Məhkəmə qərarları › İş №3(009)-1136/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1136/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1136/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin direktoru X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmək Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X8 "inzibati xəta haqqında" iş üzrə MN ******* nömrəli 02 mart 2023-cü il tarixli qərarı ilə 4000 (dörd min) manat cərimə edilmişdir. Azərbaycan Respublikası X12 Xidmətinin Bakı şəhər, İdarəsinin rəisi X8 "inzibati xəta haqqında" iş üzrə MN ******* nömrəli 02 mart 2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir və barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. X12 Xidmətinin Bakı şəhər İdarəsinin "inzibati xəta haqqında" iş üzrə MN ******* nömrəli 02 mart 2023cü il tarixli qərarını 03 mart 2023-cü il tarixdə rəsmi əldə etmişdir. Qeyd edir ki, "xxxx" MMC barəsində inzibati xəta haqqında işin başlanılmasına səbəb X4 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilməsi olmuşdur. İlk növbədə bildirir ki, X9 qeyd edilən müddətdə "xxxx" MMC-də işləməmiş və heç bir işə cəlb edilməmişdir. Belə ki, Sabir Məhərrəmov xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər rəsmi əmək müqaviləsi ilə "xxxx" MMC-də avtobus sürücüsü işləmişdir. Sabir Məhərrəmov 2022-ci ilin may ayında "xxxx" MMC-nin xətt rəisi X11 müraciət edərək "xxxx" MMC-də sürücü işləmək istədiyini lakin hal-hazırda əmək müqaviləsi əsasında işlədiyi şirkətdən onu buraxmadıqları üçün ona yol vərəqəsi yazıb verməsini və həmin yol vərəqəsini işlədiyi şirkətə göstərərək həmin şirkətdən çıxacağını bildirmişdir. "xxxx" MMC-də verilən bütün yol vərəqələri nömrələnir və müvafiq olaraq möhürlənmiş və qaytanlanmış kitaba qeyd edilir. Sabir Məhərrəmov həmin vaxt "xxxx" MMC-də rəsmi işə düzəlmək üçün müraciət etməsə də, 2022-ci ilin sentyabr ayında müvafiq sənədlərini təqdim etdikdən sonra xx.xx.2022-ci il tarixdə rəsmi olaraq "xxxx" MMC-də sürücü kimi işə qəbul edilmişdir. xx.xx.2023cü il tarixdə Sabir Məhərrəmov işə gəlmədiyi üçün əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Qeyd edir ki, X12 Xidməti Bakı şəhər idarəsində araşdırma aparılarkən yalnız Sabir Məhərrəmovun təqdim etdiyi nömrəsiz yol vərəqəsinə istinad etmişlər. X4 xx.xx.2022-.xx.xx.2022-ci illər aralığında "xxxx" MMC-də əmək müqaviləsi olmadan və ya əmək müqaviləsi qüvvəyə minmədən işlərə cəlb edilməsi barədə heç bir mötəbər sübut mövcud deyildir. X15 şikayət ərizəsində qeyd etdiyi kimi xx.xx.2022-xx.xx.2022-ci illər aralığında "xxxx" MMC-də işləmişdisə ən azından hər gün işə başlamazdan öncə həkim müayinəsindən keçməsi barədə sənəd mövcud olmalı idi. Lakin təbii olaraq Sabir Məhərrəmov həmin müddətdə bizim MMC-də işləmədiyi üçün belə bir sənəddə mövcud deyildir. Əlavə olaraq qeyd dir ki, onun X10 təqdim etdiyi sənədlərdə əgər inzibati xəta baş vermişdisə belə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı inzibati xəta haqqında işə xitam verilməlidir. Lakin qərar qəbul edərkən bu məsələyə hüquqi qiymət verilməmişdir. Yuxarıda qeyd olunları da nəzərə alaraq, Azərbaycan Respublikası X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X8 "inzibati xəta haqqında" iş üzrə MN ******* nömrəli 02 mart 2023-cü il tarixli qərarını ləğv edərək barəmdə olan inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X7 şikayəti müdafiə edərək bildirmişdir ki, X5 2022-ci ilin may ayında xətt rəisi tərəfindən özbaşına yol vərəqəsi verilmiş, lakin əməyə cəlb edilməmişdir. S.Məhərrəmov başqa işdə çalışdığından xətt rəisi ilə olan tanışlıq münasibətlərinə əsasən ondan xahiş etmişdir ki, ona yol vərəqəsi verilsin və o digər işdən çıxsın. Beləliklə ona yol vərəqəsi verilmiş, lakin S.Məhərrəmov üç ay ərzində işə gəlməmiş və əməyə cəlb olunmamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də çalışmış və buna görə də ona əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X2 şikayətə etiraz edərək bildirmişdir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuşdur. Belə ki, S.Məhərrəmov əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. X5 "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək sürücü vəzifəsində işləməsini təsdiq edən yol vərəqələri verilmiş, həmin yol vərəqəsində X3 imzaları vardır. Şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin inzibati tənbehvermə haqqında 02 mart 2023-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə əlavə edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X7 “Bus Trans" MMC-də çalışan X4 əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İnzibati cərimənin şərti tətbiq edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş "Azlənd Plaza” MMC-nin Bakı Nəqliyyat Agentliyinə ünvanladığı xx.xx.2023cü il tarixli məktubundan görünür ki, X9 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "Azlənd Plaza” MMC-də sürücü vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə isə əmək müqaviləsinin müddətinin başa çatmasına görə əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda 01 may 2022-ci il tarixdən 01 iyun 2022-ci il tarixədək "Azlənd Plaza” MMC-nin müvəqqəti istismarında olan sərnişin daşıma avtobusunda sürücü işləmişdir. İşin materillarından görünür ki, inzibati xəta 01 may 2022-ci il tarixə təsadüf edir. İnzibati tənbeh vermə haqqında qərar isə 02 mart 2023-cü il tarixdə qəbul edilmişdir. Lakin inzibati tənbeh inzibati xəta hadisəsi baş verdiyi vaxtdan etibarən 3 ay müddətində verilmədiyindən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 38.1 -ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun, maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1 -ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3 şikayəti qismən təmin edilməli, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli, inzibati tənbehvermə müddəti başa çatdığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 53, 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinsin. İnzibati tənbehvermə müddəti başa çatdığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar