ölkə ərazisinə 08K6921/08K6922 nömrəli avtomaşınla Ugur markalı soyuducular idxal edilmişdir. Həmin soyuducuların ehtiyyat hissələri həmin mallarla birlikdə gəlmişdir, MMC olaraq həmin ehtiyyat hissələrini **********2851 sorğu nömrəli 11 mart 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin bəyannamədə bəyan edilən mallara 15 mart 2021-ci il tarixdə “İpək Yolu gömrük postunda baxış keçirilərkən, bəyannamənin 1-ci mal mövqeyində bəyan edilən 8 ədəd EMT2130GK markalı soyuducu avadanlıqda istifadə olunan kompressorların mənşə ölkəsinin Braziliya olduğu müəyyən edilmişdir. MMC olarag onlar 8 ədəd kompressoru Türkiyədən aldıqları ******* nömrəli mənşə sertifkatına uyğun bəyan etmişlər. Həmin sertifkatda hansı malların hansı mənşə olduğu dəqiq qeyd edilmədiyindən və soyuducunun Türkiyə mənşəli olduğundan onun kompressorlarınında Türkiyə olduğunu güman etmişlər. Malın mənşə ölkəsi Braziliyadır. Gömrük qaydalarının pozulduğunu etiraf edirlər. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti “xxxx” MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti “xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar