Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-11/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5 və 505-ci maddələrinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00800-01113/24 saylı, 04 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3100/012/029732 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən, hüquqi ünvanı AZ1073, Bakı səhəri Səbail rayonu. Mətbuat prospekti, ev 2B, mənzil 37 olan Şəxs Məhdud **********5802 100 kq olan müxtəlif adlı yüklülər müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, lakin Şəxs MMC tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanuna müvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Eyni zamanda, həmin müvəqqəti idxal olunmuş mallar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.5-ci bəndinə əsasən gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında aylıq ödənişlər ödənilməməsi nəticəsində xx.xx.2024-cü il tarixinə idxal rüsumu üzrə - 440,64 AZN, əlavə dəyər vergisi üzrə - 1232.75 AZN, dəbbə pulu üzrə - 610.78 AZN olmaqla, ümumilikdə 1673.39 AZN məbləğində gömrük borcu yaranmışdır. Aparılan araşdırma zamanı, Şəxs nümayəndəsi izahat verməsi üçün xx.xx.2024cü il tarixli 3-33-3100/2- 004629/2024 nömrəli məktubla Təhqiqat şöbəsinə dəvət olunmuş, buna baxmayaraq hüquqi şəxsin hər hansı bir nümayəndəsi Təhqiqat şöbəsinə gəlməmişdir. Bu fakt 3-3-33- 3100/012/029732 nömrəli xx.xx.2024-cü il tarixli raport, xx.xx.2022-cü il tarixli **********5802 nömrəli gömrük bəyannaməsi, xx.xx.2024-cü il tarixli 3-33-3100/2- 004629/2024 nömrəli məktubu və isdə olan digər sənədlərlə tam təsdiq edilir. Nəticədə Şəxs Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5 və 505-ci maddələrndə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş "xxxx" MMC-nin nümatyəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi vardır. Bu əməllər iş materiallarında olan, 28 dekabr 2023-cü il tarixli **********6730 sorğu nömrəli gömrük bəyannaməsi, 26 dekabr 2023-cü il tarixli 128 nömrəli invoys sənədi, 19 may 2023-cü il tarixli 08/23E nömrəli müqavilə, 25 dekabr 2023-cü il tarixli ərizə, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokol və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Belə ki, iş materiallarından görünür ki, X2 Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3100/012/029732 nömrəli 04 noyabr 2024cü il tarixli raporta əsasən, hüquqi ünvanı AZ1073, Bakı səhəri Səbail rayonu. Mətbuat prospekti, ev 2B, mənzil 37 olan Şəxs Məhdud **********5802 100 kq olan müxtəlif adlı yüklülər müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, lakin Şəxs MMC tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanuna müvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Nəticədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə məsuliyyət yaradan inzibati xəta hadisəsini törətmişdir. Həmçinin həmin müvəqqəti idxal olunmuş mallar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.5-ci bəndinə əsasən gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında aylıq ödənişlər ödənilməməsi nəticəsində xx.xx.2024-cü il tarixinə idxal rüsumu üzrə - 440,64 AZN, əlavə dəyər vergisi üzrə - 1232.75 AZN, dəbbə pulu üzrə - 610.78 AZN olmaqla, ümumilikdə 1673.39 AZN məbləğində gömrük borcu yaranmışdır. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə məsuliyyət yaradan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta ilə bağlı araşdırmı düzgün aparılmış, “Gömrük Tarifi haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə əməl edilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci və 505-ci maddələrinin tərkibinin olmasını nəzərə alaraq hesab edir ki, ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin sanksiyası həddində, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin yəni, 1673.39 (min altı yüz yetmiş üç) AZN məbləğinin yetmiş faizi həcmində yəni 1171 (min yüz yetmiş bir) AZN məbləğində cərimə növündə tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs MMC barəsində yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin sanksiyası həddində, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin yəni, 1673.39 (min altı yüz yetmiş üç) AZN məbləğinin yetmiş faizi həcmində yəni 1171 (min yüz yetmiş bir) AZN məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-11/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-11/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver