Məhkəmə qərarları › İş №3(009)-114/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-114/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-114/2022 10.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Səbail rayon İcra şöbəsinin böyük icra məmuru X3, Tələbkar Əhmədi-X4 etibarnamə əsasında nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş 10 yanvar 2022-ci il tarixli, MN ******* inzibati xəta haqqında Bakı şəhəri protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1422/2019 nömrəli, 19.06.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1422/2019 nömrəli, 19.06.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 3276,21 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Əhmədi-X4 xeyrinə ödənilməlidir. İcra sənədi 16.08.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. “Elektron icra” sistemindən əldə olunmuş məlumatda borclunun adma daşmar və daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə borclu icra sənədi üzrə tələbi tam təmin etmədiyindən barəsində axtarış qərarı tərtib edilərək icra edilməsi üçün Səbail RPİ-nə göndərilmişdir. Səbail RPİnin 10.01.20220-ci il tarixli məktubu ilə Şəxs şöbəyə təhvil verilmişdir. Borclu şöbəyə verdiyi izahatında bugünə qədər 545 manat tələbkarın xeyrinə ödədiyini, icra sənədi üzrə tələbi tam təmin edə bilmədiyini, hazırda tələbkarın xeyrinə 200 manat ödəniş edə biləcəyini və yeni işə düzəldiyini bildirərək, borcunun əmək haqqına yönəldilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar borcun tələbkarın əmək haqqına yönəldilməklə hissə-hissə ödənilməsi barədə razılığıa gəlmişlər. Göstərilənlərə əsasən, barəsində inzibati protokol tərtib edilmiş Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, zərərçəkmiş şəxsə olan borcunu ödəməkdən imtina etməmişdir, lakin maddi vəziyyəti ilə bağlı olaraq icra sənədi üzrə borcunu ödəyə bilməmişdir. Yeni işə başladığını, aylıq olaraq borcunu hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmədən göstərilən halların nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Əhmədi-X4 etibarnamə əsasında nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunun bir qismini öədiyini, qalanını hissə-hissə ödənilməsi ilə razı olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştiarkçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1422/2019 nömrəli, 19.06.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 3276,21 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Əhmədi-X4 xeyrinə ödənilməlidir. Bundan sonra işə məhkəmədə baxıldığı vaxt tələbkar Əhmədi-X4 etibarnamə əsasında nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək barəsində iş üzrə inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs borcunun onun əmək haqqından tutularaq ödəniləcəyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə borcun bir qisminin ödənilmiş, qalan məbləğin isə borclu Şəxs əmək haqqına yönəldilərək hissə-hissə ödənilməsi barədə tələbkarla razılığa gəlmişlər. Belə olan halda, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar