Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1123/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Bakı Şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X8, zərərçəkmiş (tələbkar) X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı evli, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Cəmil Hasilov küçəsi, ev 113A, mənzil 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Səbail rayon İcra Şöbəsinin icra məmuru Aslan Astanov tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1673/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Şəxs Səbail rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1673/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1673/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2021 -ci il tarixdən başlayaraq 05.11,2019-cu il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində aliment, 05.11,2019-cu il təvəllüdlü X4 3 yaşına çatanadək 50 manat aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021 -ci il tarixdə Səbail İcra Şöbəsinin icraatına daxil olmuş və icra tədbirlərinə başlanılmışdır. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmış, tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin olmadığı aşkar edilmişdir. İcra sənədi üzrə tələbkar X6 28.01,2022-ci il tarixli ərizə ilə müraciət edərək borclu barəsində məcburi icra tədbirlərini növbəti müraciətədək təxirə salınmasını xahiş etmiş, bu səbəblə borclu barəsində icra tədbirləri görülməmişdir. Daha sonra tələbkar F.Yeganə xx.xx.2022-ci il tarixli ərizəsində borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu barəsində xx.xx.2022-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul edilərək onun ünvanına göndərilmiş, lakin yenədə çağırışlara məhəl qoymayaraq icra sənədi üzrə tələbi təmin etməkdən yayınmışdır. Aliment məbləğinin ödənilməsinin təmin edilməsi məqsədilə xx.xx.2022-ci ıl tarixdə məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət edilmiş, Səbail rayon Məhkəməsinin 8(009)- 405/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. Həmin qərardadın icrasını həyata keçirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə Səbail rayon Polis idarəsinə məktub ünvanlanmış, lakin borclunun həmin ünvanda qeydiyyatda olsada yaşamadığı üçün qərardadın icrasını təmin etmək mümkün olmamışdır. Həmçinin xx.xx.2023-cü il tarixli “borclunun axtarılması barədə” qərar qəbul edilərək Səbail rayon Polis İdarəsinə göndərilmiş, 31,05.2023-cü il tarixdə borclu saxlanılaraq Şöbəyə təhvil verilmişdir. Hazırda aliment məbləği üzrə borc 805 manat təşkil edir. Borclu Şəxs 31,05.2023-cü il tarixli izahatında hazırda işləmədiyini, ödəniş edə bilmədiyini, lakin növbəti aylarda ödəyəcəyini bildirmişdir. Nəticədə borclu Şəxs AR inzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanrtörətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru Aslan Astanov tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş (tələbkar) X2 Ruslan Mir oğlu ilə öz aralarında razılığa gəldiklərini, ondan şikayətçi olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs izahatında əvəllər alimenti ödədiyini, işsiz olduğundan borcu yığıldığını, 850 manat aliment borcu olduğunu, hal-hazırda 300 manat ödəniş etdiyini, işə düzəlmək üçün sənədlərin verildiyini, tezliklə işə düzəlib alimenti vaxtlı-vaxtında artıqlaması ilə ödəyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1123/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1123/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver