Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1111/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail rayon İcra Şöbəsinin icra məmuru Vasif Həsənlinin, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili Nümayəndə1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Masallı rayonu, Satıroba kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Səbail rayon İcra və X2 Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. Səbail rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 05 iyul 2022-ci il tarixli, MN serialı ******* №-li inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş protokola əlavədən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-2512/2019-007 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.1969-cu ildə anadan olmuş və Bakı şəhəri, Badamdar qəs, 1-ci Y/Massivi 9-cu döngə, 470 ünvanında qeydiyyatda olan və yaşayan borclu Şəxs 72041 ABŞ dolları məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Şəxs göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcraat zamanı müəyyən edilmişdir ki, borclu icra sənədində qeyd olunan ünvanda yaşamir. İcra məmuru tərəfindən həmin ünvana baxış keçirilmiş və akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə borclunun axatrışına dair qərar qəbul edilərək, Səbail RPİ-nə göndərilmişdir. Borclunun adına olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair xx.xx.2021-ci il tarixdə Səbail rayon məhkəməsinə təqdimat göndərilmişdir. Həmçinin daşınar əmlakın (avtomobil) axtarışına dair qərar qəbul edilərək, xx.xx.2021-ci il tarixdə BDYPİ-nə göndərilmişdir. Səbail rayon məhkəməsinin 8(009-176/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən borcluya məxsus “X4” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və qərardad icra üçün BDYPi-nə göndərilmişdir. Lakin sözügedən avtomobil borclunun adından çıxarılaraq özgəninkiləşdirilmişdir. EMF sistemindən alınan məlumata əsasən borclu xx.xx.2021-ci il tarixdə ölkə hüdudlarını tərk etmiş və bu səbəbdən ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat məhkəməyə göndərilmiş və Səbail rayon məhkəməsinin 8(009)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra Şöbəsinin icra məmuru Vasif Həsənli protokolu müdafiə edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, tələbkarın ona qarşı borc tələbinə dair məhkəmə işində onun özü yox, nümayəndəsi və vəkili iştirak etmiş və qəbul edilmiş qətnamə barədə onun məlumatı olmuşdur. O, 70.000 ABŞ dolları borcunun olduğunu bilirdi və 2019-cu ildə xaricdə olan zaman tələbkarla əlaqə saxlayaraq ona 10.000 ABŞ dolları göndərə biləcəyini bildirmişdir. Lakin tələbkar onun təklifi ilə razılaşmayaraq, borcunun bütöv şəkildə qaytarılmasını istəmişdir. Ona görə də, o, həmin məbləği bir dəfəyə ödəyə bilmədiyi üçün hal-hazıradək tələbkara borclu olduğu məbləğdən hər hansı ödəniş etməmişdir. Onun icra vərəqəsinin olduğundan xəbəri olmamışdır. Belə ki, icra vərəqəsində ona aid olmayan ünvan, yəni Bakı şəhəri, Badamdar qəs, 1-ci Y/Massivi 9-cu döngə, 470 ünvan göstərildiyinə görə bütün bildirişlər icra məmuru tərəfindən həmin ünvana göndərilmişdir, halbuki həmin ünvanda heç ümumiyyətlə hər hansı ev yoxdur. Onun ünvanı iddia ərizəsində də göstərilmişdir, yəni 1-ci Y/Massivi 9-cu döngə, 423 ünvandır, lakin həmin ünvan nə üçün icra vərəqəsində səhv göstərilmişdir, ona məlum deyil. O, ailəsi ilə birlikdə xaricdə olduğundan, barəsində axtarış işi açıldığından da məlumatı olmamışdır. O, borcunu ödəməkdən imtina etmir və ona bir müddət vaxt verilərsə, çalışıb borcundan ödənişlər edə bilər. Ona görə də, məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Nümayəndə1 bildirmişdir ki, Şəxs borcu olduğundan məlumatı olmuş, lakin icradan heç bir məlumatı olmamışdır. Buna səbəb icra sənədi üzrə bildirişlərin səhv ünvana göndərilməsi olmuşdur. Ona görə də, məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 borclunun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləğdən hər hansı ödəniş etmədiyini bildirmiş, inzibati iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə İnzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi inzibati xətanı törətmiş Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədi daşıdığından, onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30, 43, 88, 106-112, 114.1.1, 115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 05 iyul 2022-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X3 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1111/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1111/2022
05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver