Məhkəmə qərarları › İş №3(009)-1135/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1135/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1135/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 26 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi Elvin Məmmədov tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Elvin Məmmədov şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 26 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, iş üzrə icrata xitam verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən supermarketdə AQTA-nın Bakı Regional Bölməsi tərəfindən 13 noyabr 2023-cü il tarixində yoxlama aparılmış, 13 dekabr 2023-ci il tarixli, MN ******* №-li qərar ilə həmin vaxt mağazada menecer vəzifəsində çalışan X1 barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə tətbiq edilmiş, daha sonra isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 tərəfindən həmin qərardan Səbail Rayon Məhkəməsinə şikayət edilmişdir. Səbail Rayon Məhkəməsinin (hakim: Ülviyyə Şükürova) 17 yanvar 2024-cü il tarixli 3(009)-51/2024 №-li qərarı ilə X1 şikayəti qismən təmin olunmuş, AQTA-nın Bakı Regional Bölməsinin 13 dekabr 2023-ci il tarixli, MN ******* №-li qərarı ləğv edilərək, inzibati xəta haqqında iş baxılması üçün AQTA-nın Bakı Regional Bölməsinə göndərilmişdir. AQTA-nın Bakı Regional Bölməsi tərəfindən 26 aprel 2024-cü il tarixli qərar poçt vasitəsi ilə Bazarstore MMC-nin ofisinə göndərilərək, Ahmad Abbasgholizadeh barəsində 1500 AZN məbləğində cərimə tətbiq edilmişdir. Qərarın müəyyən edildi hissəsinə diqqət etdikdə 5 ay öncə mağazadan götürülmüş nümunə əsasında pozuntunun olduğu bildirilmiş və həmin pozuntuya əsasən cərimə tətbiq edilmişdir. Həmin pozuntular Səbail Rayon Məhkəməsində 3 dəfə keçirilən proses zamanı kifayət qədər aydınlaşdırılmış və mağazada inzibati orqanın qeyd etdiyi pozuntuların olmaması təsdiqini tapmışdır. İnzibati orqan məhkəmə qərarında qeyd edilən "baxılmanı” yenidən eyni əsaslarla qərar qəbul etmə kimi başa düşmüş, inzibati xətalar haqqında işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq vəzifəsini nəzərə almamışdır. AQTA-nın Bakı Regional Bölməsi tərəfindən tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün halların araşdırılmadığının, hətta heç bir araşdırma aparılmadığının digər bir sübutu isə İnzibati tənbehvermə haqqında MN ******* №-li 26 aprel 2024-cü il tarixli qərarda inzibati xətanın subyekti qismində 16 fevral 2024-cü il tarixdə "xxxx" MMC-ilə əmək müqaviləsinə xitam verilmiş Ahmad Abbasgholizadeh şəxsinin göstərilməsidir. Qeyd etmək lazımdır ki, həmin şəxs əvvəllər "xxxx" MMC-də “Menecer-mağaza” vəzifəsində çalışmış, onunla olan əmək müqaviləsinə 16 fevral 2024-cü il tarixdə xitam verilmişdir, Göründüyü kimi, MN ******* №-li, 26 aprel 2024-cü il tarixli qərar qəbul edildiyi zaman X2 "xxxx" MMC-də heç bir vəzifədə çalışmamış və həmin şəxsin inzibati xəta ilə əlaqəsi yoxdur. Habelə, AQTA-nın hazırkı iş üzrə Ahmad Abbasgholizadeh şəxsinin adma qəbul etdiyi qərar qüvvəyə minsə belə, icra edilməsi mərhələsində problemlər yaranmasına səbəb olur. Bundan əlavə Səbail Rayon Məhkəməsi 17 yanvar 2024-cü il tarixli 3(009)- 51/2024 №-li qərarında inzibati orqan tərəfindən iş üzrə bütün mühüm əhəmiyyət kəsb edən bütün halların araşdırılmadığını qeyd etmişdir. Odur ki, qanunvericiliyin tələblərinə uyğun şəkildə iş üzrə yenidən yoxlama keçirilməli, məhsuldan nümunələr götürülməli və labaratoriya şəraitində analizi aparılmalı idi. AQTA-nın Bakı Regional Bölməsi tərəfindən inzibati xəta üzrə yeni qərar Səbail Rayon Məhkəməsinin 17 yanvar 2024cü il tarixli, 3(009)-51/2024 №-li qərarının qüvvəyə minməsindən 3 (üç) aya yaxın müddət keçdikdən sonra qəbul olunmuşdur. Həmin müddət ərzində AQTA tərəfindən araşdırılma aparılmadan, mötəbər və hüquqi əhəmiyyət kəsb etməyən sübutlara, habelə 5 ay öncəki sınaq protokoluna əsaslanaraq qərar qəbul edilməsi aşkar surətdə pozuntunun olmasını göstərir. Beləliklə, yuxarıda göstərilənləri, MN ******* №-li, 26 aprel 2024-cü il tarixli qərarda yoxlamanın "xxxx" MMC-yə məxsus mağazada keçirildiyinin və inzibati qaydada cərimə edilən şəxsin "xxxx" MMC-nin vəzifəli şəxsi olduğunun qeyd edilməsi "xxxx" MMCnin mənafelərinə toxunduğu üçün Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinə əsasən həmin qərardan şikayət vermə hüququmuzun olduğunu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 130 və 135-ci maddələrini nəzərə alaraq, məhkəmədən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən tərtib edilmiş MN ******* №-li, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi X7 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 26 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi X8 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 26 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 26 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 13 noyabr 2023-cü il tarixində Badamdar ŞTQ, Badamdar şossesi, ev 92C, 6012 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" marketdə keçirilən yoxlama zamanı götürürlmüş Truffel şirniyyat məhsulunun 29 noyabr 2023-cü il tarixdə daxil olan sınaq protokoluna əsasən koliform bakteriyalar aşkar edilmişdir. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.5-ci maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, hadisə 13 noyabr 2023-cü il tarixdə baş vermişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək 4 (dörd) aydan çox müddət keçmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin inzibati tənbeh vermə haqqında 26 aprel 2024-cü il tarixli MN ******* saylı qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh verilmə müddəti ötürülməklə qəbul edilmişdir. Odur ki, hazırki qərar bir sıra hüquq pozuntuları ilə qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 26 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqındaqərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.6-cı, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN ******* nömrəli, 26 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar