Məhkəmə qərarları › İş №3(009)-1108/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1108/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1108/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, “Şəxs” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Şəxs” MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 08 may 2021-ci il tarixli 00100-0440/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Şəxs” MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Şəxs” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “İpək yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "Şəxs" MMC-nin adına QXR-dan 37AA327/37AA328 nömrə nişanlı avtomaşının üzərində olan EMCU9755350 nömrəli konteynerdə daxil olmuş və f/ş X1 adına **********6967 saylı GB ilə bəyan edilmiş yüklərə gömrük yoxlaması keçirilən zaman, GB-nin 12-ci mal mövqeyində bəyan olunan Çin istehsalı mühərrikli nəqliyyat vasitələrinin ehtiyyat hissələri- Starter 3 ədəd (10.8 kq ) bəyan edildiyi halda, faktiki 336 ədəd , yəni 333 ədəd (1848 kq) artıq olduğu aşkar edilmişdir. İş materiallarında olan 08 may 2021-ci il tarixli 00100-0440/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "Şəxs" MMC (VÖEN 1********) Azərbaycan Respublikasına Çin Xalq Respublikasından EMCU ******* nömrəli konteynerc idxal edilmiş, 0108R0612 nömrəli 08.01.2021-ci il tarixli invovs sənədinin müşayiəti ilə daşınan və Azərbaycan Respublikasına gətirildikdən sonra Bakı Bas Gömrük İdarəsində ayrı-ayrı fizi şəxslər tərəfindən 25 fevral 2021ci il tarixdə **********6981 nömrəli. **********6977 nömrəli, **********6970 nömrəli, **********6973 nömrəli, **********6978 nömrə **********6976 nömrəli, **********6975 nömrəli, **********6979 nömrə **********6969 nömrəli, **********6966 nömrəli, **********6967 nömrəli Gömrük bəyannamələri ilə bəyan edilmiş mallar gömrük ərazisinə qətirilməzdən əvvəl **********2827 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə 19 487 kq çəkidə bütün malları bəyan etmiş, yüklər arasında olan ümumi bazar qiyməti 19980 manat təşkil edən 333 ədəd CXR-də istehsal olunan starter yükünə görə ödənilməli olan 1840,50 manat idxal rüsumu, 2539,90 manat X4 ibarət olmaqla ümumilikdə az miqdarda 4380,40 manat gömrük ödənişlərin ödənilməsindən yayınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 30 aprel 2021-ci il tarixli 9/1415 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş ÇXR-da istehsal olunmuş, markalanma göstəricisi olmayan avtomobil starterlərinin 1 ədədinin 20.02.2021-ci il tarixə orta bazar qiyməti təxminən 60,00 manat, 333 ədədinin qiyməti isə 19980,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 31.05.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, "Şəxs" MMC tərəfindən Çindən 333,00 ədəd avtomobil ehtiyyat hissələri olan starterlər ölkə ərazisinə idxal edilmişdir. İşə əlavə edilmiş 31.05.2021-ci il tarixli “xxxx” ASC-yə məxsus mədaxil orderindən görünür ki, "Şəxs" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinin hesabına 4700 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən isə Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hazırki işdən görünür ki, "Şəxs" MMC ilk dəfə olaraq az miqdarda inzibati xəta törətmiş və törətmiş olduğu xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. İş materiallarından görünür ki, "Şəxs" MMC tərəfindən əvvəllər İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş xəta törədilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokolla müəyyən edilir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "Şəxs" MMC İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, lakin vurulmuş ziyanı ödədiyindən inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməli, məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs "Şəxs" MMC tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "Şəxs" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. "Şəxs" MMC tərəfindən vurulmuş 4380,4 (dörd min üç yüz səksən manat qırx qəpik) manat məbləğində ziyan ödənildiyindən inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında üzrə icraata xitam verilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat "Şəxs" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar