Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1110/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin nümayəndələri X2 və X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 23 iyun 2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. Ev 1, m. 46 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 34EVY935/34ETP577 nömrəli nəqliyyat vasitəsi ilə İSE2022-35 saylı xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və **********0414 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, gb-nin 5-ci mal mövqeyində 300-lü “Gala” nişanlı pambıqlı qulaq çöpü yükü 864 ədəd bəyan edildiyi halda, faktiki 5544 ədəd, yəni 4680 ədəd artıq aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan 4680 ədəd (qutu) qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400- 013/0xx-xx/03013 saylı, xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3663 saylı, xx.xx.2022-ci il tarixli ekspert arayışında inzibati xətanın bilavasitə obyekti olan Türkiyə Respublikasından gətirilmiş 4680 ədəd yükünün “Gala” nişanlı pambıglı gulag çöpü yükünün bir gutusunun giyməti 2.00 manat olmağla ümumilikdə 4680 ədəd gutunun qiyməti 9360 manat təşkil etdiyi geyd olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X5 protokola etiraz edərək bildirdi ki, göndərən şirkət tərəfindən əvvəllər eyni mal bir qutunun içərisində 144 qabda qulaq çöpü göndərilirdi amma bu dəfə, bir qutunun içərisində 74 ədəd qab olmuşdur. Mallar göndərilməzdən əvvəl yük avtomobilinə yüklənərkən malların ümumi çəkisi çox olduğundan, ümumi 130 qutudan 72-li qutuların endirilməsi lazım idi, lakin logistika şirkəti onun 144-lü olduğunu düşünərək 65-ni endirmişdir. Şirkət tərəfindən də nə qədər yük göndərilirsə invoys sənədi və digər mal-müşayiət sənədlərində də ona uyğun qeyd olunur. Bu sənəndən bəyannamədə həmin sayda qulaq çöpü qeyd etmişlər. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X4 protokola etiraz edərək inzibati pozuntunun Şəxs MMC-nin təqsiri səbəbindən baş vermədiyinin nəzərə alınmasını xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialları araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, idxalatçı "xxxx" MMC-nin ünvanına Türkiyədən 34EVY935/34ETP577 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olan və ********* sorğu nömrəli GB-lə rəsmiləşən yükə gömrük yoxlaması keçirən zaman, GB-nin 5-ci mal mövqeyində 300-lü “Gala” nişanlı pambıqlı qulaq çöpü yükü 864 ədəd bəyan edildiyi halda, faktiki 5544 ədəd, yəni 4680 ədəd artıq aşkar olunmuşdur (1 qutuda 72 ədəd olmaqla 65 qutu artıq). İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, yoxlama zamanı, 34EVY935/34ETP577 nömrəli nəqliyyat vasitəsində daxıl olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********0414 saylı GB-nin 5-ci mal mövqeyində 300-lü “Gala” nişanlı pambıqlı qulaq çöpü yükü 864 ədəd bəyan edildiyi halda, faktiki 5544 ədəd olduğu , yəni 4680 ədəd artıq aşkar olunmuşdur (1 qutuda 72 ədəd olmaqla 65 qutu artıq). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2022-ci il tarixli 9/3663 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “GALA Pambıqlı Çubuq” markalanma göstəricisi olan qulaq çöplərinin xx.xx.2022-ci il tarixə 1 qutusunun orta bazar qiyməti təxminən 2,00 manat, 4680 qutusunun qiyməti 9360,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X5 izahatında bildirmişdir ki, göndərən şirkət tərəfindən əvvəllər eyni mal bir qutunun içərisində 144 qabda qulaq çöpü göndərilirdi amma bu dəfə, bir qutunun içərisində 74 ədəd qab olmuşdur. Mallar göndərilməzdən əvvəl yük avtomobilinə yüklənərkən malların ümumi çəkisi çox olduğundan, ümumi 130 qutudan 72-li qutuların endirilməsi lazım idi, lakin logistika şirkəti onun 144-lü olduğunu düşünərək 65-ni endirmişdir. Şirkət tərəfindən də nə qədər yük göndərilirsə invoys sənədi və digər mal-müşayiət sənədlərində də ona uyğun qeyd olunur. Bu sənəndən bəyannamədə həmin sayda qulaq çöpü qeyd etmişlər. Artıq çıxmış yükləri rəsmiləşdirmək niyyətindədirlər. Gömrük qaydalarının pozulduğunu qəbul edir və tətbiq ediləcək cəriməni ödəmək niyyətindədirlər. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəlsi ilə təqsirli bilinərək həmin maddədə nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində, yəni 2808 (iki min səkkiz yüz səkkiz) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1110/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1110/2022
15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver