Məhkəmə qərarları › İş №3(009)-1109/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1109/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1109/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 may 2021-ci il tarixli, 00100- 0656/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 08 may 2021-ci il tarixli, 00100-0656/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 “Şəxs" MMC-nin adına 16B27910/16B28010 nömrəli yük avtomaşının üzərinə qovulmuş TCKU9371370 nömrəli konteynerdə 008-933 saylı 11.02.2021-ci il tarixli invoysa əsasən idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********7255 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə 18.03.2021-ci il tarixdə İpək Yolu gömrük terminalında baxış keçirilən zaman GBnin 1-ci mal mövqeyində bəyan edilmiş 50 ədəd “istismar olunmuş mühərriklər” yükünün faktiki olaraq 43 ədəd olduğu, yəni, bəyan edilmiş 7 ədəd istehsal ili 1996-2002-ci illər üçün nəzərdə tutulmuş mühərriklərin faktiki olaraq aşkar edilmədiyi, həmçinin, GB-nin 3-cü mal mövqeyində bəyan edilmiş 38 ədəd “nose cut - maşının ön hissəsi 1996-2002 yüklərinin 43 ədəd olduğu, yəni 5 ədəd müxtəlif markalı avtomobillər üçün nəzərdə tutulmuş mühərriksiz ön hissə yüklərinin artıq olduğu, eyni zamanda yük yerindən gömrük orqanına bəyan olunmayan 2 ədəd “Chevrolet Malibu” markalı avtomobillər üçün nəzərəd tutulmuş radiator barmaqlığı, 3 ədəd “Chevrolet Malibu” markalı avtomobillər üçün nəzərdə tutulmuş ön fara, 2 ədəd “Chevrolet Malibu” markalı avtomobillər üçün nəzərəd tutulmuş ön duman əleyhinə fara, 3 ədəd “Toyota camry 2016” markalı avtomobillər üçün nəzərəd tutulmuş ön fara, 1 ədəd “Mercedes Benz” markalı avtomobillər üçün nəzərdə tutulmuş ön fara, həmçinin, “Hyundai və Kia” markalı avtomobillər üçün nəzərdə tutulmuş 2 ədəd əyləc diski, 2 ədəd amortizator, 2 ədəd stupitsa, 16 ədəd əyləc bəndi, 6 ədəd saravov, 3 ədəd əyləc çaskası yükləri aşkar edilmişdir. Araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan malların hər birinin ayrı-ayrılıqda və ümumilikdə 18.03.2021-ci il tarixə orta bazar qiymətinin öyrənilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/004- 22/002156 saylı 02.04.2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş, həmin Mərkəzin 9/1971 nömrəli 06.05.2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş gömrük orqanına düzgün bəyan olunmayan malların dəyərinin 4000,00 manat, bəyan olunmayan malların dəyərinin 2100,00 manat olduğu, beləliklə, ümumilikdə 12 adda müxtəlif avtomobillərə məxsus hissələrin 18.03.2021-ci il tarixə orta bazar qiymətinin təxminən 6100,00 manat olduğu müəyyən edilmişdir. Buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X4 inzibati xətanı etiraf edib, gələcəkdə bu kimi hallara yol verməyəcəklərini bildirib iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İpək Yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş 31 mart 2021-ci il tarixli raportdan görünür ki, X1 Şəxs MMC-nin adına 16B27910/16B28010 nömrəli yük avtomaşının üzərinə qoyulmuş TCKU9371370 nömrəli konteynerdə 008-933 saylı 11.02.2021-ci il tarixli invoysa əsasən idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********7255 saylı GB ilə bəyan edilmiş yüklərə 18.03.2021-ci il tarixdə İpək Yolu gömrük terminalında baxış keçirilən zaman GB-nin 1 -ci mal mövqeyində bəyan edilmiş 50 ədəd “istismar olunmuş mühərriklər” yükünün faktiki olaraq 43 ədəd olduğu, yəni, bəyan edilmiş 7 ədəd istehsal ili 1996-2002-ci illər üçün nəzərdə tutulmuş mühərriklərin faktiki olaraq aşkar edilmədiyi, həmçinin, GB-nin 3-cü mal mövqeyində bəyan edilmiş 38 ədəd “nose cut - maşının ön hissəsi 1996-2002” yüklərinin 43 ədəd olduğu, yəni 5 ədəd müxtəlif markalı avtomobillər üçün nəzərdə tutulmuş mühərriksiz ön hissə yüklərinin artıq olduğu, eyni zamanda yük yerindən gömrük orqanına bəyan olunmayan 2 ədəd “Chevrolet Malibu” markalı avtomobillər üçün nəzərəd tutulmuş radiator barmaqlığı, 3 ədəd “Chevrolet Malibu” markalı avtomobillər üçün nəzərdə tutulmuş ön fara, 2 ədəd “Chevrolet Malibu” markalı avtomobillər üçün nəzərəd tutulmuş ön duman əleyhinə fara, 3 ədəd “Toyota camry 2016” markalı avtomobillər üçün nəzərəd tutulmuş ön fara, 1 ədəd “Mercedes Benz” markalı avtomobillər üçün nəzərdə tutulmuş ön fara, həmçinin, “Hyundai və Kia” markalı avtomobillər üçün nəzərdə tutulmuş 2 ədəd əyləc diski, 2 ədəd amortizator, 2 ədəd stupitsa, 16 ədəd əyləc bəndi, 6 ədəd şaravoy, 3 ədəd əyləc çaşkası yükləri aşkar edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 06 may 2021-ci il tarixli 9/1971 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 12 adda əşyaların ümumilikdə 18.03.2021-ci il tarixə orta bazar qiyməti təxminən 6100,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 18.03.2021-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, yoxlama zamanı 16B27910/16B28010 nömrəli yük avtomaşının üzərinə qovulmuş TCKU9371370 nömrəli konteynerdə 008-933 saylı 11.02.2021-ci il tarixli invoysa əsasən idxal edilmiş və Bakı Bas Gömrük İdarəsində **********7255 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə 18.03.2021-ci il tarixdə İpək Yolu gömrük terminalında baxış keçirilən zaman GB-nin 1-ci mal mövqeyində bəyan edilmiş 50 ədəd “istismar olunmuş mühərriklər” yükünün faktiki olaraq 43 ədəd olduğu, yəni, bəyan edilmiş 7 ədəd istehsal ili 1996-2002-ci illər üçün nəzərdə tutulmuş mühərriklərin faktiki olaraq aşkar edilmədiyi, həmçinin, GB-nin 3-cü mal mövqeyində bəyan edilmiş 38 ədəd “nose cut - maşının ön hissəsi 1996-2002 yüklərinin 43 ədəd olduğu, yəni 5 ədəd müxtəlif markalı avtomobillər üçün nəzərdə tutulmuş mühərriksiz ön hissə yüklərinin artıq olduğu, eyni zamanda yük yerindən gömrük orqanına bəyan olunmayan 2 ədəd “Chevrolet Malibu” markalı avtomobillər üçün nəzərəd tutulmuş radiator barmaqlığı, 3 ədəd “Chevrolet Malibu” markalı avtomobillər üçün nəzərdə tutulmuş ön fara, 2 ədəd “Chevrolet Malibu” markalı avtomobillər üçün nəzərəd tutulmuş ön duman əleyhinə fara, 3 ədəd “Toyota camry 2016” markalı avtomobillər üçün nəzərəd tutulmuş ön fara, 1 ədəd “Mercedes Benz” markalı avtomobillər üçün nəzərdə tutulmuş ön fara, həmçinin, “Hyundai və Kia” markalı avtomobillər üçün nəzərdə tutulmuş 2 ədəd əyləc diski, 2 ədəd amortizator, 2 ədəd stupitsa, 16 ədəd əyləc bəndi, 6 ədəd saravov, 3 ədəd əyləc çaskası yükləri aşkar edilmişdir. İş materiallarında olan 15.03.2021-ci il tarixli **********7255 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 50,00 ədəd istismar olunmuş mühərriklər ölkə ərazisinə idxal edilmişdir. Həmçinin həmin bəyannaməyə əlavələrdən görünür ki, 3920,00 kq ötürücü qutular, 2080,00 kq mühərrikli nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar, 90,00 kq plastmastan məmulatlar, 2800,00 kq asma sistemləri və onların hissələri, 208,00 kq sükan çarxlarının hissələri, 6,00 ədəd mühərrikli nəqliyyat vasitələrində istifadə olunan oturacaqlar, 40,00 kq bamperlər və onların hissələri, 10,00 kq dəyişdirici açarlar, 4,00 ədəd işıqlandırıcı və ya vizual siqnalizasiya cihazları, 360,00 kq qara metallardan məmulatlar, 218,00 kq hərəkət təkərləri, onların hissələri və ləvazimatları, 20,00 ədəd elektrik mühərrikli ventilyartorlar, 27,00 kq nəqliyyat vasitələri üçün arxa görünüş güzgüləri, 1,00 ədəd mühərrikli nəqliyyat vasitələrində istifadə ounan səsləndirici, 3,00 ədəd yanacaq nasosları, 160,00 kq mühərrikli nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar, 5,00 kq bamperlər və onların hissələri, 7,00 ədəd mühərrikli nəqliyyat vasitələri üçün lampalar, 15,00 kq baçperlər və onların hissələri, 55,00 kq mühərrikli nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar, 25,00 kq mühərrikli nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar, 10,00 kq bamperlər və onların hissələri, 160,00 kq asma sistemləri və onların hissələri, 12,00 ədəd yeni prevmatik rezin şinlər və 4,00 ədəd minik avtomobilləri üçün bərpa edilmiş şinlər ölkə ərazisinə idxal edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan xətanın bolavasitə predmeti olan malların ümumi dəyəri 2100 manat, İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan xətanın bolavasitə predmeti olan malların ümumi dəyəri 4000 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan 4000 manat gömrük ödənişlərinin məbləğinin 40 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc Şəxs MMC tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 55, 114-115, 482.1 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin. Şəxs MMC hüquqi şəxs qismində ödənilməli olan 4000 ( dörd min ) manat gömrük ödənişlərinin məbləğinin 40 faizi məbləğdə, yəni 1600 manat (bir min altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar