Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1118/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Zəngilan rayonu, Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon icra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 17 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli, 2(009)-759/2020 saylı icra sənədini borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Həmçinin 17 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-759/2020-007 nömrəli, 11.03.2020ci il tarixli icra sənədinə əsasən Şəxs 11 fevral 2020-ci il tarixdən başlayaraq 12.02.2005-ci il təvəllüdlü X2 və 28.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İcra sənədi 12.03.2020-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs barəsində 18.09.2020-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş və Səbail rayon Polis idarəsi tərəfindən şöbəyə daxil olmuş 17.10.2020-ci il tarixli məktubda Şəxs barəsində 17.10.2020-ci il tarixdə 20406/20 nömrəli axtarış işinin açıldığı göstərilmişdir. Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin17.05.2021-ci il tarixli məktubu ilə birlikdə borclu Şəxs Səbail rayon icra şöbəsinə təhvil vermişdir. İcra sənədinin icrası ilə bağlı borclu 17.05.2021-ci il tarixdə şöbədə olarkən izahatı alınmış, o verdiyi izahatında 5100 manat aliment borcundan xəbərinin olmadığını, 3 (üç) ildən artıq müddətdirki Azərbaycanda yaşamadığını, məhkəmə qərarından məlumatının olmadığını, məhkəmə qərarından buğun xəbərinin olduğunu, öhdəliyində 19 yaşında övladının olduğu üçün o pulu ödəməyin çətin olduğunu, (qızının maddi mənəvi bütün tələblərinin onun üzərində), eyni zamanda maddi durumunun düzəldiyi təqdirdə borcu hissəhissədə olsa ödəyəcəyini qeyd etmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X10 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X7 izahatında göstərmişdir ki, borclu Şəxs tərəfindən ona ödənilməli olan aliment borcuna onun ehtiyacı yoxdur. O, sadəcə həmin borcu Şəxs tutularaq Azərbaycan Respublikasında xidmət göstərən xeyriyyə fondlarına köçürülməsini xahiş edir. Yəni, onun hazırda tələbi alimentin ona ödənilməsi yox, hər hansı bir xeyriyyə fonduna ödənilməsidir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, o, hal-hazırda heç yerdə işləmir və onun aylıq gəliri yocdur. Aliment borcunu ödəməkdə çətinlik çəkir. O, həmçinin izahatında 5100 manat aliment borcundan xəbərinin olmadığını, 3 (üç) ildən artıq müddətdir ki, Azərbaycanda yaşamadığını, məhkəmə qərarından məlumatının olmadığını, məhkəmə qərarından bu gün xəbərinin olduğunu, öhdəliyində 19 yaşında övladının olduğu üçün o pulu ödəməyin çətinlik çəkdiyini bildirmişdir. Bundan əlavə göstərmişdir ki, tələbkar hazırda alimentin ödənilməsini təkid etmir. Yəni onun tələbi alimentin ödənilməsi yox, onunla şəxsi qərəzlik yaratmaqdır. Hesab edir ki, tələbkar hazırda aliment borcunu tələb etmədiyi üçün, onun əməlində inzibati xəta tərkibi yaranmır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə icra məmurunun, tələbkarın və borclunun izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 759/2020-007 nömrəli, 11.03.2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 11 fevral 2020ci il tarixdən başlayaraq 12.02.2005-ci il təvəllüdlü X2 və 28.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İş materiallarında olan 12.03.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli, 2(009)-759/2020 saylı icra sənədi üzrə icraata başlanılması və borclu X8 icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan 11.03.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya 11.03.2020-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli, 2(009)-759/2020 saylı icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. Həmçinin həmin bildirişin üzərində “tanış oldum, qəbul etdim Şəxs Allahverdi qızı 17.05.2021” məzmmunlu qeyd yazılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-759/2020-007 nömrəli, 11.03.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 11 fevral 2020-ci il tarixdən başlayaraq 12.02.2005-ci il təvəllüdlü X2 və 28.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İcra sənədi 12.03.2020-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən görünür ki, Şəxs 11 fevral 2020-ci il tarixdən başlayaraq 12.02.2005-ci il təvəllüdlü X2 və 28.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməli olan məbləğin hazırki vaxtdadək ödənilməməsi tələbkarın hüquqlarını pozmamışdır. Yəni, tələbkarın borclu Şəxs ilə münasibətlərində şəxsi qərəzlik yaranmış və həmin qərəz əsasında da, tələbkar həmin ödənilməli olan məbləğin borcludan tutularaq ona deyil, hər hansı bir xeyriyyə fonduna ödənilməsini tələb etməsidir. Göründüyü kimi yuxarıda göstərilən icra sənədinin icrası ilə bağlı tələbkarın aliment borcunun borcludan tutularaq ona ödənilməməsi ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Başqa sözlə, tələbkar icra sənədinin icra edilməsini təkid etmir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə borclu Şəxs hər hansı bir hərəkəti müəyyən olunmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1118/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1118/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver