Məhkəmə qərarları › İş №3(009)-1113/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1113/2021

03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1113/2021 03.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin İXP ******* saylı, 30 mart 2021-ci il tarixli protokol əsasında qəbul olunmuş qərarıdan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin İXP ******* saylı, 30 mart 2021-ci il tarixli protokol əsasında qəbul olunmuş qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 30 mart 2021-ci il tarixdə, təxminən səhər saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsindən Lermantov küçəsinə dönmə əməliyyatı edən zaman YPX inspektoru avtomobilimi saxlamaq barədə göstəriş verdi. Göstərişə əsasən mən avtomobilimi həmin ərəfədə adəti üzrə qeyd edilən küçə tıxac olduğu üçün bir az qabağda sağa çəkib saxladım. Polis inspektoru mənə yaxınlaşaraq dönmə əməliyyatını düzgün həyata keçirmədiyimi əsas gətirərək barəmdə inzibati xəta haqqında protokol tərtib etdi. Tələblərə əsasən protokola etirazımı bildirsəm də, dediklərim barədə protokolda hər hansı qeyd aparılmadı. Hadisədən bir müddət sonra tərtib edilmiş protokol kağız daşıyıcıda yaşadığı ünvana çatdırılmışdır. Tərtib edilən protokolla tanış olan zaman məlum olmuşdur ki, Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis baş serjantı X2 tərəfindən barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqmda protokol tərtib edilmişdir. Həmin protokoldan görünür ki, guya mən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməyibdir. Hesab edir ki, tərtib edilmiş protokol absurd olmaqla nə işin hallarını əks etdirir, nə də İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən tərtib edilmişdir. Protokol tərtib edilən küçə, yəni guya mənim tələbə tabe olmayaraq avtomobili sürüb getdiyim küçənin ümumi uzunluğu heç 50-60 metr deyildir ki, YPX əməkdaşının saxlama əmri verdiyi məsafə yolun başlanğıcından sonrakı 10-15 metr məsafəni əhatə edir və mənim avtomobili saxladığım və protokolun tərtib edildiyi yerlə küçənin sonu arasındakı məsafə də 15-20 metrdir. Yəni, maksimum halda saxla əmrinin verildiyi yerdən avtomobili saxladığım yer arasındakı məsafə 20 metr olmamışdır ki, bu hal da, saxlamaq haqqmda tələbin yerinə yetirilməməsi barədə göstərilənlərin əsassız olduğunu göstərir. İkinci halda, protokoldan da görünür ki, protokol həftənin çərşənbə axşamı, saat 18:30 radələrində tərtib edilmişdir ki, bu ərazidə gündəlik avtomobil idarə edən şəxslər həmin küçənin kifayət qədər sıx və tıxaclı olduğunu gözəl bilir, (ərazi yursidiksiyanıza aid olduğundan bu halı sizin bilməniz anlaşılandır). Yəni, həmin vaxt zamanında avtomobili rahatlıqla kənara verib saxlamaq ehtimalı çox cüzidir ki, bu halda da tərəfimdən nəqliyyat vasitəsi yuxarıda da qeyd etdiyi kimi 20 metr irəlidə saxlanılmışdır ki, bu hal göstərilən maddə ilə inzibati xəta törətməyi halını inkar edir. Belə bir absurd protokolun tərtib edilməsi, sanki YPX əməkdaşının 20 metr irəliyə gəlib çəkdiyi əziyyətin əsassız “cəzalandırılması” kimi anlaşılır. Bu hallar tərəfinizdən həmin küçədə quraşdırılan TŞ kameralarından daha aydın gösrsənə bilər. Bundan əlavə, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə tərtib edilib. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru, polis baş serjantı X2 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə tərtib edilmiş 30 mart 2021-ci il tarixli İXP 3866699 saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini, əməlimdə inzibati xəta tərkibi və inzibati xəta hadisəsi olmadığından və inzibati xəta haqqında protokolun tərtibində kobud pozuntulara yol verildiyindən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi əvvəlki məhkəmə iclasında iştirak etməsinə baxmayaraq, İdarənin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin məzmuna uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin İXP ******* saylı, 30 mart 2021-ci il tarixli protokol əsasında qəbul olunmuş qərar ləğv olunmalı və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin İXP ******* saylı, 30 mart 2021-ci il tarixli protokol görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin İV bəndinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Beləliklə, məhkəmə hesab edir ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə işin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayət qismən təmin olunmalı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin İXP ******* saylı, 30 mart 2021-ci il tarixli protokol əsasında qəbul olunmuş qərar ləğv olunmalı və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin İXP ******* saylı, 30 mart 2021-ci il tarixli protokol əsasında qəbul olunmuş qərar ləğv olunmalı və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar