Məhkəmə qərarları › İş №3(009)-1140/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1140/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1140/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X6, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılıan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon icra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 05 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)-29/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini üzrə 3460 manat aliment öhdəliyi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Həmçinin 05 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)-29/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən yekun qətnamə qəbul olunanadək borclu Şəxs, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2014cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 verilməlidir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1650/2022-009 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2022-ci ildən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il va xx.xx.2022-ci il tarixdə Səbailİcra Şöbəsinin icraatına daxil olmuş və icra tədbirlərinə başlanılmışdır. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmış, tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin olmadığı aşkar edilmişdir. İcra sənədi üzrə tələbkar şöbəyə müraciət edərək borclu tərəfindən tələbin təmin edilmədiyini bildirmiş, bu məqsədlə borclu barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Borclu məhkəmədə 400 manat aliment məbləği ödədiyindən protokola xitam verilmişdir. Daha sonra borclu barəsində məcburi gətirilmə haqqında təqdimatla məhkəməyə müraciət edilmiş, Səbail Rayon Məhkəməsinin 8(009)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasə təqdimat təmin edilmişdir. Həmin qərardad xx.xx.2023-cü il tarixdə icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Həmçinin tələbkar X7 xx.xx.2023cü il tarixli ərizə ilə müraciət edərək borclu tərəfində heç bir aliment məbləğinin ödənilmədiyini, hazır ki tarixə isə 3460 manat aliment borcunun olduğu bildirərək borclu barəsində ölkədən giriş çıxışının məhdudlaşdırılmasını xahiş etmişdir. Hazırda aliment məbləği üzrə borc məbləği isə 3460 manat təşkil edir. Borclu Şəxs xx.xx.2023-cü il tarixli izahatında bu gün üçün 800 manat ödəniş edəcəyini, lakin tələbkar X7 800 manat ödənişi qəbul etmədiyini bildirmişdir. Həmçinin borclu qalıq borcu aylıq aliment məbləğin ödənilməsində hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 borclu bildirmişdir ki, borclu məhkəmə qərarını icra etmir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, zərərçəkmiş şəxsə olan borcunu etiraf etməklə ödəməkdən imtina etməmişdir, hazırda işləmir və maddi vəziyyəti ilə bağlı olaraq icra sənədi üzrə aliment borcunu müəyyən hissəsini barəsində protokol tərtib edilənədək ödəyə bilməmişdir. Hazırda həmin borcdan tələbkara 800 manat ödəniş etmişdir. Qalan borcu da ödəyəcəyinə söz verir. Şəxs məhkəmədən göstərilən halların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılıan izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)-29/2022- 002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən yekun qətnamə qəbul olunanadək borclu Şəxs, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2014cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 verilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1650/2022 saylı icra sənədinə əsasən Şəxs 29 noyabr 2022-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməlidir. İş materallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-84/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)- 29/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1650/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs Bakı şəhər Səbail rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmuru Aslan Astanovun təqdimatı təmin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)-29/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması və borclu Şəxs icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)-29/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1650/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. Həmçinin həmin bildirişin üzərində “icraata başlamaq haqqında qərarın və bildirişi qəbul etdim xx.xx.2022 Əmrahov” məzmunlu qeyd yazılmışdır. İş materallarına əlavə edilmiş ödəniş qəbzinə əsasən borclu tərəfindən tələbkarın hesabına xx.xx.2023-cü il tarixdə 800 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)-29/2022-002 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2014cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və mütəmadi ödənişlər etməyi öz öhdəsinə götürür. Habelə məhkəməyə təqdim edilmiş qəbzlə borclunun 800 manat məbləğində ödəniş etdiyi müəyyən olunur ki, qeyd olunanlar Şəxs hərəkətlərinin qərəzli olmadığını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar