Məhkəmə qərarları › İş №3(009)-1111/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1111/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1111/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin böyük icra məmuru X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 06 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs məhkəmə qərarlarını icra etməmişdir. Həmçinin 06 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2013 nömrəli, xx.xx.2013-cü tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq borclu Şəxs iddiaçı X1 xeyrinə hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində aliment tutulmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1377/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3820/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2013-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin icrası ilə bağlı bildiriş borculya göndərilmişdir. Eyni zamanda borclu Şəxs əmlak vəziyyətini yoxlamaq məqsədilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir.Borclu icra sənədi üzrə tələbi təmin etmədiyindən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə borcluya xəbərdarlıq məktubları göndərilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O, verdiyi izahatda bugünə qədər 8767 (səkkiz min yeddi yüz altmış yeddi) manat aliment ödənişi etdiyin, həmin ödənişlərdən mart, aprel, may ayları üçün 1980 (bir min doqquz yüz səksən) manat aliment ödənişi etdiyini və aliment üzrə yaranmış 3077 (üç min yetmiş yeddi) manat borcu maddi durumundan asılı olaraq qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Borclu barəsində İcra haqqında qanunun 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Səbail rayon məhkəməsinə təqdim edilmişdir. Məhkəmə prosesi zamanı aliment üzrə borc məbləğindən 1000 (bir min) manat ödəniş etmiş, Səbail rayon məhkəməsinin 3(009)-1115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan başqa borclu Şəxs xx.xx.2024-cü il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı sənəd alınmışdır. O, verdiyi izahatda bu günə qədər 10192 (on min yüz doxsan iki) manat aliment ödənişi etdiyini, hər üç icra sənədi üzrə cəmi aliment üzrə yaranmış 4155 (dörd min yüz əlli beş) manat borcu tam şəkildə ödəməyə maddi durumunun imkan vermədiyini, borcu yalnız hissə-hissə ödəyəcəyini bildirmişdir.Tələbkar öz növbəsində hər üç icra sənədi üzrə yaranmış 4155 (dörd min yüz əlli beş) manat borcun tam ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin böyük icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X6 izahatında bildirmişdir ki, hissə-hissə borcun qaytarılması ilə razı deyil. Şəxs qızının barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır, zərərçəkmiş şəxsə olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, fəhlə işləyir və maddi vəziyyəti ilə bağlı olaraq icra sənədi üzrə aliment borcunu müəyyən hissəsini barəsində protokol tərtib edilənədək ödəyə bilməmişdir. Bu günə qədər imkanı çatdıqca hər ay aliment borcunu ödəmiş, həmçinin ən sonuncu xx.xx.2024-cü il tarixdə 1000 (bir min) manat məbləği tələbkar X2 bank hesabına ödəmişdir. Aliment üzrə yaranmış qalan borc məbləğini maddi durumundan aslı olaraq qısa müddət ərzində ödəyəcəyinə söz verir. Şəxs 2-ci qrup əlil olmasını və yaşlı anasına tək baxmasının məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.2012-cü il təvəllüdlü X8iniın yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixindən başlayaraq borclu Şəxs iddiaçı X1 xeyrinə hər ay 93 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1377/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2013 nömrəli, xx.xx.2013-ci il tarixli icra sənədi üzrə icraata başlanılması və borclu Şəxs icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2013-cü il tarixli qərarla icraata başlanılmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2013 nömrəli, xx.xx.2013-ci il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qərarla 2(103)4018/2013 saylı, xx.xx.2013cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarla 2(008)-1377/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarla Şəxs məcburi qaydada Bakı şəhəri Səbail Rayon İcra şöbəsinə gətirilməsi barədə qərar çıxmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(009)-362/2023 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin təqdimatı təmin edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarla 2(008)-3820/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3820/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2013 nömrəli, xx.xx.2013-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1377/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(008)-3820/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarla icrasına başlanmış icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs həmin tarixdə 1000 (bir min) manat məbləğində aliment borcunu tələbkar X2 hesabına ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2013 nömrəli, xx.xx.2013-cü tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq borclu Şəxs iddiaçı X1 xeyrinə hər ay 93 (doxsan üç) manat sabit pul məbləğində aliment tutulmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1377/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3820/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2013-cü il, xx.xx.2023cü il və xx.xx.2024-cü il tarixlərdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin icrası ilə bağlı bildiriş borculya göndərilmişdir. Eyni zamanda borclu Şəxs əmlak vəziyyətini yoxlamaq məqsədilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir.Borclu icra sənədi üzrə tələbi təmin etmədiyindən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə borcluya xəbərdarlıq məktubları göndərilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O, verdiyi izahatda bugünə qədər 8767 (səkkiz min yeddi yüz altmış yeddi) manat aliment ödənişi etdiyin, həmin ödənişlərdən mart, aprel, may ayları üçün 1980 (bir min doqquz yüz səksən) manat aliment ödənişi etdiyini və aliment üzrə yaranmış 3077 (üç min yetmiş yeddi) manat borcu maddi durumundan asılı olaraq qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Məhkəmə prosesi zamanı aliment üzrə borc məbləğindən 1000 (bir min) manat ödəniş etmiş, Səbail rayon məhkəməsinin 3(009)-1115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan başqa borclu Şəxs xx.xx.2024-cü il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı sənəd alınmışdır. O, verdiyi izahatda bu günə qədər 10192 (on min yüz doxsan iki) manat aliment ödənişi etdiyini, hər üç icra sənədi üzrə cəmi aliment üzrə yaranmış 4155 (dörd min yüz əlli beş) manat borcu tam şəkildə ödəməyə maddi durumunun imkan vermədiyini, borcu yalnız hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs ödəniş qəbzi təqdim edərək 1000 (bir min) manat məbləği tələbkar X5 ödədiyini bildirmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və borc hissələr şəklində onun tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə Şəxs məhkəmə iclasındakı ifadəsini, təqdim etdiyi ödəniş qəbzini nəzərə alaraq hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar