Məhkəmə qərarları › İş №3(009)-1099/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1099/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1099/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1991-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli M№ ******* seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən “Bravo” Marketdən 2 ədəd “Çivas 18” markalı viskini oğurlamışdır. Bununla da Şəxs AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Bravo” marketdə baş satıcı işləyən X1 izahatında göstərmişdir ki, o, həmin günü səhər növbədə olmuşdur, satıcı 2 ədəd “Çivas 18” markalı viskinin üzərində olan antiqrajın kəsilərək yerə atıldığını ona bildirmiş, araşdırma zamanı həmin viskilərin oğurlanmasını aşkara çıxarmışdır. Bu barədə rəhbərliyə məlumat vermişdir. Ziyan bu günədək ödənilməmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbdiq edilməlidir. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Timur Kandaurov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanımlasının rədd edilməsi haqqında qərara əsasən baş vermiş xırda talama faktı üzrə əməli törətmiş Şəxs gələcəkdə yeri müəyyən edildikdə barəsində AR İXM-nin 227ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi üçün qəbul edilmiş qərar 8-ci polis bölməsinə göndərilmişdir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 227-ci maddəsiən əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 227-ci maddəsinin tərkibinin olmasını, işin hallarını, onun şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 227-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-ci il tarixdən saat 15:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 23 (iyirmi üç) gün müddətində inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 15:30-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar