Məhkəmə qərarları › İş №3(009)-1110/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1110/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1110/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2-ci və 505ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1, 482.2-ci və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 05 may 2021-ci il tarixli 00100-0616/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikasına 69A37710/69A37810 nömrə nişanlı yük avtomobilinə yüklənilmiş vəziyyətdə gətirilmiş, Çin Xalq Respublikasından TRLU ******* nömrəli konteynerdə HT 20201218 nömrəli 18.12.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə idxal etdiyi yükləri 12 mart 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5393 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən gömrük rəsmiləşdirilməsi üçün ayrılmış xüsusi yer hesab edilən Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km ünvanda yerləşən inzibati binasında 1-ci mal mövqeyində ümumi dəyəri 15 000 manat təşkil edən 1000 ədəd “Wolf Max” markalı WM- 5017 modelli saç qırxan maşını qayçı kimi və ümumi gömrük dəyəri 3757 manat məbləğində bəyan etməklə həmin saç qırxan maşınları, 3 və 4-cü mal mövqeyində bəyan etdiyi 840 ədəd elektrikli mikser (coper/hand blender), 912 ədəd Qəhvə üyüdən/mikser (Coffe Grinder/Hand Blender) yüklərində qəhvə üyüdən, doğrama maşını, blender yükünün sayını faktiki aşkar edilən saya uyğun bəyan etsə də, elektrikli mikserlərin sayı faktiki olaraq 836 ədəd sayda olsa da, 672 ədəd sayda qeyd edərək bəyan edilməmiş hissəsinin ümumi dəyəri 2460 manat təşkil edən 164 ədəd “Heager” markalı “6633” modelli mikseri, 7-ci mal mövqeyində elektrikli ütü yükünün faktiki sayı 2658 ədəd olsa da, 2096 ədəd sayda qeyd edərək, bəyan edilməmiş hissəsinin ümumi dəyəri 13200 manat təşkil edən 444 ədəd “Elif Eİ-616” markalı və ümumi dəyəri 3540 manat təşkil edən 118 ədəd “Heager 1269” markalı ütüləri, 8-ci mal mövqeyində qoz-pendir rəndəsinin faktiki sayı 1530 ədəd olsa da, 1500 ədəd sayda qeyd edərək, bəyan edilməmiş hissəsinin ümumi dəyəri 150 manat təşkil edən 30 ədəd “Pelitte” markalı qoz rəndəsindən ibarət olmaqla ümumilikdə az miqdarda - 34 350 manat dəyərində olan malları düzgün bəyan etməmiş və yüklərin arasında olsa da, bəyannamədə qeyd olunmayan ümumi dəyəri az miqdarda, 4800 manat dəyərində olan 120 ədəd “Haeger HG 2805” markalı şirə çəkən mətbəx avadanlığını bəyan etməmiş, düzgün bəyan edilmiş mallardan 7-ci mal mövqeyindəki ütülərdən “Heager 1269” markalı ütülərin düzgün bəyan edilmiş hissəsi istisna olmaqla, qalan hissəsi buxar ütüsü olsa da, dəmir ütü kimi təsvir etdiyinə və 3 və 4-cü mal mövqelərində qeyd olunan malların gömrük dəyərini düzgün ifadə etmədiyinə görə əlavə ödənilməli olan 1121,60 manat idxal rüsumu, 1547,80 manat əlavə dəyər vergisindən ibarət olmaqla ümumilikdə, az miqdarda 2669,40 manat gömrükg ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2-ci və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1, 482.2-ci və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "Şəxs" MMC-nin ünvanına ÇXR-dan 69A37710/69A37810 nömrə nişanlı avtomaşının üzərində olan TRLU7355463 nömrəli konteynerdə HT20201218 saylı 18.12.2020 il tarixli invoysa əsasən daxil olmuş və **********5393 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması nəticəsində GB-nin 1- ci mal mövqeyində 1000 ədəd Saç kəsmək üçün qayçı bəyan edildiyi halda, faktiki olaraq eyni sayda üzərindəki göstəriciyə əsasən Almaniya istehsalı qeyd edildiyi Wolf markalı saç qırxan maşın, 3-cü və 4-cü mal mövqelərində müvafiq olaraq 840 ədəd elektrikli mikser (marka: coper/hand blender) və 912 ədəd qəhvə üyüdən/mikser (marka: Coffe Grender/Hand blender) bəyan edildiyi halda, faktiki olaraq 180 ədəd “Elif El 602 all coper” markalı doğrama mətbəx avadanlığı, 120 ədəd “Haeger HG 7006 coper” markalı doğrama mətbəx avadanlığı, 120 ədəd “Haeger HG 7005 coper” markalı doğrama mətbəx avadanlığı, 180 ədəd “Elif Eİ609” markalı blender, 120 ədəd “Elif EL600 1100 W” markalı blender, 100 ədəd “Haeger 6629” markalı mikser, 64 ədəd “Haeger 6658” markalı mikser, 200 ədəd “Haeger 6633” markalı mikser,220 ədəd “Haeger HC 66” markalı mikser, 180 ədəd “Elif El 610” markalı mikser, 12 ədəd “Elif EL557” markalı mikser, 60 ədəd “Elif EK527” markalı mikser, 240 ədəd “Geepas” markalı kofe üyüdən, 120 ədəd “Elif’ markalı kofe üyüdən, 7-ci mal mövqeyində 2096 ədəd elektrikli ütü bəyan edildiyi halda, faktiki olaraq 444 ədəd “Elif EL-616” markalı buxar ütüsü, 240 ədəd “Elif EL-614” markalı dəmir ütü, 160 ədəd “Elif EL-615” markalı dəmir ütü, 102 ədəd “Elif EL-617” markalı dəmir ütü, 150 ədəd “Simbo SSİ 280” markalı dəmir ütü, 100 ədəd “Simbo KVV-2464” markalı dəmir ütü, 192 ədəd "Simbo SS 8827” markalı dəmir ütü, 30 ədəd “Sinbo SSİ-2888” markalı dəmir ütü, 110 ədəd “Sinbo Sim 2888” markalı dəmir ütü, 240 ədəd “Haeger 1269” markalı buxar ütüsü, 100 ədəd “Haeger HG1215” markalı dəmir ütü, 180 ədəd “Haeger 1212- E” markalı dəmir ütü, 100 ədəd “Haeger 1294” markalı dəmir ütü, 90 ədəd “Haeger 1209” markalı dəmir ütü, 120 ədəd “Haeger 1234” markalı dəmir ütü, 300 ədəd “Nikai” markalı dəmir ütüdən ibarət olmaqla 2658 ədəd ütü mövcud olduğu, 8-ci mal mövqeyində 1500 ədəd qoz- pendir rəndəsi bəyan edildiyi halda, faktiki olaraq 1530 ədəd sayda olduğu, yəni 30 ədəd “Pelitte” markalı qoz rəndəsinin bəyan edilmədiyi, Bəyannamənin 11-ci mal mövqeyində 2400 ədəd bıçaq, 12-ci mal mövqeyində 300 ədəd bıçaq itiləyən bəyan edildiyi halda, faktiki olaraq 300 ədəd bıçaq və 2400 ədəd bıçaq itiləyən olduğu, bundan başqa, yüklərin arasında olsa da, mal müşayiət sənədləri və gömrük bəyannaməsində qeyd olunmayan 120 ədəd “Haeger HG 2805” markalı şirə çəkən mətbəx avadanlığı aşkar edilmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan nəqliyyat vasitəsinin yoxlanılması və götürmə aparılması haqqında 18.03.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Salyan şossesi 14-cü km ünvanda yerləşən Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 2-ci anbarında Az4431, Masallı ray., Musa küçə ünvanda qeydiyyatda olan "Şəxs" MMC- nin ünvanına ÇXR-dan 69A37710/69A37810 nömrə nişanlı avtomaşının üzərində olan TRLU7355463 nömrəli konteynerdə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********5393 sorğu nömrəli GB ilə bəyan edilmiş yer sayı 867, çəkisi 17390 kq olan yükə gömrük yoxlaması keçirildi. Yoxlama nəticəsində müəyyən edildi ki, "Şəxs" MMC-nin ünvanına ÇXR-dan 69A37710/69A37810 nömrə nişanlı avtomaşının üzərində olan TRLU7355463 nömrəli konteynerdə HT20201218 saylı 18.12.2020 il tarixli invoysa əsasən daxil olmuş və **********5393 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması nəticəsində GB-nin 1-ci mal mövqeyində 1000 ədəd Saç kəsmək üçün qayçı bəyan edildiyi halda, faktiki olaraq eyni sayda üzərindəki göstəriciyə əsasən Almaniya istehsalı qeyd edildiyi Wolf markalı saç qırxan maşın, 3- cü və 4-cü mal mövqelərində müvafiq olaraq 840 ədəd elektrikli mikser (marka: coper/hand blender) və 912 ədəd qəhvə üyüdən/mikser (marka: Coffe Grender/Hand blender) bəyan edildiyi halda, faktiki olaraq 180 ədəd “Elif El 602 all coper” markalı doğrama mətbəx avadanlığı, 120 ədəd “Haeger HG 7006 coper” markalı doğrama mətbəx avadanlığı, 120 ədəd “Haeger HG 7005 coper” markalı doğrama mətbəx avadanlığı, 180 ədəd “Elif Eİ609” markalı blender, 120 ədəd “Elif EL600 1100 W” markalı blender, 100 ədəd “Haeger 6629” markalı mikser, 64 ədəd “Haeger 6658” markalı mikser, 200 ədəd “Haeger 6633” markalı mikser,220 ədəd “Haeger HC 66” markalı mikser, 180 ədəd “Elif El 610” markalı mikser, 12 ədəd “Elif EL557” markalı mikser, 60 ədəd “Elif EK527” markalı mikser, 240 ədəd “Geepas” markalı kofe üyüdən, 120 ədəd “Elif” markalı kofe üyüdən, 7-ci mal mövqeyində 2096 ədəd elektrikli ütü bəyan edildiyi halda, faktiki olaraq 444 ədəd “Elif EL-616” markalı buxar ütüsü, 240 ədəd “Elif EL-614” markalı dəmir ütü, 160 ədəd “Elif EL-615” markalı dəmir ütü, 102 ədəd “Elif EL-617” markalı dəmir ütü, 150 ədəd “Simbo SSİ 280” narkalı dəmir ütü, 100 ədəd "Simbo KVV-2464” markalı dəmir ütü, 192 ədəd “Simbo SS 8827” narkalı dəmir ütü, 30 ədəd “Sinbo SSİ-2888” markalı dəmir ütü, 110 ədəd “Sinbo Sim 2888” narkalı dəmir ütü, 240 ədəd “Haeger 1269” markalı buxar ütüsü, 100 ədəd “Haeger HG1215” narkalı dəmir ütü, 180 ədəd “Haeger 1212-E” markalı dəmir ütü, 100 ədəd “Haeger 1294” markalı dəmir ütü, 90 ədəd “Haeger 1209” markalı dəmir ütü, 120 ədəd “Haeger 1234” markalı dəmir ütü, 300 ədəd “Nikai” markalı dəmir ütüdən ibarət olmaqla 2658 ədəd ütü mövcud olduğu, 8-ci mal mövqeyində 1500 ədəd qoz- pendir rəndəsi bəyan edildiyi halda, faktiki olaraq 1530 ədəd sayda olduğu, yəni 30 ədəd “Pelitte” markalı qoz rəndəsinin bəyan edilmədiyi, Bəyannamənin 11-ci mal mövqeyində 2400 ədəd bıçaq, 12-ci mal mövqeyində 300 ədəd bıçaq itiləyən bəyan edildiyi halda, faktiki olaraq 300 ədəd bıçaq və 2400 ədəd bıçaq itiləyən olduğu, bundan başqa, yüklərin arasında olsa da, mal müşayiət sənədləri və gömrük bəyannaməsində qeyd olunmayan 20 ədəd “Haeger HG 2805” markalı şirə çəkən mətbəx avadanlığı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2021-ci il tarixli 00100-0616/21 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 33 adda müxtəlif məişət və mətbəx əşyaların ümumilikdə 12.03.2021-ci il tarixə orta bazar qiyməti təxminən 122310,00 manat müəyyən edilir. Ekspetiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. İş materiallarında olan Gömrük Prosedurları və Ödənişləri şöbəsinin raportundan görünür ki, Şəxs MMC tərəfindən 12.03.2021 -ci il tarixdə BBGİ-də **********5393 nömrəli GB-nin 3, 4, 7-cü mal mövqelərində bəyan edilən malların ƏN MEM-nin 9/2134 nömrəli 07.05.2021-ci il tarixli ekspert rəyindəki orta bazar qiymətləri əsasında formalaşan gömrük dəyəri nəzərə alındıqda, bəyannamənin 1-ci mal mövqeyində qeyd olunmuş, faktiki olaraq yüklərin arasından aşkarlanmayan mallara görə əvvəlcədən ödənilmiş və 3, 4, 7-ci mal mövqeləri üzrə ödənilmiş gömrük ödənişləri çıxıldıqda əlavə ödənilməli olan gömrük ödənişlərinin məbləği idxal rüsumu üzrə - 1121,60 manat, ƏDV üzrə - 1547,80 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin nümayəndəsi X2 izahatından görünür ki, “xxxx” MMC tərəfindən Respublikaya TRLU ******* nömrəli konteynerdə idxal edilərək Bakı Baş Gömrük İdarəsində 12.03.2021-ci il tarixdə **********5393 nömrəli Gömrük bəyannaməsi ilə mallar bəyan edilmişdir. Bəyan edilən mallar mənim və hal şahidlərinin iştirakı ilə 18 mart 2021-ci il tarixdə “İpək Yolu” gömrük postunda TRLU ******* nömrəli konteynerdə olan mallar yoxlanılmışdır. Yoxlama nəticəsində aşkar edilmişdir ki, bəyannamənin 1 -ci mal mövqeyində 1000 ədəd “Wolf Max” markalı WM-5017 modelli saç qırxan maşını qayçı kimi bəyan edilmişdir. 3 və 4-cü mal mövqelərində elektrikli mikserlərin sayı faktiki olaraq 836 ədəd sayda olsa da, 672 ədəd sayda qeyd edilmişdir. 7-ci mal mövqeyində elektrikli ütü yükünün faktiki sayı 2658 ədəd olsa da, 2096 ədəd sayda qeyd edilmişdir. 8-ci mal mövqeyində qoz-pendir rəndəsinin faktiki sayı 1530 ədəd olsa da, 1500 ədəd sayda qeyd edilmişdir. Bundan başqa, yüklərin arasında olsa da, bəyannamədə qeyd olunmayan 120 ədəd “Haeger HG 2805” markalı şirə çəkən mətbəx avadanlığını bəyan edilməmişdir. Mallar sayılıb qurtardıqdan sonra “İpək Yolu” gömrük postunun 7-ci anbarına daşınmışdır və hazırda həmin anbarda saxlanılır. Malların sənədlərdə düzgün qeyd edilməməsi Çin Xalq Respublikasında fəaliyyət göstərən göndərən şirkətin səhvinə görə baş verib. Onlar malları sənədlərə uyğun bəyan etdiklərinə görə bu hadisə baş verib. Yaranan ödənişləri ödəmək və bütün malları rəsmiləşdirərək hesablanacaq rüsumları ödəmək istəyirlər. Beləliklə, həm iş materialları, həm də Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.1, 482.2-ci və 505-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin məcəllənin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 505-ci maddəsinə əsasən, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda -ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1, 482.2-cİ və 505-ci maddələri ilə təqsirli bilinərək onun barəsində İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş, düzgün bəyan edilməmiş 34 350 (otuz dörd min üç yüz əlli) manat dəyərində olan malların 30%-i məbləğində inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC -dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 55, 114-117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2-ci və 505-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş düzgün bəyan edilməmiş 34 350 (otuz dörd min üç yüz əlli) manat dəyərində olan malların dəyərinin 30 (otuz) faizi məbləğində, yəni 10 305 (on min üç yüz beş) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ **********0000003944, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar