Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1133/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ASC-nin nümayəndəsi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrinə əsasən qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ASC-nin nümayəndəsi X5 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, protokol düzgün tərtib edilməmiş, protokolun surəti onlara göndərilməmişdir. 9 saylı nasos stansiyasından çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə nasoslar vasitəsi ilə axıdılmasına Şəxs ASC-nin təqsiri yoxdur. Belə ki, protokola əlavə edilmiş fotoşəkillərdən su borularının məhz 9 saylı nasos stansiyasına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Həmçinin həmin fotoşəkillərin hansı tarixdə çəkilməsi də aydın İnzibati xəta haqqında protokol əsassız olaraq tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Bakı Sukanal” İdarəsinin Kanalizasiya nasos stansiyalarının istismarı şöbəsinin rəisi X3 izahatında göstərmişdir ki, 9 saylı nasos stansiyası “Azneft” şirkətini balansında olmuş və 2011-ci ildə Şəxs ASC-nin balansına keçirilmişdir. Qeyd olunan stansiyadan çirkab suların axıdılmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Belə ki, Lökbatan qəsəbəsində inşa edilmiş stansiyada müvafiq qurğuların vasitəsilə çirkab suların istiqaməti dəyişdirilərək Xəzər dənizinə axıdılmasının qarşısı alınır. Bu proses uzun müddət tələb etdiyi üçün tamamilə çirkab suların axıdılmasının qarşısını almaq mümkün olmamışdır. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İşdə olan 06 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində 06.05.2021-ci il tarixdə Şəxs ASCyə məxsus 9 saylı nasos stansiyasına baxış keçirilən zaman çirkab suların təmizlənmədən birbaşa xəzər dənizinə nasoslar vasitəsi ilə axıdılmasına görə Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. Belə ki, işə əlavə edilmiş 29.04.2021-ci il tarixdə Qaradğ və Səbail rayonlarından Xəzər dənizinə axan axarlardan "xxxx" MMC-yə gətirilmiş su nümunələri üzərində aparılan fizikikimyəvi analizlərin nəticələrinə dair qrafikə əsasən; 3.Səbail rayonu kovş adlanan axardan götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə ammonium ionları-30,4; asılı bərk hissəciklər-13,4; neft məhsulları-1200 və sintetik səthi aktiv maddələr (SSAM)-5,8 dəfə normadan artıq müəyyən edilmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs ASC-yə məxsus 9 saylı nasos stansiyasının çilingərinin iştirakı ilə tərtib edilmiş 06.05.2021-ci il tarixli, 70063 nömrəli aktdan görünür ki, Səbail rayonu Bibiheybət qəsəbəsindəki boru vasitəsi ilə çirkab suların xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanda iri həcimli torpaq səthi üzərində özünə yer etmiş çirkab su hövzəsinin olması müşahidə edilmiş, həmin hövzədə olan neftlə çirklənmiş, eləcə də kənardan həmin hövzəyə boru xətti ilə çirkab suların axdığı həmin hövzədən 9 saylı nasosxanadan təmizlənmədən birbaşa nasoslar vasitəsi ilə dənizə axıdıldığı müşahidə edilmişdir. Qeyd olunan faktlarla bağlı aparılan araşdırma zamanı həmin nasosxananın çilingərindən şifahi olaraq kənardan hövzəyə gələn suyun Bayıl yamacında yaşayan sakinlərinin və digər iaşə obyektlərinin gündəlik məişət suları olduğu öyrənilmişdir. Həmin həmin faktla bağlı Şəxs ASC-nin Bakı Sukanal idarəsinin rəis müavini Əlizadə Nəsirovla əlaqə saxlanılmış və o, bildirmişdir ki, 03.11.2020-ci il tarixdə də, dəniz kənarı Milli park ərazisində özünün iştirakı ilə araşdırma aparılmış və Şəxs ASC-yə məxsus Bibiheybət ərazisində 9 saylı nasos stansiyası adlanan nasosxana vasitəsi ilə kanalizasiya sularının və neftlə çirklənmiş suların dənizə axıdılmasının təsdiq edildiyini, bu halın qarşısının alınması məqsədi ilə Lökbatan ərazisində yeni nasosxananın stansiyasının tikildiyini, lakin sistemə neft məhsulları düşdüyü üçün həmin nasos stansiyasına çirkli suların ötürülməsinin mümkün olmadığını arayışla təsdiq etmişdir. Sukanal idarəsinin nümayəndəsi FTSN əmədaşları tərəfindən bundan öncəki nöqsanlarla bağlı olaraq 12.11.2020-ci il tarixli Aktın tərtib edildiyini və yolverilən nöqsanların aradan qaldırılması məqsədi ilə müvafiq tapşırıalq verildiyini şifahi olaraq qeyd etmişdir. Şəxs ASC barəsində inzibati protokolun tərtib ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş Şəxs ASC-nin Bakı Sukanal idarəsinin rəis müavini Əlizadə Nəsirov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 03 noyabr 2020-ci il tarixində Səbail rayonu, Milli Park ərazisində (X9 ilə üzbəüz) Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı Ekologiya və Təbii Sərvətləı Nazirliyi, “Dənizkənarı” Bulvar İdarəsi və “Bakı Sukanal" idarəsinin nümayəndələri ilə birgə baxış həyata keçirilmişdir. Baxış zamanı dənizə üç nöqtədən suların axdığı müşahidə olunmuşdur. Laborotoriya analizlərinin nəticələrinə əsasən əvvəlcədən də bilindiyi kimi iki nöqtədən dənizə axan suların qrunt suyu olduğu müəyyən olunmuş, üçüncü nöqtədən axan suyun həcmi həddindən artıq az olduğu üçün nümunə götürmək mümkün olmadı. Araşdırılması üçün Səbail sukanal idarəsinə göstəriş verildi. Ehtimal olunur ki, dəniz sularının üzərindəki neft plyonkası Şəxs ASC-yə məxsus Bibiheybət ərazisində “KOVŞ adlanan nasos stansiyasının vurduğu kanalizasiya suyuna qarışan neft məhsullarıdır. Məlumat üçün bildiririk ki, “KOVŞ” nasosxanasının ləğvi üçün Lökbatan qəsəbəsində yeni nasos stansiyası tikilmiş, lakin sistemə neft məhsulları düşdüyü üçün suların yeni nasos stansiyasına yönəldilməsi mümkün deyil. Sistemə daxil olan neft məhsullarının ləğvindən sonar qısa müddət ərzində suyun Lökbatana yönəldilməsi mümkün olacaq. İşə əlavə edilmiş Şəxs ASC-nin Səbail rayon Sukanal İdarəsi rəisi Rauf Osmanov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Səbail rayon Sukanal idarəsi daxil olmuş müraciətlə əlaqədar Milli Park ərazisində d600 mm-iik borudan su axıntısı ile əlaqədar ətraf ərazidə kanalizasiya xətləri müvafiq qaydada araşdırılmışdır. Su axıntısının aşkar edilməsi istiqamətində zəruri adekvat profilaktiki tədbirlər icra olunmuşdur. Aidiyyəti quyular təmizlənmiş və zərurət olan hissədə süni tıxaclar qoyulmuşdur. Bununla əlaqəli xəttin fəaliyyəti nəzarətə götürülmüşdür. Məhkəmə ilk olaraq qeyd edir ki, 03 noyabr 2020-ci il tarixində Səbail rayonu, Milli Park ərazisində (X9 ilə üzbəüz) Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı Ekologiya və Təbii Sərvətləı Nazirliyi, “Dənizkənarı” Bulvar İdarəsi və “Bakı Sukanal" idarəsinin nümayəndələri ilə birgə baxış həyata keçirilmişdir. Baxış zamanı dənizə üç nöqtədən suların axdığı müşahidə olunmuşdur. Laborotoriya analizlərinin nəticələrinə əsasən əvvəlcədən də bilindiyi kimi iki nöqtədən dənizə axan suların qrunt suyu olduğu müəyyən olunmuşdur. Həmin qurunt suları ilə bağlı “KOVŞ” nasosxanasının ləğvi üçün Lökbatan qəsəbəsində yeni nasos stansiyası tikilmiş, lakin sistemə neft məhsulları düşdüyü üçün suların yeni nasos stansiyasına yönəldilməsi mümkün olmamışdır. Sonradan Səbail rayonu Bibiheybət qəsəbəsindəki boru vasitəsi ilə çirkab suların xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, qeyd olunan ünvanda iri həcimli torpaq səthi üzərində özünə yer etmiş çirkab su hövzəsinin olması müşahidə edilmiş, həmin hövzədə olan neftlə çirklənmiş, eləcə də kənardan həmin hövzəyə boru xətti ilə çirkab suların axdığı həmin hövzədən 9 saylı nasosxanadan təmizlənmədən birbaşa nasoslar vasitəsi ilə dənizə axıdıldığı müşahidə edilmişdir. FTSN əmədaşları tərəfindən Su Kanal idarəsinə bundan öncəki nöqsanlarla bağlı olaraq 12.11.2020-ci il tarixli Akt tərtib edilmiş və yolverilən nöqsanların aradan qaldırılması məqsədi ilə müvafiq tapşırıalq verilmişdir. Həmçinin Şəxs ASC barəsində inzibati protokolun tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi qeyd edilən nöqsanlar 03 noyabr 2020-ci il tarixdən davam etsə də, Şəxs ASC tərəfindən həmin nöqsanların tam olaraq aradan qaldırılması ilə bağlı tədbirlər görülməmişdir. Bununla da, Səbail rayonu, Bibiheybət qəsəbəsi ünvanında Şəxs ASC-yə məxsus 9 saylı nasos stansiyasının fəaliyyəti ilə əlaqədar formalaşan çirkab suların təmizləyici qurğudan keçmədən birbaşa olaraq nasoslar vasitəsi ilə Xəzər dənizinə axıdılması faktı iş materiallarında olan Akt, arayışlar və fotoşəkillərlə öz təsdiqini tapmışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 114-115, 128-130, 233.1 və 264.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin. Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1133/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1133/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver