Məhkəmə qərarları › İş №3(009)-113/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-113/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-113/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 25154436 saylı, 21 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsinə məhkəmə binasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 25154436 saylı, 21 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 21 dekabr 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 25154436 saylı 21 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verən şəxsin hazırkı müraciəti etməkdə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh vermə haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 25154436 saylı, 21 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin EQ 25154436 saylı, 21 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar