Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1129/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs qızı xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində tanışı S.Alılıya məxsus “Codillac CTS” markal 99-zu-789 d.q.n avtomaşını Səbail rayonu, Salyan şossesində “X1” istiqamətində idarə etdərkən idarəetməni itirmiş, avtomaşın aşırmış, avtomaşına zərər yetirərək özü də xəsarət almışdır. Bununla da Şəxs qızı AR İXM-nın 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs qızı özünü inzibati xəta törətməkdə təqsirli bilib törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib və inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qızının əməlində AR İXM-nın 332.4-ci maddəsinin tərkibi mövcuddur. Beləliklə tərtib edilmiş protokolla, inzibati xəta haqqında materialda toplanmış sənədlərlə Şəxs qızının etirafedici izahatı ilə, inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Məhkəmə Tibbi Ekspertin 178 saylı rəyinə əsasən vətəndaş V.O.Əhmədovanın xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində aldığı zədə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Məhkəmə Tibbi Ekspertin 179 saylı rəyinə əsasən vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində aldığı zədə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Səbail RPİ-nin TŞ-nın təhqiqatçısı Y.Əliyevin xx.xx.2023-cü il tarixli qərarına əsasən yol-nəqliyyat hadisəsinə dair toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş “Codillac CTS” markal 99-zu-789 d.q.n avtomaşının sürücüsü Şəxs qızının barəsində AR İXM-nın 332.4-cü maddəsinin tələblərinə görə inzibati qaydada cəzalandırılmasından ötrü toplanmış material Səbail RPİ-nin DYPŞ-si vasitəsilə Səbail rayon Məhkəməsinə göndərilsin. Şəxs qızı barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inizbati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, işin faktiki hallarını və törədilmiş xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Şəxs qızına AR İMX-nın 332.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1129/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1129/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver