Məhkəmə qərarları › İş №3(009)-114/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-114/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-114/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Baxşəliyeva Sevinc Samir qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkarın vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon icra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin 02 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(009)-205/2024 saylı icra vərəqəsini üzürsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs protokola etiraz edərək Xaçmaz şəhərində işlədiyinə və yaşadığına görə uşağı Bakı şəhərinə gətirə bilmədiyini, bu səbəbdən icra yerin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini, məhkəmə vəsatətini təmin edərək, icra yerini Xaçmaz şəhərinə dəyişdirdiyini və bu barədə 09 yanvar 2025-ci il tarixli məhkəmə qərarı mövcud olduğunu bildirərək məhkəmədən icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkarın vəkili Vəkil bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 09 yanvar 2025ci il tarixli, 16(009)-205/2024 saylı qərarından görünür ki, iş üzrə yekun qətnamə qanuni qüvvəsini alanadək ərizəçi Zərərçəkmiş şəxs uşağı 19 iyun 2019-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 14:00-dan saat 18:00-dək ünsiyyət hüququ müəyyən edilmiş və ünsiyyət hüququnun təmin edilməsi üçün X3 hər həftənin bazar günü ünvan 1 ünvanında saat 14:00-da Şəxs tərəfindən Zərərçəkmiş şəxs, həmin gün eyni ünvanda saat 18:00da isə Zərərçəkmiş şəxs tərəfindən Şəxs təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 09 yanvar 2025-ci il tarixli, 16(009)- 205/2024 saylı qərardadı ilə icra yeri dəyişdirildikdən lakin qərardad qanuni qüvvəyə minməndikdən 02 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola baxıla bilməz odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan Səbail rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109, 118 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan Səbail rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar