Məhkəmə qərarları › İş №3(009)-1125/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1125/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1125/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 09 noyabr 2023-cü il tarixli, EQ 17959490 saylı inzibati tənbeh vermə haqqında protokolu əsasında qəbul edilmiş 10 noyabr 2023-cü il tarixli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 09 noyabr 2023-cü il tarixli, EQ 17959490 saylı inzibati tənbeh vermə haqqında protokolu əsasında qəbul edilmiş 10 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “BMW 528 Xİ” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı minik avtomobil X3 mülkiyyətindədir. 26 oktyabr 2023-cü ildə Məmmədov Orxan avtomobilinin üzərində olan bütün cərimələri ödəmişdir. Buna baxmayaraq 27 oktyabr 2023-cü il tarixində ona SMS Radar vasitəsi ilə nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılması - barədə məlumat verilmişdir. Lakin Səbail Rayon Məhkəməsinin qərarı ilə X3 nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılması qərarı ləğv edilmişdir. Hal-hazırda məlum olmuşdur ki, avtomobilin üzərində çoxsaylı cərimələr var. Şikayətçinin ünvanına Baş X7 İdarəsi tərəfindən heç bir Qərar göndərilməmişdir və cərimələr barəsində onun məlumatı olmamışdır. SMS Radar vasitəsilə şikayətçiyə məlum olmuşdur ki, Baş X7 İdarəsinin EQ/17959490 saylı protokolu əsasında xx.xx.2023-cü il tarixində X4 barəsində qərar qəbul edilmişdir. Həmin qərarda göstərilir ki, “Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi.” Şikayətçi qeyd edir ki, onun nəqliyyat vasitəsini idarə etmək hüququm məhdudlaşdırılmamışdır. Buna baxmayaraq, Baş X7 İdarəsinin EQ/17959490 saylı protokolu əsasında xx.xx.2023-cü il tarixində qəbul olunmuş Qərarına əsasən Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 328.1 -ci və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü, yəni 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Şikayətçi eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 09 noyabr 2023-cü il tarixli, EQ 17959490 saylı inzibati tənbeh vermə haqqında protokolu əsasında qəbul edilmiş 10 noyabr 2023-cü il tarixli qərarı 03 may 2024-cü il tarixdə əldə etdiyi üçün şikayət verildiyi zaman qərardan şikayət verilməsi barədə müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Bu səbəbdən də tərəfindən sözügedən qərardan şikayət vaxtında verilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 09 noyabr 2023-cü il tarixli, EQ 17959490 saylı inzibati tənbeh vermə haqqında protokolu əsasında qəbul edilmiş 10 noyabr 2023-cü il tarixli qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin tərəfindən buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-1125/2024 saylı qərardadı ilə X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 09 noyabr 2023-cü il tarixli, EQ 17959490 saylı inzibati tənbeh vermə haqqında protokolu əsasında qəbul edilmiş 10 noyabr 2023-cü il tarixli qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti bərpa edilsin və şikayət icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətdə qeyd edilənləri bildirərək 10 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, bundan əlavə inzibati qərar qəbul edilərkən X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilməmiş, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə tərəfindən xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 09 noyabr 2023-cü il tarixli, EQ 17959490 saylı inzibati tənbeh vermə haqqında protokolu əsasında qəbul edilmiş 10 noyabr 2023-cü il tarixli qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8,128-129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 09 noyabr 2023cü il tarixli, EQ 17959490 saylı inzibati tənbeh vermə haqqında protokolu əsasında qəbul edilmiş 10 noyabr 2023-cü il tarixli qərar ləğv edisin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar