Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1104/2022 04.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 00:00 radələrində Səbail rayonu, 20-ci sahə “Araz” marketin yaxınlığında polisin qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X3 tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, toydan evə qayıdarkən, aptekin qarşısında saxlayıb, oğlu dərman almaq üçün avtomobildən düşmüşdür. Təxmini 10-12 dəqiqə avtomobildə onu gözləmişlər. O gəldikdən sonra, avtomobil hərəkətə düşən zaman, YPX əməkdaşı ona yaxınlaşaraq saxlamışdır. O həyat yoldaşı ilə birlikdə arxada əyləşdiyi üçün yaxınlaşanın polis əməkdaşı olduğunu belə bilmirdi. Oğlunu avtomobildən kənara dəvət etdiyi üçün oğlu avtomobildən düşmüşdür. Təxmini 10 dəqiqə keçsə də oğlu geri qayıtmamışdır. Bu zaman avtomobildən düşərək, nə olduğunu soruşmuşdur. Avtomobildən düşərkən, sakit şəkildə deyil, aqressiv şəkildə düşmüşdür. 10 dəqiqə aptekin qarşısında, daha sonra 10 dəqiqə orada gözlədiyinə görə əsəbi olmuşdur. Ürəyində problem olduğunu görə, 2-ci dərəcəli əlilliyi olduğunu, bununla bağlı bir neçə dəfə xəstəxanada yatdığını bildirmişdir. İlk dəfə əlilliyi bir illik verilmişdir. Növbəti dəfə müraciət etdikdə isə xəstəxanada yatmadığından, əlavə müalicəyə ehtiyacı olduğundan imtina edilmişdir. Göstərilənlərə əsasən, barəsində yüngül cəza növünün seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti baş inspektoru polis kapitanı X2 bildirmişdir ki, saat 00:00 radələrində manevr qaydalarını pozduğuna görə Mercedes markalı avtomobili saxlamış, özünü təqdim edərək, sürücünün içkili olub-olmadığını yoxlamaq istəmişdir. Lakin, Şəxs avtomobildən düşərək, onun ünvanına əxlaqsız ifadələr söyləmişdir. Küçə söyüşləri söyərək üzərinə hücum etmişdir. Bu zaman yaxındakı naryadları hadisə yerinə çağırmışdır. Növbətçi hissədə isə o ona kəllə atmışdır, qolunu dişləmişdir. Belə insanlar çox ciddi şəkildə cəzalandırılmalıdır. Bu insan nə ictimai yerdə, nə də polis bölməsində özünü apara bilmir. Oğlu atasının içkili olduğunu desə də, o ayıldıqdan sonra belə üzr istəməmişdir. O daha öncə də, 535.1-ci maddə ilə məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və diskdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 00:00 radələrində Səbail rayonu, 20-ci sahə “Araz” marketin yaxınlığında “”Mercedes” markalı **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobil polis əməkdaşları tərəfindən saxlanılmış, sərnişin kimi avtomobildə olan Şəxs polisə nalayiq ifadələr işlədərək xidmətə mane olmuş və polisin tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, məsuliyyəti ağırlaşdıran halın və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də nalayiq ifadələr işlədərkən xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, polisin iş fəaliyyətini pozmasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətlidir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 04 iyul 2022-ci il 00:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Məntəqəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1104/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1104/2022
04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver