Məhkəmə qərarları › İş №3(009)-1098/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1098/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1098/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin X3çısı, gömrük xidməti baş leytenantı X2, Şəxs MMC-nin nümayəndəsi X5 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X3 Bölməsi tərəfindən tərtib edilmiş 21 fevral 2023-cü il tarixli 01400-01530/** EP ***2056 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********6250 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparılıb dəyəri 33515,49 ABŞ dolları olan mallar Azərbaycan Respublikasından Almaniyaya ixrac edilmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 2441,06 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC 2 ədəd “heyvan yeminin qarışdırılması üçün qarışdırıcı Bunker” yüklərini dəyəri sonradan ödənilmək şərti ilə 33515,49 ABŞ dolları qiymətinə sataraq **********6250 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, gömrük bəyannaməsinin 20-ci qrafasında “002” kodu ilə malların dəyərinin alıcı şirkət tərəfindən sonradan ödəniləcəyini bəyan edərək Azərbaycan Respublikasından Almaniyaya ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdig edilmiş “Azərbaycan Respublikasında idxal- ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsignasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) mügabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, milli valyutaya nisbətdə 4149,80 (dörd min bir yüz qırx doqquz) manat 80 qəpik təşkil edən 2441,06 ABŞ dolları məbləğində xarici valyutada vəsaiti bu müddət ərzində "xxxx" ASC-də olan müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Araşdırma nəticəsində Şəxs MMC tərəfindən statistik dəyəri 33515,49 ABŞ dolları olan malların Bakı Baş Gömrük İdarəsində **********6250 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək Azərbaycan Respublikasından Almaniyaya ixrac edildiyi, həmin ixrac əməliyyatı üzrə 2441,06 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin X3çısı, gömrük xidməti baş leytenantı X4, inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X7 protokola etiraz edərək Şəxs MMC-nin təqsiri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********6250 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək Almanyaya 2 ədəd “Heyvan yeminin qarışdırılması üçün qarışdırıcı Bunker” yüklərinin göndərildiyini, sözügedən mallara dair əvvəlcə 18 fevral 2022-ci il tarixli 21/342 nömrəli invoys sənədin hazırlandığını və həmin invoys sənədində malların qiymətinin 32972,41 Avro qeyd edildiyini, həmin məbləğə 4100,00 Avro malların nəqliyyat daşınması xərcinin də daxil olduğunu, malların alıcısı olan qarşı tərəflə müqavilə üzrə razılaşmaya əsasən malları 2022-ci ilin iyun ayının 1-ci həftəsinədək təhvil verməli olduqlarını, lakin, istehsal prosesində yaranan ləngimələr səbəbindən malların alıcıya gec göndərildiyini, yəni, 04 avqust 2022-ci il tarixli **********6250 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirərək göndərdiklərini və təxminən mal alıcıya avqust ayının sonunda çatdığını, nəticədə, alıcı şirkət qarşısında olan öhdəliyi gec yerinə yetirdiklərinə görə alıcının malların qiymətinə endirim istədiyini, bu səbəbdən malların ümumi invoys dəyərindən 4105,50 Avro endirim etdiklərini bildirmiş və malların dəyərində endirim edildiyi barədə tərtib edilmiş 27 iyul 2022-ci il tarixli invoys sənədini təhqiqata təqdim etmişdir. Malların əvvəlcə qiyməti 32972,41 Avro olan invoys sənədi üzrə razılaşdırıldığını, sonradan qiymətdə endirim edildiyini, ilkin razılaşmanın 32972,41 Avro olan invoys sənədi üzrə olduğuna görə gömrük orqanına da həmin invoys sənədini təqdim etdiklərini, endirimin neçə faiz olduğunu bilmədiyini, MMC-nin texniki şöbəsinin hansı materiallardan ən az zərər ediləcəyini hesablayaraq malların ümumilikdə dəyərindən 4105,50 Avro endirim etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Gömrük Əməliyyatları İdarəsi rəisinin müavini tərəfindən tərtib edilmiş raportdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı‘ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə ki, ixracatçı şirkətlər konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir. "xxxx" MMC-yə (VÖEN **********) bu barədə Xəbərdarlıq (1400-012/0xx-xx/002576; xx.xx.2023 17:29:19) və Bildiriş (1400-012/002- 24/003181; xx.xx.2023 15:38:40) məktubları göndərilmişdir. X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixində alınmış məlumata əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 2441.06 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş 15 may 2023-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 34/012/012614 nömrəli xx.xx.2023-cü il tarixli raporta əlavə edilmiş, Şəxs MMC tərəfindən rəsmiləşdirilən **********6250 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə və DGK-nın X1 sistemi informasiya resursundan əldə edilmiş çıxarışlara baxış keçirilmiş, baxış nəticəsində müəyyən edildi ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********6250 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparılıb dəyəri 33515,49 ABŞ dolları olan mallar Azərbaycan Respublikasından Almaniyaya ixrac edilmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 2441,06 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin qeydiyyatda olduğu ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli Konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi barədə Bildirişdən görünür ki, hüquqi və fiziki şəxslər ixrac edilmiş malların müqabilində vəsaitlərin 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmədiyi halda, qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə cəlb olunması qeyd edilməklə 10 gün müddətində ixrac edilmiş malların müqabilində vəsaitlərin bank hesablarına köçürülməsinin təmin edilməsi barədə Şəxs MMC-yə xəbərdarlıq edilmişdir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qadaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 76.1, 114-117 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 2441,06 ABŞ (iki min dörd yüz qırx bir dollar altı sent) ABŞ dolları vəsait məbləğinin 30 (otuz) faizi həddində, yəni 732 (yeddi yüz otuz iki) ABŞ dolları məbləğində (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar