Məhkəmə qərarları › İş №3(009)-1115/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1115/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1115/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Laçın rayonu, Sonasar kəndində ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 30 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1377/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2013 saylı, xx.xx.2013-ci il tarixli icra sənədini borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Həmçinin 30 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2013 nömrəli, xx.xx.2013-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixindən başlayaraq borclu Şəxs iddiaçı X1 xeyrinə hər ay 93 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1377/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2013-cü və xx.xx.2023-cü il tarixlərdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Eyni zamanda borclu Şəxs əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etmədiyindən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə borcluya xəbərdarlıq məktubları göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X6 izahatında bildirmişdir ki, hissə-hissə borcun qaytarılması ilə razı deyil. Şəxs qızının barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır, zərərçəkmiş şəxsə olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, fəhlə işləyir və maddi vəziyyəti ilə bağlı olaraq icra sənədi üzrə aliment borcunu müəyyən hissəsini barəsində protokol tərtib edilənədək ödəyə bilməmişdir. Bu günə qədər 8767 manat aliment ödənişi etmişdir, həmin ödənişlərdən mart, aprel, may ayları üçün 1980 manat aliment ödənişi etmişdir. Aliment üzrə yaranmış qalan 3077 manat borcu maddi durumundan aslı olaraq qısa müddət ərzində ödəyəcəyinə söz verir. Şəxs 2-ci qrup əlildir, xəstəliyi ilə bağlı sənədi məhkəməyə təqdim edərək məhkəmədən göstərilən halların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.2012-cü il təvəllüdlü X8iniın yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2013-cü il tarixindən başlayaraq borclu Şəxs iddiaçı X1 xeyrinə hər ay 93 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1377/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2013 nömrəli, xx.xx.2013-ci il tarixli icra sənədi üzrə icraata başlanılması və borclu Şəxs icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2013-cü il tarixli qərarla icraata başlanılmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2013 nömrəli, xx.xx.2013-ci il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. İş materallarına əlavə edilmiş ödəniş qəbzinə əsasən borclu tərəfindən tələbkarın hesabına xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə ümumilikdə 1250 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1377/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və mütəmadi ödənişlər etməyi öz öhdəsinə götürür. Habelə məhkəməyə təqdim edilmiş qəbzlə borclunun 1250 manat məbləğində ödəniş etdiyi müəyyən olunur ki, qeyd olunanlar Şəxs hərəkətlərinin qərəzli olmadığını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar