Məhkəmə qərarları › İş №3(009)-1111/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1111/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1111/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 may 2021-ci il tarixli, 00100-0739/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 08 may 2021-ci il tarixli, 00100-0739/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 06.03.2021-ci il tarixdə X2 “X7 LLC” şirkətindən 32AA705/32AA706 nömrə nişanlı yük avtomaşınının üzərində olan PARU ******* nömrəli konteynerdə ********** nömrəli 18.01.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********2586 sorğu nömrəli 05.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən heyvanlar üçün qida əlavəsi yükünün XİFMN üzrə hansı kod altında sinifləşdirildiyi müəyyən edilməsi məqsədi ilə X3 İdarəsinə 1400-012/002-25/002266 nömrəli 06.04.2021-ci il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200-013/003-25/001795 nömrəli 09.04.2021-ci il tarixli cavab məktubuna əsasən, ********** nömrəli 18.01.2021 -ci il tarixli invoys sənədinin 3-cü mal mövqeyində qeyd edilən 2 kisə “Big Max” nişanlı, 4-cü mal mövqeyində qeyd edilən 6 kisə “Pure Whey” nişanlı mallı idmançılar üçün qida əlavəsi olduğu və XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi müəyyən edilmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən 2 kisə “Big Max” nişanlı (1 kisənin çəkisi 5,45 kq) və 6 kisə “Pure Whey” nişanlı (1 kisənin çəkisi 1,362 kq) idmançılar üçün qida əlavəsi yükü gömrük orqanına düzgün bəyan edilmədiyi müəyyən edilmişdir. Aparıaln araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs” MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən 2 kisə “Big Max” nişanlı və 6 kisə “Pure Whey” nişanlı idmançılar üçün qida əlavəsi yükünün ümumilikdə orta bazar qiyməti 500 manat təşkil edir. Həmçinin Şəxs MMC-nin ünvanına X2 “Tajodin General Trading LLC” şirkətindən 32AA705/32AA706 nömrə nişanlı vük avtomaşınının üzərində olan PARU ******* nömrəli konteynerdə ********** nömrəli 18.01.2021-ci il tarixli invovs sənədi ilə daxil olmuş və Bakı Bas Gömrük İdarəsində **********2586 sorğu nömrəli 05.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə XİFMN üzrə ********** kod altında bəyan edilən heyvanlar üçün qida əlavəsi yükünün mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə hansı kod altında sinifləsdirildiyinin müəvvən edilməsi məqsədi ilə X4 idarəsinə 1400-012/002- 25/002266 nömrəli 06.04.2021-ci il tarixli məktubla müraciət olunmuş, həmin idarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200-013/003-25/001795 nömrəli 09.04.2021-ci il tarixli cavab məktubuna əsasən ********** nömrəli 18.01.2021-ci il tarixli invoys sənədinin 1-ci (1075 ədəd hər biri 10 kq) və 2-ci (1000 ədəd hər biri 5 kq) mal mövqeyində qeyd edilən malların “Max Farina” nişanlı heyvan yemi əlavəsi olduğu və XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2391 nömrəli 06.05.2021-ci il tarixli ekspert aravışına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “X8” markalanma Göstəricisi olan, hər biri 10 kq olmaqla 1075 ədəd heyvan yemi qatqısının 1 ədədinin 12,00 manat. 1075 ədədinin 12900,00 manat, üzərində “X8” markalanma göstəricisi olan, hər biri 5 kq olmaqla 1000 ədəd heyvan yemi qatqısının 1 ədədinin 6,00 manat, 1000 ədədinin 6000.00 manat, beləliklə də, ekspertiza tədqiqatına təqdim edilmiş heyvan yemi qatqısının ümumilikdə ci il tarixə orta bazar qiymətinin 18900,00 (on səkkiz min doqquz yüz) manat olduğu müəyyən edilmişdir. Şəxs MMC tərəfindən **********2586 sorğu nömrəli 05.04.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 261,18 manat, ƏDV üzrə 382,03 manat olmaqla ümumilikdə 643, 21 manat təşkil edir. Buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, sən Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, inzibati xətanın törədilməsini etiraf etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2 və 505-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin rəisi tərəfindən tərtib edilmiş 12 aprel 2021-ci il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "Şəxs" MMC-nin ünvanına 32AA705/32AA706 nömrəli nəqliyyat vasitəsi ilə ********** saylı 18.01.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yük **********2586 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-013/003-25/001795 saylı, 09.04.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmişdir. X5 idarəsinin rəyinə əsasən invoys üzrə 1, 2-ci mal mövqeləri 2309 90 9600 XİFƏM kodu altında heyvan yemi əlavəsi, 3,4 cü mal mövqeləri 2106 90 9800 XİFƏM kodu altında idmançılar üçün qida əlavəsi kimi sinifləşdirilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşunaslıq ekpertizasının 06 may 2021-ci il tarixli 9/2385 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş idmançılar üçün qida əlavəsinin (proteyn) ümumilikdə 06.03.2021-ci il tarixə orta bazar qiyməti təxminən 500,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşunaslıq ekpertizasının 06 may 2021-ci il tarixli 9/2391 saylı ekspert arayışından görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “X8” markalanma göstəricisi olan, hər biri 10 kq olmaqla 1075 ədəd heyvan yemi qatqısının 1 ədədinin 12,00 manat, 1075 ədədiı 12900,00 manat, üzərində “X8” markalanma göstəricisi olan, hər biri 5 kq olmaqla 1000 ədəd heyvan yemi qatqısının 1 ədədinin 6,00 manat, 1000 ədədinin 6000,00 manat, beləliklə də, ekspertiza tədqiqatına təqdim edilmiş heyvan yemi qatqısının ümumilikdə 06.03.2021-ci il tarixə orta bazar qiymətinin 18900,00 (on səkkiz min doqquz yüz) manat olduğu müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan 05.04.2021-ci il tarixli **********2586 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin (VÖEN **********) ünvanına 15750,00 kq heyvanlar üçün başqa yerdə adları çəkilməyən qida əlavələri ölkə ərazisinə idxal edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505-ci maddələri ilə təqsirli bilinməli, lakin Məcəllənin 505-ci maddəsində nəzərədə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Şəxs MMC həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan 643,21 manat gömrük ödənişlərinin məbləğinin 100 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizalarının tədqiqatlarına görə çəkilən 200 (iki yüz) manat hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin. Şəxs MMC hüquqi şəxs qismində ödənilməli olan 643,21 (altı yüz qırx üç manat iyirmi bir qəpik ) manat gömrük ödənişlərinin məbləğinin 100 faizi məbləğdə, yəni 643 (altı yüz qırx üç ) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 200 (iki yüz) manat Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar