Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-11/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon polis idarəsi tərəfindən tərtib olunmuş 23 noyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 00:05 radələrində Səbail rayonu, Z.Əliyeva küçəsində Şəxs Vaz 2107 markalı AZ **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:05 radələrində dostu X3 ilə birlikdə etibarnamə ilə idarə etdiyi “Vaz 2107 minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəzməyə çıxmışlar, o, avtomobillə Bakı şəhəri, Səbail rayonu Bülbül prospektində sağ ikinci hərəkət zolağı ilə üzü Nefçilər prospekti istiqamətində hərəkətdə olub Bülbül prospekti ilə Z.Əliyeva küçəsinin kəsişdiyi yol ayrıcındakı işiqforun qadağanedici qırmızı işığında keçərkən sol tərəfdən Z.Əliyeva küçəsi ilə gələn “Kia Optika minik” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən qarşısına çıxmış, idarə etdiyi avtomobilin ön hissəsilə həmin avtomobilin sağ qabaq qapı və qanad hissəsinə dəyib toqquşmuşdur. Orada olan insanlar və polis əməkdaşları onlara köməklik göstərmişlər, polis əməkdaşları həmin vaxt TTYS-na zəng edib hadisə barədə məlumat vermişlər, həkim briqadası hadisə yerinə gəlmiş, onu və dostu Xanoğlan Quliyev xəsarət aldıqları üçün xəstəxanaya aparmışlar. O, təhlükəni toqquşma anında hiss etmiş, içkili olmamış, hadisə anidən baş verdiyi üçün qarşısını almaq üçün heç nə edə bilməmişdir. Hadisə ilə əlaqədər heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:05 radələrində tanışı Röyalın idarə etdiyi “Kia Optika minik” markalı 77- FX-148 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonundan üzü Səbail rayonu Malakan bağı istiqamətində hərəkətdə olan zaman Z.Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki işiqforun yaşıl işığında keçmək istəyərkən anidən sağ tərəfdən gələn, yəni Bülbül prospekti ilə üzü Nefçilər prospekti istiqamətində hərəkətdə olan “Vaz 2107 minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə gəlib ön hissəsi ilə onun əyləşdiyi avtomobilin sağ qabaq qapı və qanadına dəyib toqquşmuşdur. Onu Röyal sağ qabaq oturacaqdan çəkib çıxarmışdır. Polis əməkdaşları hadisə barədə məlumat vermişlər, TTYS-nin həkimləri gəlib onu xəstəxanaya aparmışlar. O, sərnişin qismində avtomobilin sağ qabaq oturacağında oturmuş, təhlükəni toqquşma zamanı hiss etmiş, həmin vaxt üstündə olan İpone 13 promaks markalı mobil telefonu yararsız vəziyyətə düşmüşdür. Hazırda ona vurulmuş zərər ödənilmişdir, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-nin vasitəsilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 801-saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxsn qızının bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ diz oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı hahiyyəsininiç səthinin hematoması(əzilməsi),eləcə də, sol aşıq-baldır oynağının iç topuq səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi,o, cümlədən hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər,dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 2/27910 saylı xx.xx.2022-ci il tarixli tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü vət. X4 xx.xx.2022-ci il tarixdə təxminən saat 00:05 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Optika minik” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı ş, Səbail rayonu Zəliyeva küçəsi ilə üzü Azneft dairəsi istiqamətində sağ tərəfdə birinci zolaqla hərəkətdə olub Z.Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən işıqforun yaşıl işığında 40-50 km/saat sürətlə keçən zaman sağ tərəfdən gələn, yəni Bülbül prospekti ilə üzü Nefçilər prospekti istiqamətində hərəkətdə olan sürücü vət.Şəxs etibarnamə əsasında idarə etdiyi “Vaz 2107 minik”markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun qadağanedici qırmızı işığında gəldiyi sürətlə də yol ayrıcına daxil olub ön hissəsi ilə birincinin idarə etdiyi avtomobilin sağ qapaq qapı və qanad hissəsindən dəyib toqquşmuş, hadisə zamanı “Kia Optika minik” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 və sərnişin qismində avtomobildə əyləşən Zərərçəkmiş şəxs “Vaz 2107 minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs və sərnişin qismində avtomobildə olan X1 xəsarət almaları ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən X2 özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, vurulmuş zərəri ödəməsi, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-11/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-11/2023
11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver