Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1123/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi ilə, X1 iştirakları ilə, Baş X9i İdarəsinin 14 dekabr 2023-cü il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Baş X9i İdarəsinin 14 dekabr 2023-cü il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “BMW 528 Xİ” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı minik avtomobil mənim xüsusi mülkiyyətindədir. 26 oktyabr 2023-cü ildə mənim üzərimdə olan bütün cərimələri ödəmişəm. Buna baxmayaraq 27 oktyabr 2023-cü il tarixində mən SMS Radar vasitəsi ilə mənim nəqliyyat vasitələrinin idarə etmək hüququmun məhdudlaşdırılması barədə məlumat alıb. Bildirmək istəyir ki, Səbail Rayon Məhkəmənin qərarı ilə nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılması ləğv edilmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, avtomobilin üzərində çoxsaylı cərimələr var. Bildirmək istəyir ki, onun ünvanına Baş X9i İdarəsi tərəfindən heç bir Qərar göndərilməmişdir və cərimələr barəsində onun məlumatı olmamışdır. SMS Radar vasitəsilə məlum olmuşdur ki, Baş X9i İdarəsinin EQ/1852154 saylı protokolu əsasında xx.xx.2023-cü il tarixində mənim barəsində qərar qəbul edilmişdir. Həmin qərarda göstərilir ki, “Yolda müəyyən edilmiş hərəkət sürətini 41 km/saat həddində aşmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi.” Bildirmək istəyir ki, nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırılmamışdır. Buna baxmayaraq, Baş X9i İdarəsinin EQ/1852154 saylı protokolu əsasında xx.xx.2023-cü il tarixində qəbul olunmuş Qərarına əsasən Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 328.1-ci və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü, yəni 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, Baş X9i İdarəsinin EQ/1852154 saylı protokolu əsasında xx.xx.2023-cü il tarixində qəbul olunmuş Qərarın qanunvericiliyin normalarının pozulması ilə qəbul edildiyindən, bu səbəbdən də əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Baş X9i idarəsinin EQ/1852154 saylı protokolu əsasında xx.xx.2023-cü il tarixində qəbul olunmuş qərarını ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş Baş X9 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Baş X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 inzibati xəta hadisəsində onun təqsiri olmadığını bildirərək, 14 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsasız olduğundan ləğv olunmasını xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 dekabr 2024-cü il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, X2 şikayət ərizəsini və iş materiallarını nəzərə alaraq, hesab edir ki, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 300 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-cü maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X2 əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələri tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 Baş X9 İdarəsinin tərəfindən X2 barəsində çıxarılmış 14 dekabr 2024-cü il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Baş X9 İdarəsinin 14 dekabr 2024-cü il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova İş № 3(009)-454/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Səbail rayon Məhkəməsi Bakı şəhəri 21 fevral 2024-cü il Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Bakı şəhəri DYPİ-nin Polis mayoru X4 25 yanvar 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasına baxılır. Sədrlik edən saat 15:00-da məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən məhkəmə iclas katibinə söz verir. Katib məruzə edərək bildirir ki, məhkəmə iclasında şikayət vermiş şəxs X5 və Bakı şəhəri DYPİ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən yerində müşavirə edib Qərara aldı: Məhkəmə iclası şikayət vermiş şəxs X2 və Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakı olmadan keçirilsin. Sədrlik edən iş materiallarında olan protokolu elan edir. Sədrlik edən baxılan iş üzrə sənədləri araşdırır və təqdim olunmuş sənədləri tədqiq edir. Məhkəmə müşavirə otağına gedir. Qayıtdıqdan sonra qərarı elan edir, qərardan şikayət verilmə qaydasını və müddətini izah edir. Məhkəmə iclası bağlı elan edilir. Məhkəmə iclası saat 15:05-də başa çatdı. Protokol 21 fevral 2024-cü il tarixdə tərtib edildi. Sədrlik edən: Katib: AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ AZ-1003 Bakı şəhəri, M.Useynov küçəsi 5 Tel: (012) 491-21-81, Faks: (012) 491-32www.sabayilcourt.gov.az Elektron ünvan İş № 3(009)-454/2021 21 fevral 2024-cü il Bakı şəhəri BPİ-nin X9 İdarəsinnə X3 Kürdəmir rayonu, Dəyirmanlı kəndi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-454/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar 03 vərəq, 01 nüsxə Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1123/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1123/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver