Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1128/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1994-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Q.Abbasov küçəsi, 54 saylı binanın həyətində idarə etdiyi Kia markalı **-AD-*** DQN yük avtomobili ilə hərəkət edərkən, avtomaşının çuxura düşməsi səbəbindən yük yerindəki qapı cəftədən qırılaraq yolun sağ hissəsində dayanmış X1 məxsus Mersedes-280 markalı **- GL-*** DQN avtomaşına dəyərək ona maddi ziyan yetirmişdir. Bununla da Şəxs AR İXM-nın 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilib göstərmişdir ki, hadisə ehtiyatsızlıqdan baş vermiş və zərərçəkənə dəymiş ziyan onun tərəfindən ödənilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib və inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 332.4-ci maddəsinin tərkibi mövcuddur. Beləliklə tərtib edilmiş protokolla, inzibati xəta haqqında materialda toplanmış sənədlərlə Şəxs etirafedici izahatı ilə, inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inizbati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inizbati xəta törədən şəxsin şəxsiyyətini, işin faktiki hallarını və törədilmiş xətanın ictimai təhlükəlilik dərəcəsini, ziaynın ödənilməsini nəzərə alaraq Şəxs AR İMX-nın 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1128/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1128/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver