Məhkəmə qərarları › İş №3(009)-1102/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1102/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1102/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, Səbail Rayon İcra Şöbəsinin icra məmuru Aslan Astanovun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru Aslan Astanov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş MN №1475647 saylı inzibati xəta haqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavəyə əsasən, Bakı Apellyasiya məhkəməsinin 2(103)- 12074/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Bakı Apellyasiya məhkəməsinin 2(103)-12074/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə qızından 9266,67 manat borc məbləği tutularaq X1 xeyrinə ödənilməsi qərara alınmışdır. Səbail rayon məhkəməsinin 2(009)- 1108/2020-008 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 38030 manat borc məbləği tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Səbail rayon məhkəmıəsinin 2(009)-2868/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 2269 manat borc məbləği tutularaq tələbkar ABC Telecom MMC-nin xeyrinə ödənilməlidir. Səbail rayon məhkəməsinin 2(009)-3754/2019-008 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs 2996 manat borc məbləği tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Səbail rayon məhkəməsinin 3(009)-1211/2022-003 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 600 manat inzibati cərimə məbləği tutulmalıdır. Bakı Apellyasiya məhkəmıəsinin 3(103)-287/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 500 manat inzibati cərimə məbləği tutulmalıdır. İcra sənədləri xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2021-ci il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Şəxs icra sənədində göstərilən ü n v a n 3 ünvanına göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Həmçinin bildirilir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat Səbail rayon məhkəməsinə göndərilmiş, Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(009)- 19/2022 saylı qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu xx.xx.2021-ci il tarixdə şöbəyə yaxınlaşaraq, izahatında səhhətində problemlərin yarandığından tələbkarın hesabına ödəniş edə bilməyəcəyini bildirmişdir. xx.xx.2021ci il tarixdə borclu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Səbail rayon məhkəməsinə göndərilmişdir. Səbail rayon məhkəməsinin 3(009)-2376/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən borclu Şəxs barəsində tərtib edilmiş protokola xitam verilmiş, həmin qərardaddan tələbkar X7 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-287/2022 saylı qərardadına əsasən borclu barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri seçilmişdir. İcra məmurunun qanuni tələbini yerinə yetirməyərək çağırış üzrə gəlməkdən yayınan borclu barəsində təqdimatla məhkəməyə müraciət edilmiş və borclunun məcburi gətirilməsinə dair məhkəməninin 8(009)- 144/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qəbul edilmişdir. Borclu məcburi qaydada şöbəyə gətirildikdən sonra o izahatında borc məbləğindən 700 manat ödəniş etdiyini bildirirərək borcun tam olaraq ödənilməsini təmin edə bilmədiyini qeyd etmişdir. Borclu barəsində yenidən inzbati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 8(009)-1211/2022 saylı qərarı ilə borclu barəsində 600 manat inzibati cərimə növündə tənbeh tədbiri seçilmiş, həmin qərardaddan borclu Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2205/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. xx.xx.2022-ci il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsinə borcluya hesablanan əmək haqqı məbləğindən aparılan tutulmalar barədə sorğu ünvanlanmış, xx.xx.2023-cü il tarixli məktuba əsasən onun 396.67 manat əmək haqqı aldığı müəyyən edilmişdir. Borclu barəsində şöbəninin icraatında olan digər icra sənədləri də mövcuddur ki, həmin icra sənədləri üzrə tələbkar X5 ödənilməli olan 2996 manat pul vəsaitindən qismən ödənişlər edilsə də, digər icra sənədi üzrə tələbkar X4 ödənilməli olan 38030 manat vəsaitdən heç bir ödəniş olunmamış icra sənədi müvafiq tutulmaların həyata keçirilməsi məqsədilə borclunun iş yerinə göndərilmişdir. “Bank of Baku" və “ABC Telekom’un tələbkar olduğu icra sənədləri və inzibati cərimə məbləğlərinin ödənilməsinə dair icra sənədləri də tutulma aparılması məqsədilə borclunun iş yerinə göndərilmişdir. Bundan əlavə, Səbail rayon məhkəməsinin 2(009)-1108/2020-008 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs barəsində “məcburi qaydada gətirilməsi” ilə bağlı təqdimatla Səbail rayon məhkəməsinə müraciət edilmiş, təqdimat təmin edilmiş və Səbail rayon məhkəməsinin 8(009)- 41/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə Səbail RPİ-nə göndərilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş, borclu izahatında həmin icra işi üzrə əmək haqqında tutulma aparıldığını, əlavə olaraq hazırda ödəniş edə bilməyəcəyini, gələcəkdə maddi imkanı yol verdiyi halda əlavə ödənişlər edəcəyini, icra məmurunun çağırışı üzrə şöbəyə gələ bilməməsini səhhətində yaranmış problemlərlə bağlı olduğunu bildirmişdir. Nəticədə borclu Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail rayon İcra şöbəsinin icra məmuru Aslan Astanov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmişdir. A.Astanov həmçinin göstərmişdir ki, əvvəllər borclu işləsə də, tələbi onun əmək haqqına yönəldə bilməmişdir, çünki borclunun başqa öhdəliyi olmuşdur, əmək haqqının 50 faizinə yönəltmə mövcud olmuşdur. Artıq 3 aydır ki, əmək haqqının 25 faizinə yönəltmə edir. Borcdan əvvəl 700, əmək haqqıdan 300 manat cəmi 1000 manat ödəniş edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, həmin icra işi üzrə əmək haqqında tutulma aparılır, gələn ay 4000 manat birdəfəyə ödəniş etmək niyyətindədir, belə ki, lotareya oyunu nəticəsində həmin pulu əldə edəcəkdir. Yerdə qalan məbləği növbəti aylarda ödəyəcəkdir. Məhkəmə iclasında izahatı alınmış icra sənədi üzrə tələbkar X7 göstərmişdir ki, artıq uzun müddətdir ki, borclu pulu ödəmir, onun dediklərinə, onun tərəfindən hər hansı ödəniş ediləcəyinə inanmır. Hazırki vaxtadək cəmi 1000 manat ödəniş olmuşdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədi üzrə tələbkara olan borcu icra məmuru tərəfindən qəbul edilmiş qərarla əmək haqqısının 25 faiz həcminə yönəldilmişdir. Bundan başqa borclu nağd olaraq 700 manat məbləğində pulu tələbkara ödəmişdir. Borclu 1 ay müddətində 4000 manat birdəfəyə öddəniş həyata keçirəcəyini, növbəti aylarda isə yerdə qalan məbləği ödəyəcəyinin öhdəsinə götürmüşdür Tələbkar isə ödənişin hamısının birdəfəyə ödənilməsini tələb edir. Belə olan halda, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində hazırki baxılan iş üzrə inzibati xəta tərkibi mövcud deyil. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Hazırda o, borcun bir hissəsini ödəmişdir, yerdə qalan məbləği hissə-hissə iri məbləğlərlə ödənişlər həyata keçirməklə üzərinə öhdəlik götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanmış inzibati icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar