Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1120/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 23 may 2023-cü il tarixli 00100-01326/** EP ***9259 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Gömrük Prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/013704 nömrəli xx.xx.2023-cü il tarixli raportda Şəxs MMC-nin (VÖEN: **********) ünvanına xx.xx.2023-cü il tarixində 42GP857/ 1ACM722 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük **********9442 sorğu nömrəli gömrük bəyannaməsilə xx.xx.2023-cü il tarixində bəyan edilmişdir. Bakı Baş Gömrük İdarəsində **********9442 sorğu nömrəli gömrük bəyannaməsinin yoxlanılması zamanı, gömrük bəyannaməsində bəyan edilən məlumatlarla, təqdim edilmiş sənədlər arasında uyğunsuzlug aşkar edilmişdir. Bəyan edilən malların ümumi invoys dəyəri **********9442 sorğu nömrəli gömrük bəyannaməsində 101659.93 avro qeyd edildiyi halda əlavə edilmiş skan sənədlərində ixrac bəyannaməsində sözü gedən mallar üçün ümumi invoys dəyəri 144458,53 avro göstərildiyi qeyd olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********9442 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların ixrac bəyannaməsində və İnvoys sənədində invoys dəyəri fərgli göstərildiyi üçün gömrük organına təhrif olunmuş məlumat verildiyindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli, **********9442 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların ixrac bəyannaməsində və İnvoys sənədində invoys dəyəri fərqli göstərildiyi üçün gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “İmprotex İndustries" MMC - nin (VÖEN: **********) ünvanına xx.xx.2023 - cü il tarixində 42GP857 / 61ACM722 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük **********9442 sorğu nömrəli gömrük bəyannaməsilə xx.xx.2023-cü il tarixində bəyan edilmişdir. Bakı Baş Gömrük İdarəsində **********9442 sorğu nömrəli gömrük bəyannaməsinin yoxlanılması zamanı, gömrük bəyannaməsində bəyan edilən məlumatlarla, təqdim edilmiş sənədlər arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, bəyan edilən malların ümumi invoys dəyəri **********9442 sorğu nömrəli gömrük bəyannaməsində 101659,93 avro qeyd edildiyi halda əlavə edilmiş skan sənədlərində ixrac bəyannaməsində sözü gedən mallar üçün ümumi invoys dəyəri 144458,53 avro göstərilmişdir. İş materiallarına əlavə edilmiş 22 may 2023-cü il tarixli yoxlama protokolundan görünür ki, yoxlama zamanı, 42GP857/61ACM722 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********9442 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə bəyan olunan mallarla 42GP857/61ACM722 nömrə nişanlı yük nəqliyyat vasitəsində olan malların eyniləşdirilməsi aparıldı. "xxxx" MMC- nin adına 42GP857/61ACM722 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli, **********9442 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə bəyan edilmiş yüklər arasında hər hansı uyğunsuzluq aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş faktla bağlı aparılan araşdırma çərçivəsində izahatı alınmış Bakı Baş Gömrük İdarəsi “Abşeron” gömrük postunun inspektoru X1 izahatından görünür ki, sonuncu dəfə Şəxs MMC-nin ünvanına gələn mallara dair həmin MMC tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilən **********9442 sorğu nömrəli gömrük bəyannaməsini və onun goşma sənədlərini yoxladığı zaman hüguqpozma faktı aşkar etmiş və bu barədə rəhbərliyə məruzə edərək aidiyyəti üzrə raport yazmşdır. **********9442 sorğu nömrəli gömrük bəyannaməs ilə bəyan olunmuş malların ümumi invoys dəyəri həmin bəyannamədə 101659.93 avro qeyd edildiyi halda əlavə edilmiş skan sənədlərində, konkret olaraq ixrac bəyannaməsində bəyan edilən malların ümumi dəyəri 144458.53 avro göstərilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, “VTS TRACK SOLUTİON” şirkətindən göndərilən və xx.xx.2023-cü il tarixdə 42GP857/61ACM722 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə "İMPROTEX İNDUSTRİES” MMC-nin ünvanına daxil olan mallar 4v5-021379 nömrəli xx.xx.2023-cü il tarixli, 4v5-020678 nömrəli xx.xx.2022-ci il tarixli, 4v5-021381 nömrəli xx.xx.2023-cü il tarixli və 4v5-021380 nömrə xx.xx.2023-cü il tarixli invoyslar əsasında Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə **********9442 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin mallar ölkə ərazisinə daxil olmamışdan qabaq Şəxs MMC tərəfindən **********8911 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına elektron qaydada təqdim edilmişdir. 4v5-021379 nömrəli xx.xx.2023-cü il tarixli, 4v5-020678 nömrəli xx.xx.2022-ci il tarixli, 4v5-021381 nömrəli xx.xx.2023-cü il tarixli və 4v5-021380 nömrə xx.xx.2023-cü il tarixli invoyslarda qeyd olunan “TAX Base” yükləməyə hazır olan məhsulların ümumi dəyərini göstərir, lakin həmin invoyslarda qeyd olunan “Total amount incl. VAT” isə nəqliyyat vasitəsinə faktiki yüklənən məhsulların ümumi dəyərini göstərir. Buna görə də İxrac bəyannaməsində malların ümumi invoys dəyərinin 144458.53 avro qeyd olunmasının səbəb 4v5- 021379 nömrəli xx.xx.2023-cü il tarixli invoysun “TAX Base" hissəsində qeyd olunan məbləğin, yəni 117780 avronun əsas götürülməsi və 4v5-020678 nömrəli xx.xx.2022-ci il tarixli invoysda qeyd olunan malların dəyəri 4522 avro əsas götürülməli olduğu halda 0.60 avro əsas görürülməsi olmuşdur. 4v5-021379 nömrəli xx.xx.2023-cü il tarixli invoysun “TAX Base” hissəsində məbləğ 117780 avro göstərilmişdir, həmin invoysun “Total amount incl. VAT” hissəsində isə 70460 avro qeyd olunmuşdur, yəni 70460 avro dəyərində mal nəqliyyat vasitəsinə yüklənmişdir, 117780 avro dəyərində mal yüklənməmişdir, çünki nəqliyyat vasitəsində 47320 avro dəyərində mal üçün yer olmamışdır. Qalan mallar gələn ay ərzində şirkətin ünvana daxil olacaqdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 113-cü maddəsinin, 2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin etirafı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 485.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1120/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1120/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver