Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1123/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 04 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti onun mülkiyyətində (istifadəsində) olan “Volkswaqen Passat CC minik” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti barəsində Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin balansında olan ** AF *** dövlət nömrə qeydiyyatlı “Volksvagen Passat CC” markalı minik avtomobili barəsində tərtib olunmuş protokol ilə bağlı Bakı Şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. İşlə bağlı materiallar məhkəmə tərəfindən təqdim olunmuş və məsələ müavafiq qaydada araşdırılmışdır. Məlum olmuşdur ki, 02.02.2021-ci il tarixində Dövlət Xidmətinin balansında olan 99AF038 dövlət nömrə qeydiyyatlı avtomobil tərəfindən qayda pozunutusu törədilərək İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq barəsində müvafiq cərimə tətbiq olunmuşdur. Bununla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən Dövlət Xidmətinə poçt vasitəsi ilə bildiriş xarakterli sorğu blankı göndərilmişdir. Lakin göndərilən sorğu rəsmi, hüquqi qüvvəyə malik olmayan bir şəkildə tərtib edilmişdir. Sorğunu göndərən təşkilatın adı, sorğunu tərtib edən, imzalayan hər hansısa bir səlahiyyətli nümayəndənin nə adı, nə də imzası var. Hər nə qədər sorğu blankı poçt vasitəsilə dövlət orqanından göndərilsə belə onun rəsmiliyini təsdiq edən heç bir rekviziti yoxdur. Və çox maraqlıdır ki, məhkəməyə təqdim edilən sənədlərdə yer alan həmin sorğu blankı isə rəsmiləşdirilmiş formada göndərilib. Belə ki, Səbail rayon X8 Şöbəsi tərəfindən rəsmiləşdirilməmiş, kimlər tərəfindən tərtib olunduğu məlum olmayan və heç bir hüquqi qüvvəsi olmayan sorğu blankı əsasında İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair 04.05.2021-ci il tarxli, İXP3938846 nömrəli inzibati xəta protokolu qanuna zidd olaraq tərtib olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Həmçinin Təlimatın 32-ci bəndinə deyilir ki, əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 51.1 -ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Lakin Dövlət Xidmətinə bu barədə bildiriş göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1 -ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göstərdiklərini nəzərə alaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulmasına dair başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Volkswaqen Passat CC minik” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 02.02.2021-ci il tarixdə saat 13:38-də Bakı şəhəri Bəsdi Bağırova küçəsində hərəkətdə olarkən durma qaydalarını pozduğundan Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 15 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul şəxsi (Əliyeva Ləman) tərəfindən imzalanmaqla qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin avtomobilin sürücüsü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-si tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyinə sorğu göndərilmiş və həmin sorğu 15 fevral 2021-ci il tarixdə Cəmiyyətin məsul şəxsi (Əliyeva Ləman) tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən sorğuda məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi qeyd edilən sorğunun rəsmiləşdirilməmiş qaydada verilməsinə istinad edərək sorğunun cavablandırılmasını lüzum bilməmişdir. Qeyd edilməlidir ki, zərfin üzərində sorğunu göndərən Səbail rayon X1 qeyd edilmişdir. Bunnunla da, aydın olur ki, sorğu hansı qurum tərəfindən göndərilmişdir. Buna baxmayaraq inzibati xəta törətmiş sürücü bərəsində məlumat cəmiyyət tərəfindən nə Səbail RPİ-nə, nə də ki, məlumatın vaxtında verilməsinə dair təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla da, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1123/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1123/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver