Məhkəmə qərarları › İş №3(009)-1099/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1099/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1099/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏNETDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati tənbehvermə haqqında qərarı və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şikayətdən görünür ki, X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində Müdafiə Sənayesi İdarəsinin N saylı hərbi hissəsində işləyir. Həmçinin inzibati tənbehvermə haqqında qərarın qəbul edilməsinin səbəbi inzibati xətanın həmin hərbi hissədə baş verməsidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin qeydinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə, müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür. İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Qərardan şikayət verən şəxs X2 hərbi qulluqçu olduğundan inzibati xəta haqqında işə məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar