Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1136/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Əhmədovun Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Tələbkar Ş.T.Nəzərovanın (Ağayevanın) iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, işləməyən, Bakı, şəhəri, Səbail rayonu, Çernyaxovski küçəsi, ev 16, mənzil 15-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş MNNo0392348 saylı inzibati xəta haqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Səbail rayon Məhkəməsinin 2(009)-2905/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cəmi 216 manat sabit pul məbləğində aliment Şəxs tutularaq tələbkar X4 ödəməlidir. Lakin Şəxs həmin icra sənədini icra etməmiş və onun hazırda 6064 manat aliment borcu yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmişdir. İcra məmuru həmçinin göstərmişdir ki, dəfələrlə borclu icra şöbəsinə dəvət edilərək borcu ödənilməsini bildirilmə də, iki ildir ki, alimentlə əlaqədar hər hansı ödəniş həyata keçirilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, iki ildir ki, heç bir yerdə işləmədiyi və maddi imkanı olmadığı üçün aliment ödəyə bilmir. İşləyəcəyi təqdirdə alimenti ödəyəcəkdir. Məhkəmə iclasında izahatı alınmış icra sənədi üzrə tələbkar Nəzərova (Ağayeva) Şəhla Telman qızı göstərmişdir ki, Ramil işləmədiyi üçün 2 uşağa görə az məbləğdə aliment tutulmuş, uşaqların biri on, o biri on dörd yaşındadır, iki ildir ki, Ramil aliment ödəmir, uşaqların tələbatını təmin etmir. Yaranmış borcun hissə-hissə ödənilməsinə də razıdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin xarakterini, alimentlə əlaqədar yaranmış borc məbləgini, onların yaranma səbəbini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. AR Konstitusiyasının 129-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq məhkəmə qeyd edir ki, borclu Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün, onun əməlində AR İXM-nın 528.1-ci maddəsinin tərkibi vardır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 528.1-ci maddəsinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyəti, inzibati işin hallarını, inzibati xətanın xarakterini və onun maddi vəziyyəti nəzərə alınmışdır. Məhkəmə Şəxs inzibati tənbeh kimi cərimə tədbirinin tətbiqini kifayət hesab etməyərək, onun barəsində inzibati tənbeh növü kimi inzibati həbs təyin edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 22, 40, 43, 48-51, 115.1.1, 117, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilsin. Həbs etmənin müddəti Şəxs faktiki tutulduğu vaxtdan, yəni 13 iyul 2022-ci il tarixdən saat 12:55-dən hesablansın. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1136/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1136/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver