Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1118/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, 07.121.1979-cu il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 06 iyul 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-dan kabel oğurlayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı, polis mayoru Mahir Feyzullayev tərəfindən qəbul edilmiş 06 iyul 2022-ci il tarixli qərarla fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-dan kabel oğurlamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis leytenantı X4 protokola uyğun izahat vermiş, hazırda zərərçəkmiş hüquqi şəxslə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barışıdığını, eləcə də sözü gedən dəymiş ziyanın dəyəri zərərçəkmiş hüquqi şəxsə ödənildiyindən və zərərçəkmiş hüquqi şəxsin Şəxs şikayətinin və tələbinin olmadığını nəzərə alıb, qanunun tələbinə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 ərizə təqdim edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-dan kabel oğurlanmış, lakin həmin kabel və dəymiş zərər inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən MTK-ya qaytarılmışdır. Hazırda Şəxs ilə barışmışlar və ona qarşı həmin tarixdə törədilən hadisə ilə bağlı şikayət və tələbləri yoxdur. Qeyd ediənləri nəzərə alıb qanunun tələbinə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 4 il əvvəl həyat yoldaşından ayrılmış və həmin vaxtdan iki övladına aliment ödəyir. Belə ki, o, bu ay üçün aliment pulunu düzəldə bilmədiyindən xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində yaşadığı evdən çıxıb Qurban Abbasov küçəsi ilə hərəkət edən zaman orada olan yeni tikilinin həyətinə aliment pulunu düzəltmək məqsədi ilə kabeli kəsib götürmək istəmişdir. O, yeni tikiliyə daxil olub orada divardan asılı olan təxminən 4-5 metr uzunluğunda kabeli kəsib götürmüş, lakin yeni tikilinin həyətindən çıxan zaman tikinti sahəsinin gözətçisi onu saxlayıb əlində olan selofan zənbili yoxlayanda kabeli oğurladığını bilib onu saxlayaraq polis əməkdaşlarına təhvil vermiş, əlində olan kabeli isə gözətçi götürmüşdür. Hazırda oğurlanmış kabeli və dəymiş ziyanı qaytardığını, eləcə də zərərçəkmiş hüquqi şəxslə barışmasını, ondan şikayət və tələblərinin olmadığını nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, materiala əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1 ərizəsindən görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-dan oğurlanmış kabel qaytarılmış və dəymiş 100 (bir yüz) manat zərər ödənilmişdir. Şəxs qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 53.0.2, 105, 114 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1118/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1118/2022
06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver