Məhkəmə qərarları › İş №3(009)-1114/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1114/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1114/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X1, Qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı şəhər X5 İdarəsinin 24 may 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 24 may 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 22 yanvar 2023-cü il tarixində 90ST900 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Səbail rayonunda Neftçilər prospektində, Azneft meydanının dairəsinə daxil olmadan sağ tərəfə dönüb, Niyazi küçəsi ilə, istiqlaliyyət küçəsi istiqamətində hərəkət etmişdir. Niyazi küçəsində YPX əməkdaşı sonradan bildiyinə görə guya onu saxlamış o isə əmrə tabe olmamışdır. Belə bir şey imayıb və YPX əməkdaşının ona saxla əmri verməsini görməmiş və müşahidə etməmişdir. Bundan sonra yol polisi ona məlum olmayan səbəbdən və o bilmədən onu təqib etmişdir. Ona bildirilmişir ki, o, İXM-nin 327.1 və 327.3-cü maddələri ilə məsuliyyətə cəlb edilməlidir. Yol hərəkəti haqqında qanunun 69-cu maddəsinə riayət etməyərək 1.16.2 nəqliyyat axınının ayrıldığı və ya birləşdiyi yerdə tələbin pozmuş, vizual baxış keçirsək, belə bir şey olmadığı da açıq aydın görünər. Ona əsassız olaraq protokol tərtib edilmişdir. O, bundan BŞBPİ-yə şikayət etmiş lakin orada da müsbət cavab almışdır. Elektron poçta daxil olan məlumatda guya onun Bünyad Sərdarov küçəsində qayda pozduğu barədə həqiqətə uyğun olmayan məlumat dərc edilmişdir. Bu tamamilə qanunsuz və əsassız məlumatdır. İXM-nin 105-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsində əsasən inzibati xəta hadisəsi olmadığına görə qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konsitutsiyasının 60maddəsinə, İnzibati Xətalar Məcəlləsinin 105-ci və 53-cü maddələrinə uyğun olaraq, əməlimdə inzibati xəta tərkibi olmadığından barəmdə tərtib olunan İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxsin nümayəndəsi X2 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 24 may 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin nümayəndəsi Nümayəndə1 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 24 may 2023-cü il tarixli, TP ******* saylı qərarı ilə 20 oktyabr 1995-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X2, Bakı şəhəri, Bünyad Sərdarov 2 ünvanında Lexus ES250 minik markalı 90ST900 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində cərimə edilmə növü haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, X1 Lexus ES250 minik markalı 90ST900 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polisi əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmişdir. Odur ki, Bakı şəhər X5 İdarəsi tərəfindən haqlı olaraq X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə görə Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 24 may 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 24 may 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar