Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1102/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 aprel 2024-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 23 aprel 2024-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 08 aprel 2024-cü il tarixdə Səbail rayonu, Salyan şosesi 12 ünvanında Şəxs MMC-nin ərazisində qazıntı işləri zamanı yaranan tullantıların yaxınlıqdakı əraziyə boşaldılaraq qalaqlanmasına görə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu ərazisində xidməti nəzarət tədbirləri zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən qazıntı işləri aparılmış və qazıntı zamanı əmələ gələn süxurlar ekoloji tələblər gözlənilmədən yaxınlıqdakı əraziyə boşaldılmışdır. Həmin ərazinin mülkiyyətçisinin X5 olduğu müəyyən edilmişdir. X5 ərizə ilə müraciət edərək bildirmişdir ki, Şəxs MMC-dən gələn qum və daşların onun mülkiyyətində olan torpaq sahəsinə boşaldılmasına icazə verib. Nəticədə müəyyən olunmuş faktlar əsasında 23 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokoldan razı deyil. Belə ki, Şəxs MMC-ə məxsus xüsusi torpaq sahəsində heç bir qazıntı işləri getmir. Təqdim edilən fotoşəkillərdən görünür ki, həmin ərazidə qanunsuz tikili var idi və o sökülmüşdür. Həmin sökülən qum, daşlar faktiki olaraq şirkətə məxsus digər torpaq sahəsinə yerləşdirilmişdir. Belə ki, həmin torpaq sahəsinin mülkiyyətçisi X5 Şəxs MMC-nin şərikidir və qum, daşların ərazisinə boşaldılmasına icazə vermişdir. Qeyd olunanlardan görünür ki, ərazidə hər hansısa bir pozuntuya yol verilməmişdir və qazıntı yox söküntü aparılmışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 aprel 2024-cü il tarixdə tərtib edilmiş 150 saylı monitorinq aktına əsasən keçirilən reyd zamanı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında Şəxs MMC tərəfindən qazıntı işlərinin aparıldığı və qazıntı işləri zamanı əmələ gələn süxurun yaxınlıqdakı əraziyə ekoloji tələblər gözlənilmədən boşaldıldığı müəyyən edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları sözügedən ünvanda araşdırma aparılmış və həmin aparılmış qazıntı qalıqlarının qalaqlanması qaydalarının pozulması faktı öz təsdiqini tapmışdır. İş materiallarda olan ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanının xüsusi mülkiyyətçisi X3r. İş materiallarda olan Xasay Xanlarovun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs MMC-dən götürülmüş torpaq və qumun özünə məxsus torpaq sahəsinə gətirilməsinə icazə verir. İş materiallarda olan X4 Agentliyinin 15 avqust 2022-ci il tarixli ekoloji ekspertiza rəyində layihə ilə əlaqədar ekoloji tələblər qeyd edilmişdir. İş materiallarda olan 08 sentyabr 2022-ci il tarixli ekoloji pasportla Şəxs MMC-nin ətraf mühitin mühafizəsi və qorunması məsələləri qeyd edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 23 aprel 2024-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən 08 aprel 2024-cü il tarixdə Səbail rayonu, Salyan şosesi 12 ünvanında Şəxs MMC-nin ərazisində qazıntı işləri zamanı yaranan tullantıların yaxınlıqdakı əraziyə boşaldılaraq qalaqlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 22 aprel 2024-cü il tarixdə keçirilən reyd zamanı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 12 ünvanında Şəxs MMC tərəfindən qazıntı işlərinin aparıldığı və qazıntı işləri zamanı əmələ gələn süxurun yaxınlıqdakı əraziyə ekoloji tələblər gözlənilmədən boşaldıldığı müəyyən edilmiş və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə həmin qalantıların söküntü nəticəsində əmələ gəldiyini bildirsə də, fotoşəkillərdən aydın olur ki, həmin qalantılar qazıntı zamanı əmələ gəlmişdir. Həmçinin qalıntıların başqa ərzaziyə daşınması ekoloji tələblərin pozuntusuna səbəb olmuşdur. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdirilməsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə görə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır.Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X1 Komitəsi və Səhiyyə Nazirliyi) müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır. Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər.Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X1 Komitəsi və Səhiyyə Nazirliyi) tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115, 128-130, 271-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 6500 (altı min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1102/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1102/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver