Məhkəmə qərarları › İş №3(009)-1127/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1127/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1127/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Nümayəndə tərəfindən Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli, 11 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Nümayəndə Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli, 11 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA BNA ******* nömrəli, 11 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar X2 barəsində tərtib edilmiş, lakin qərardan şikayət Nümayəndə tərəfindən verilmişdir. Nümayəndə şikayət ərizəsinə barəsində qərar çıxarılmış fiziki şəxsin nümayəndəsi qismində səlahiyyətini təsdiq edən sənəd əlavə etməmiş, eyni zamanda qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 11 fevral 2021-ci il tarixdə qəbul edilsə də, şikayət xx.xx.2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 özü məhkməyə müraciət etməmiş, Nümayəndə şikayətində barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin adından şikayət vermək hüququnu təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli, 11 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından Nümayəndə verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda Nümayəndə izah olunur ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya nümayəndəsi qismində səlahiyyətini təsdiq edən sənəd əsasında səlahiyyətli nümayəndəsi tərəfindən yenidən məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 114 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Nümayəndə tərəfindən Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* nömrəli, 11 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar