Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1127/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Dövlət X8 13 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Dövlət X8 13 may 2023cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 20 Aprel 2023-cü il tarixdə Bakı şəhərində, Bakı, Salyan yolu, 35v, GPS 40.3206668,49.8214115 idarə etdiyi BMW markalı, 99SX497 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən saat 16:12 radələrində YPX onu saxlamış və Bakı şəhəri Səbail rayon polis bölməsinin yol patrul xidmətin inspektoru polis baş serjantı Nümayəndə2 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun “X7” Azərbaycan Respublikasının Qanununu İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokolu tərtib etmişdir. Protokola etirazını bildirmiş olduğu üçün BDYPİ-nə əsassız protokolla bağlı xx.xx.2023 cü il tarixində şikəyət bildirdi. Şikəyətində bildirmişdir ki, əsassız olaraq protokol tərtib edilmişdir. Sonradan ona məlum olmuşdur ki, şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon polis Şöbəsində baxılıb və əsaslandırmama heç bir qanuni istinad göstərmədən, foto video sübüt olmadan, onun iştirakı olmadan protokolu qüvvədə saxlayıblar. Bununla əlaqədar TP ******* nömrəli qərar xx.xx.2023-cü il tarixli cavab məktubu tərtib edilib və xx.xx.2023 cu il tarixində ünvanına daxil olub. Yaşadığı ünvanda daimi qeydiyyatdadır və orada da yaşayır. İdarə etdiyi ** SX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi də elə həmin ünvanda qeydiyyatdadır. xx.xx.2023 ci il tarixdə saat 16.12-də Bakı, Salyan yolu 35v GPS 4********.498214115 ilə hərəkət edən zaman YPX avtomobili ona «saxla» əmri vermişdir. O, qanuna əsasən, onun «saxla» əmrinə riayət etmiş, avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərini istəmiş, YPX inspektoru Nümayəndə2 ona bildirdi ki, guya o, hərəkət edən zaman İXM 327.2-ci əks istiqamətli hərəkət zolağına çıxmaqla ötme qaydalarının pozulması halına yol vermişdir. O, isə öz növbəsində ona etirazını bildirmiş ve sübut olaraq foto ve video təqdim etməsini xahiş etmişdir. Onun inzibati pozuntunu etdiyi tam sübut etmədən əsassız inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinə uyğun izahat verərək, Bakı şəhəri Səbail Rayon Dövlət X8 13 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 Aprel 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 20 Aprel 2023-cü il tarixində, saat 16:12 radələrində Bakı şəhərində, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 35v, GPS 40.3206668,49.8214115 ünvanında BMW markalı, 99SX497 dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Dövlət X8 13 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 tərəfindən 20 Aprel 2023-cü il tarixində, saat 16:12 radələrində Bakı şəhərində, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 35v, GPS 40.3206668,49.8214115 ünvanında BMW markalı, 99SX497 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarında müəyyən edilir ki, X1 inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, təqdim edilmiş sübutlar əsasında X3 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir, onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Dövlət X8 13 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Bakı şəhəri Səbail Rayon Dövlət X8 13 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Dövlət X8 13 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1127/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1127/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver